MALİYYƏ HESABATLARININ MƏQSƏDİ
Standartın 10-cu maddəsinə uyğun olaraq maliyyə hesabatlarının məqsədi bu hesabatların geniş istifadəçiləri tərəfindən iqtisadi qərarların qəbul edilməsi məqsədilə müəssisənin maliyyə vəziyyəti, maliyyə fəаliyyətinin nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında faydalı məlumatların təqdim еdilməsindən ibarətdir.
Maliyyə hesabatlarında təqdim olunmuş məlumatlardan faydalanan istifadəçilərə və onlar tərəfindən qəbul edilən iqtisadi qərarlara aşağıdakıları aid etmək olar:
-
Səhmdarlar öz səhmlərinin saxlanması, satılması və ya yeni səhmlərin alınması haqqında qərar qəbul etmək üçün sahib olduğu müəssisələrin hazırkı iqtisadi durumu haqqında müvafiq məlumatların alınmasında maraqlıdırlar.
-
Borc verənlər – müəssisəyə pul və ya kredit verən şəxslər və qurumlar müəssisənin əldə etdiyi borclar üzrə yığılan faizlərin və eyni zamanda borcların əsas məbləğinin vaxtında ödəniləcəyi haqqında məlumat almaq üçün onun maliyyə fəаliyyətinin nəticələrilə tanış olmaq ehtiyacını duyurlar.
-
İşçilər iş yerlərinin saxlanılmasının təhlükəsizliyi barədə və əmək haqqının artırılması baxımından tələblərini əsaslandırmaq üçün maliyyə hesabatlarında əks olunan müvafiq məlumatların alınması üzrə maraqlı tərəflərdən biridir.
Maliyyə hesabatlarının məqsədi vergi qanunvericiliyi ilə tənzimlənmədiyindən və vergi uçotunu özündə əks etmədiyi üçün bu hesabatlar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən auditor rəyi ilə birlikdə təqdim və dərc olunurlar. Vergi məqsədlərini əks etdirən vergi hesabatları vergi orqanlarının tələblərinə uyğun olaraq ayrıca hazırlanmalıdır.
MALİYYƏ HESABATLARININ ƏDALƏTLİ TƏQDİM VƏ MİLLİ MÜHASİBAT UÇOTU STANDARTLARINA UYĞUNLUĞUNUN TƏMIN EDILMƏSI
Standartın 11-ci maddəsinə əsasən, maliyyə hesabatları müəssisənin maliyyə vəziyyətini, maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini ədalətli olaraq əks etdirməlidir.
Məlumatın ədalətli təqdim edilməsi birinci növbədə maliyyə hesabatlarını hazırlayan şəxslərin mülahizələrinə əsaslanır.
Standartın 12-ci maddəsində qeyd edilir ki, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının ən yaxşı uçot təcrübəsinə əsaslandığını nəzərə alaraq, onlara uyğun olaraq hazırlanmış Milli Mühasibat Uçotu Standartları da ən yaxşı uçot təcrübəsini əks etdirməlidir.
Standartın 14-cü maddəsində mаliyyə hеsаbatlarının Milli Mühasibat Uçotu Standartlarınа uyğun olaraq müəssisə tərəfindən açıqlanması tələbi bu hesabatların Milli Mühasıbat Uçotu Standartlarının əksər hissəsini deyil, bütövlüklə və ya onların hər hansı müddəalarını əhata edılməsini nəzərdə tutur.
Standartın 16-cı maddəsinə əsasən maliyyə hesabatlarının müəyyən Milli Mühasibat Uçotu Standartının tələblərinə uyğun tərtib edilməsi zamanı yanlış məlumatın yaranmasına təsəvvür edilərsə, o halda müəssisə həmin Standartın tələblərindən kanarlaşmamalı, lakin həmin hesabatlarda maliyyə vəziyyətinin və ya maliyyə nəticələrinin ədalətli təqdim edilməməsi faktını və səbəbini rəhbərliyin rəyinə əsasən aşağıdakı əlavə izahedici məlumatlarla açıqlamalıdır:
-
yalnız müəyyən Milli Mühasibat Uçotu Standartının konkret elementi inkar edildikdə, ədalətli təqdimatın mümkün olması haqqında müəssisə rəhbərliyinin gümanı;
-
konkret Milli Mühasibat Uçotu Standartı tələbləri yerinə yetirildikdə yanlış təqdimatın səbəbi və ona riayət etməmə nəticəsində daha dürüst təqdimatın səbəbi haqqında məlumat;
-
təqdim edilən hər bir dövr üzrə standartın tələblərindən kənarlaşma nəticəsində müəssisənin xalis mənfəətinə və ya zərərinə, aktivlərinə, öhdəliklərinə, kapitalına və nağd vəsaitlərinin axınına olan maliyyə təsiri haqqında məlumat.
Məsələn, müəssisə tikinti materiallarının istehsalı ilə bağlı davamlı fəaliyyətini həyata keçirdiyindən maliyyə baxımından əhəmiyyətli sayılan 10.000 manat məbləğində gəlir əldə edir. Lakin, müəssisə rəhbərliyi istehsal etdiyi məhsulun satışını gələcəkdə mütəmadi həyata keçirilməyəcəyi səbəbindən bu məbləğin “sair əməliyyat gəliri” kimi təsnifləşdirilməsini daha düzgün hesab edir. Standartın 16-cı maddəsinə əsasən belə gəlir “əsas əməliyyat gəliri” kimi tanınmalı və bununla yanaşı aşağıdakı kimi qeyd edilməlidir:
“Müəssisə rəhbərliyinin rəyinə əsasən 10.000 manat məbləğində əldə olunmuş gəlir yalnız “sair əməliyyat gəliri” kimi təsnifləşdirildiyi halda ədalətli təqdimata nail olmaq mümkündür. Standartın tələblərinə əsasən isə bu məbləğ əsas əməliyyat gəliri kimi təsnifləşdirilməlidir. Əks təqdirdə hesabatların Standarta uyğunluğu təmin edilməyəcəkdir.
UÇOT SIYASƏTI
Uçot siyasətinin seçilməsi müəssisənin maliyyə hesabatlarında təqdim edilən maliyyə vəziyyətinin, maliyyə göstəricilərinin və pul vəsaitləri hərəkətinin ədalətli açıqlanmasına əhəmiyyətli dərəcədə təsir edə bilər. Standartın 17, 18, və 19-cu maddələrində müəssisənin uçot siyasəti seçilərkən rəhbərlikdən müəssisənin xüsusiyyətlərinə uyğun olan və onun maliyyə vəziyyətinin ədalətli təqdimatına gətirib çıxaran uçot siyasətinin seçilməsi tələb olunur.
Müəssisə rəhbərliyi uçot siyasətinin müvafiqliyini müəyyənləşdirərkən aşağıdakı faktorları nəzərə almalıdır:
-
Təqdim edilən məlumatın münasib, etibarlı, müqayisəli və anlaşıqlı olması zərurəti.
-
Məlumatın təmin edilməsinə çəkilən məsrəflərlə maliyyə hesabatları istifadəçilərinin həmin məlumatdan əldə ediləcək səmərə arasında tarazlıq zərurəti.
B
Məsələn, müəssisənin mühasibat balansında 50.000 manat məbləğində debitor borcu uçota alınmışdır. Müəssisənin cari uçot siyasətinə uyğun olaraq, şübhəli borclar üzrə ümumi debitor borcunun 2%-i məbləğində (1.000 manat) düzəliş (ehtiyat fondu) nəzərdə tutulmuşdur. Müəssisə bu uçot siyasətini dəyişmək niyyətindədir. Yeni uçot siyasətinə uyğun olaraq, hər debitorun maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə təhlilinin aparılması 25.000 manat məbləğində vəsaitin xərclənməsini nəzərdə tutur. Yeni uçot siyasətinin tətbiqi nəticəsində şübhəli borclar üzrə düzəliş 250 manat azalaraq 750 manata bərabər olacaqdır. Aydındır ki, şübhəli borclar üzrə düzəlişin 250 manat məbləğində azaldılması üçün 25.000 manat məbləğində vəsaitin xərclənməsi səmərəli hesab oluna bilməz.
elə ki, müəssisənin maliyyə hesabatlarında təqdim olunan ınformasiyadan əldə olunan səmərə onun hazırlanması ilə bağlı məsrəflərdən artıq olmamalıdır. Müəssisə daha etibarlı məlumatla təmin edən, lakin münasib qiymətə başa gələn uçot siyasətini seçməlidir. Başqa sözlə, ucuz qiymətə başa gələn, lakin daha az etibarlı məlumatları təqdim edən və ya həddindən artıq etibarlı məlumatı özündə əks etdirən, lakin çox baha qiymətə başa gələn uçot siyasətinin tətbiqi məqsədəuyğun hesab olunmur.
Dostları ilə paylaş: |