3.1 Şəbəkə Elementlərinin Müəyyən Edilməsi
Şəbəkə elementlərinin tanıdılması zamanı birinci olaraq tələblərin qarşılanması üçün hansı texnologiya və standartların istifadə ediləcəyi təyin edilməlidir.
Şəbəkə elementlərinin müəyyən edilməsinin ümumi prosesi aşağıdakı kimidir:
Hansı şəbəkə elementlərinin istifadə ediləcəyinin müəyyən edilməsi;
Hər bir şəbəkə elementinin dəyərinin müəyyən edilməsi;
3.1.1 Hansı Şəbəkə Elementlərinin İstifadə Ediləcəyinin Müəyyən Edilməsi
Şəkil 3.1 Şəbəkə elementlərinin təyin edilməsi
Şəbəkə, kompyuterlər, sistemlər və ya verilənlər bazaları arasında informasiya mübadiləsini təmin edən bir çox elementdən ibarətdir. Aşağıdakı şəkildə şəbəkəni tətbiq təbəqəsindən fiziki təbəqəyə qədər təşkil edən elementlər göstərilmişdir.
Şəbəkə dizaynını müvəffəqiyyətlə tamamlamaq üçün əvvəlcə tələblər təyin edilməli, daha sonra isə həmin tələblərə uyğun elementlər seçilməlidir.
Dostları ilə paylaş: |