Diplomatik natiqlik
Müxtəsər şəkildə deyilsə, diplomatik natiqliyə dövlət başçısı və ya xarici işlər nazirinin BMT-dəki çıxışları, mətbuat konfranslarında siyasi məsələlərlə bağlı çıxışlar və diplomatik müsahibələr daxildir. Diplomatik nitq öz xarakteri, forması və məzmununa görə ictimai-siyasi nitqidən ciddi fərqlənmir. Prezidentin nitqi dövlətin taleyüklü problemləri ilə bağlı olduğuna görə onda beynəlxalq səviyyəli məsələlərin qoyuluşu, respublikanın mənafeyi baxımından münasibəti öz əksini tapırsa, xarici işlər naziri BMT-də, ayrı-ayrı ölkələrdə keçirdiyi mətbuat konfranslarında öz ölkəsinin siyasi baxışını dünya birliyinə çatdırır.
Diplomatiya natiqliyinin qısa xülasəsi yuxarıda verilən məlumat olsa da, bu sahənin də özünəməxsus tarixi və inkişaf dövrləri vardır ki, bu əslində geniş bir söhbətin mövzusudur. Burada mövzunun və proqramın tələbini nəzərə alıb lazımı məlumat verməklə kifayətlənmək olar. Tarixi baxış göstərir ki, diplomatiya natiqliyi öz inkişafında özünə xas olan müəyyən təçrübə və ənənə, ünsiyyət etiketləri qazanmışdır. Bilmək lazımdır ki, diplomatik nitqlərdə ünsiyyət etiketlərinin gözlənilməsi əsas şərtlərdən hesab olunur.
Tarixi baxış göstərir ki, diplomatiya natiqliyi öz inkişafında özünə xas olan müəyyən təçrübə və ənənə, ünsiyyət etiketləri qazanmışdır. Bilmək lazımdır ki, diplomatik nitqlərdə ünsiyyət etiketlərinin gözlənilməsi əsas şərtlərdən hesab olunur. Dövlət və hökumək başçıları, səfirlər və diplomatlar, nümayəndə heyətlərinin başçıları üçün adi vaxtlardakından fərqli olaraq, müraciət, salamlaşmaq, xüdafizləşmək, təşəkkür edilməsi, təbrik çatdırmaq, xoş arzularını bildirmək və s. təkcə etiket tələbi deyildir, həm də diplomatik əhəmiyyətli protokol elementləridir.
Diplomatik natiqlikdə salamlaşmağın çox ciddi qaydaları vardır. Misal üçün, dövlət başçılarının yüksək səfərləri zamanı qarşılama mərasimlərində quru, dəniz və hava qüvvələrini təmsil edən hissələrdən ibarət fəxri qorovul düzülür. Ali qonaq onu qarşılamağa gələnlərlə təyyarə pillələrinin qurtaraçağında əl ilə görüşür, sonra isə fəxri qorovulun qarşısından keçərək əsgərlərlə salamlaşır.
Diplomatik natiqlikdə istifadə olunan unsiyyət etiketlərindən biri də təbrik bildirilməsidir. Diplomatiya təcrübəsində protokol qaydasına görə bir neçə halda təbrik bildirilməsi tələb olunur. Milli bayram günündə dövlət başçılarının təbrik teleqramı göndərməsi qaydadır.
Daimi diplomatik nümayəndəliklərin gündəlik fəaliyyətində də təbriklər mühüm yer titur. Yerləşdiyi dövlətlərdə yubileyləri qeyd olunan nüfuzlu elm, incəsənət adamlarını, dövlət xadimlərini təbrik edənlər arasında siyasi natiqlər (səfirlər) də olur. Elə məqamlar olur ki, səfirlər bunu təmsil etdikləri dövlət başçısının tapşırığı ilə edir.
Dostları ilə paylaş: |