Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə3/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   2   3   4   5   6   7   8   9   ...   54
Böyük Nizami deyirdi:
Can sözdür, əgər bilirsə insan,

Sözdür ki, deyərlər özgədir can.
Yaxud:
Öz işinə görə söz danış hər an,

İpək toxuyarmı həsir sarıyan?
Ə. Xaqani deyirdi:
Qızılın əyarını məhək, sözün qiymətini söz sərrafı bilər.
Q. Təbrizi isə deyib:
Söz ruhun ölçüsü, ağıl sözün tərəzisidir.
Aşıq Ələsgər də şeirlərindən birində deyib:
Haqq sözə gərəkdir düz qiymət olsun,

Qiyməti verməyə mərifət olsun.
Nitq, söz haqqında deyililmiş dəyərli fikirlər kifayət qədərdir. Tarix boyu mədəni, düşüncəli insanlar öz danışıqlarında yeri gəldikcə bunlardan az faydalanmamışlar.

Bilməliyik ki, nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə sahib olmaları vacib sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, jurnalistlər, bədii söz ustalarının nitqi təsirliliyi, obrazlılığı, məntiqiliyi, zənginliyi ilə fərqlənməlidir. Başqaları onların danışığından, oxusundan, yazdıqlarından nümunə götürməli, yaxud faydalanmalıdır.

Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: ”Nitq mədəniyyəti tətbiqi dilcilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər konpleksidir”. Bu tərifi başqa bir şəkildə ifadə etmiş olsaq deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalrına əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir”.

Nitq mədəniyyəti anlayışı başqa bir mənbədə də izah olunur: “Nitq mədəniyyəti-nitqin ədəbi dil normalarına uyğunluğü, dilin ifadə vasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadə etmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin formalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinin inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilcilik bəhsi”dir. Bu tərif nitq mədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir.

İnsanın nitqi onun iç dünyasını aşkarlayan başlıca vasitədir. İnsanları tanımaq, onlara bələd olmaq üçün ünsiyyətə girmək lazımdır. Antiq dövrün böyük filosofu Sokrat həmişə demişdir:” Ey insan, danış səni tanıyım”. Həzrət Əli buyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmur. Tarixən bu bir vasitə olmuşdur. “Qobusnamədə deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan”. Yaxud K. Stanislavskinin dediyi kimi, “ sadə və gözəl danışığı bacarmaq özü bir elmdir və onun xüsusi qanunları var”. A. P. Çexov isə “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. Bir latın atalar sözündə də deyilir ki, şair anadan şair doğulur, natiqlər isə tədricən yetişir. Başqa lap qədim zamanlarda yaranmış bir zərb-məsəldə də deyilir ki, “sözün zahiri zərif, batini lətif olmalıdır”.

Bunlarla yanaşı, yaxşı, mədəni nitqi şərtləndirən bir sıra tələblər də var ki, natiqlik sənətində onlar çox mühüm əhəmiyyət kəsb edir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, axıcılıq təmizlik, ifadəlilik və s. Yazılı nitq mədəniyyəti probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. Bunlar hər biri ayrılıqda və hamısə birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar.

Gözəl danışmağa, yaxşı nitqə sahib olmaq üçün bu və bir sıra tələblərə əməl etmək lazımdır ki, normal nitq vərdişlərinə yiyələnmək mümkün olsun.

Nitqin aydınlığı. Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərir ki, nitq aydın deyilsə, demək o öz məqsədinə çata bilməmişdir. Nitqin aydınlığı üçün əsas amil danışan, eləcə də üzündən oxuyanın nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. Natiq haqqında danışacağı materialı dərindən və yaxşı bilsə, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, əhvalatlar barədə dərin, ətraflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir, onların şərhində dolaşıq, zidd fikirlər müşahidə olunmur. Belə insanlar sadə, aydın cümlələrlə, dəlillərə əsaslanaraq danışır və yazırlar.

F. Köçərli nitqin aydınlığını təfəkkürün düzgün işləməsi, fikrin düzgünlüyü ilə əlaqələndirir. Bu mənada o, “Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur”-deyirdi.

Nitq aydınlığının pozulmasının bir səbəbi sözlərin mənasını, işlənmə məqamını və s. tələbləri yaxşı bilməmək, söz ehtiyatının az olmasıdır. Biz danışıq zamanı qüsurlu çümlələrə də təsadüf edirik. Məsələn: Testin aparılmasında bəzi dəyişiklik aparılır. Bu boru kəməri artıq dəyişməyə layiqdir. Biz bunlara müdaxilə göstərməyə çalışırıq və s. kimi çümlələr qüsurludur. Nitqdə ahəngin, diksiyanın pozulması da nitqin qüsurlu olduğunu göstərir. Eləcə də düzgün olmayan tələffüz-səslərin öz məxrəcində deyilməməsi, bəzən də səslərin, hecaların tələffüzdən düşməsi normal intonasiyanın olmaması da nitqin aydınlığına xələl gətirən səbəblərdəndir.

Kütlə, yaxud auditoriya qarşısında çıxış edən natiq aşağıdakılara əməl etməlidir:

1. Danışılacaq mövzu ətrafında əvvəlcədən düşünmək, lazım olan fakt və materialları toplamaq; 2. Həmin materialları sistemləşdirmək; 3. Mətn yazılıdırsa, bir neçə dəfə oxumaq, oradakı fikir və sözlərin aydın tələffüz olunmasına nail olmaq; 4. Sözün qrammatik normalarını düzgün və aydın tələffüz etmək; 5. Mətndə qarşıya çıxacaq çətin sözləri izah etmək; 6. Hər hansı əsəri yazan müəllifin, tədqiqatçının vəzifəsi, elmi dərəcəsi, fəxri adı haqqında dinləyiciyə məlumat vermək və s.

Natiqlik praktikasında nitqin diksiya baxımından aydınlığı böyük əhəmiyyət kəsb edir. Aydın diksiya nəfəsi və səsi, idarəetmə bacarığını təkmilləşdirmək, diksiya ilə bağlı şivə qüsurları və b. noqsanları düzəltməklə nitq üzərində kompleks çalışmalar aparmaq mümkündür. Auditoriya qarşısında çıxış edən məruzəçi nitqin səs mədəniyyətini gözləməli, danışıq cihazından düzgün istifadə etməlidir.

Aydın tələffüzdə dilin, dişin, çənələrin, səsin rolunu unutmaq olmaz. Sözlərin tələffüzündə bunların rolu böyükdür. Danışıq zamanı onların hərəkətlərinin normallığına fikir vermək vacibdir. Məsələn, bəzən danışanlarda alt çənənin mühərrikliyinin zəifliyi, tələffüzdə süstlüyə, ləngiməyə səbəb olur. Deyilənlər yaxşı qavranılmır, dinləmə lazımı səviyyədə olmur və s.

Aydın diksiya vərdişlərinə yiyələnmək üçün natiq müntəzəm şəkildə öz üzərində işləməlidir. Çalışmalıdır ki, nitqdə sözlər aydın deyilsin, səslər, xüsusən saitlər aydın eşidilsin.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin