Natiqlik sənətinin yaranması Nitqin aydınlığı. Nitqin


Mövzu2. Azərbaycan ədəbi dil normalarının işgüzar və akademik kommunikasiyalıqda mühüm yeri



Yüklə 88,61 Kb.
səhifə6/8
tarix29.08.2023
ölçüsü88,61 Kb.
#128780
1   2   3   4   5   6   7   8
kommunikasia

Mövzu2. Azərbaycan ədəbi dil normalarının işgüzar və akademik kommunikasiyalıqda mühüm yeri.
PLAN

  1. Ədəbi dil normaları

  2. Üslubiyyatln bölmələri

  3. Funksional üslublar

  4. Rəsmi-əməli funksional üslub

Nitq mədəniyyətinin nəzəri əsaslarından danışılarkən, adətən, ədəbi dilin normaları ön plana çıxır. Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir. Nisbi sabitliyi yaradır. Ədəbi dilin normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafik və leksik normalarında daha çox özünü göstərir. Orfoqrafiya qaydalarında dəfələrlə edilən dəyişikliklər, onlarla sözün yeni qaydalara uyğun yazılması, eləcə də dilin lüğət tərkibində bir sıra sözlərin ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları bu dəyişikliyə, yeniləşməyə sübutdur.
Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: fonetik normalar, leksik normalar, qrammatik normalar, orfoqrafik normalar, orfoepik normalar, üslub normaları. Bu normalardan, xüsusilə dilin leksik vahidlərindən yerində, məqamında məqsədəuyğun istifadə edildikdə mədəni nitqə nail olmaq mümkündür.
Fonetik normalar. Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Dilimizin orfoepik qaydaları fonetik normalara əsaslanır.
Leksik normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk olunması və s. baxımından uyarlısının müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır:
a) sözlərin yerli şivə və dialektlərdə işlənən və ümumiyyət tərəfindən az anlaşılan variantları: məs.: cəviz (qoz), sərək (ağılsız), soruq (döşəkağı), qəlbi (hündür), tumo (zökəm) və s.
b) köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər daxildir. Məsələn, çuxa, əba, xış, badya (qab), dünğ, kəndxuda, suç, çuar (su çuarı) və s.
c) loru sözlər və ifadələr. Məsələn, zırpı (böyük), lələş, qağa, fışqırıq, dürtmək, anqırmaq, bağırmaq, böyürmək və s.
ç) sözlərin yerində işlənilməməsi. Məsələn, Azərbaycan xalqı yaxşı yaşamağa məhkumdur (layiqdir əvəzinə); Biz bunlara müdaxilə göstərməyə (etməyə əvəzinə) çalışdıq; Adama necə də həzz verirdi (ləzzət verirdi əvəzinə). Bu il havaların pis keçməsilə bağlı qəbahət (çətinlik əvəzinə) yaranmışdır; İcazə verin sizdən bir sual soruşum (sual verim əvəzinə) və s.
e) söyüş xarakterli sözlər, ifadələr.

Yüklə 88,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin