Birincidə bu tədbir, adətən, ciddi planda aparılır. Orada əvvəlcə bir nəfərin ( idarə rəhbəri, yaxud orada çalışan möhtəbər bir adam və s.) giriş nitqi olur. Sonra əvvəlcədən nəzərdə tutulmuş çıxışlar olur, xatirələr söylənilir. Danışanlar daha çox yubilyarın işindən, əmək fəaliyyətindən söz açırlar. Burada söylənən nitq, işlədilən söz və ifadələr, çümlələr bir qədər nizamlı olur, replikalara yol verilmir.