Nasosxanada hər birindən 2 ədəd olmaqla 4 fərqli nasos aqreqatı (N1, N2, N3 və N4) quraşdırılmışdır.
Dəmir yolu ilə daxil olmuş yağ və dizel məhsulları N1 və N3 nasosları vasitəsilə ərazidə quraşdırılmış çənlərə boşaldılır. Lazım gəldikdə isə bu məhsullar N1, N2 və N4 nasosları vasitəsilə çənlərdən teplovozlara vurulur.
Bu proseslər aşağıdakı qaydada həyata keçirilir:
M14 markalı yağın vaqon-sisternlərdən çənə boşaldılması.
Bunun üçün K1, K7, K8 kranları açılır, K2, K6, K9, K10, K11, K12 kranları bağlanır və N1 nasosu işə salınır.
M14 markalı yağın çəndən teplovozlara vurulması
Bunun üçün K3, K12 kranları açılır, K8, K9, K10, K11 kranları bağlanır və N2 nasosu işə salınır.
Digər yağların vaqon-sisternlərdən çənlərə boşaldılması.
Bunun üçün K1, K7, K9, K10, K11 kranları açılır, K2, K6, K8 kranları bağlanır və N1 nasosu işə salınır.
Digər yağların çənlərdən teplovozlara vurulması.
Bunun üçün K2, K6, K9, K10, K11 kranları açılır, K1, K7, K8 kranları bağlanır və N1 nasosu işə salınır.
Dizelin vaqon-sisternlərdən çənlərə boşaldılması
Bunun üçün K4, K18 kranları açılır, GK4 kranları bağlanır və N3 nasosu işə salınır.
Dizelin çənlərdən teplovozlara vurulması
Bunun üçün K5, K18 kranları açılır, GK3 kranları bağlanır və N4 nasosu işə salınır.
Dostları ilə paylaş: |