2.5.1.1 IEEE 802.11b Standartı
802.11b standartı 802.11a-dan daha əvvəl inkişaf etdirilmişdir. Ondan istifadə edərək 1, 2, 5.5 və 11 Mbps-lik ötürmə sürəti əldə edilə bilər. Modulyasiya metodu olaraq DSSS istifadə olunmaqdadır. Ötürmələr 2.4 MHz-lik diapazon üzərindən həyata keçirilir. Lokal məhdudiyyətlərdən asılı olaraq 802.11b 2.4 MHz tezliyində 11-dən 14-ə qədər kanaldan istifadə edə bilər.
802.11b cihazları ən yüksək sürətdə xəbərləşmə üçün birlikdə işləyə bilirlər. Əyər lazım olarsa xəbərləşməni davam etdirmək üçün sürəti düşürə bilirlər. Müraciət nöqtələrinin istifadə olunduğu hallarda, eyni zamandakı istifadəçi sayısı və göndərilən informasiyanın növü şəbəkənin performansına böyük təsir göstərir. Səs və görüntü kimi real zaman tələb edən informasiya növləri 802.11 şəbəkələrində böyük çətinliklər yaradır.
Dostları ilə paylaş: |