Ulu öndərimiz Neydər Əliyevin nitqləri natiqlik sənəti baxımından xüsusilə səciyyəvidir. Görkəmli dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm linqvistik, həm də publisistik cəhətdən yaxşı öyrənilməlidir. Ali məktəblərdə tədris olunan “Nitq mədəniyyətinin əsasları” fənninə bu barədə ayrıca bölmə daxil edilməlidir. Bu nitq nümunələri xüsusilə gənclərimizə yaxşı aşılanmalı, gənclərimiz də öz növbəsində bu nitqin sirlərinə dərindən bələd olmağa və gələcəkdə yaxşı söz ustaları kimi yetişməyə səy göstərməlidirlər.