Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə31/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   27   28   29   30   31   32   33   34   ...   54
Təşəkkür bildirilməsi həm də protokol qaydasına üyğun şəkildə yubadılmadan çatdırılır.

Diplomatiya natiqliyində istifadə olunan danışıq etiketlərindən biri də müraciətdir. Müraciət etiketin ən populyar elementidir. Müraciətdə dilin kontakt, yəni əlaqə funksiyası gerçəkləşir. Bu addım adresatla ünsiyyət üçün əlaqəyə, qarşılıqlı sosial münasibətlərin qurulmasına xidmət etməklə çox mühüm ictimai funksiyanı yerinə yetirmiş olur. Qədim Romada bir vaxtlar Sezara elə öz adı ilə müraciət edirdilər. Lakin imperator hakimiyyəti gücləndikdən sonra monarxlara müraciətdə xüsusi formalar tətbiq olunmağa başladı.

Bu baxımdan danışıq etiketin yaranması saraydaxili adət və normaların zəruri xarakter alması ilə birbaşa bağlıdır. Təbii ki, belə halda müraciətin də çoxsaylı tələbləri öz əksini tapmalı idi. Xüsusilə titullara münasibətdə tələbkarlıq keçmişdə də olmuş və indinin özündə də çox güclüdür. Titulların tətbiq olunması Bizans imperatoru Konstantinin adı ilə bağlıdır.

Şərq diplomatiyasında da titullar sistemi mürəkkəb və ciddi olub. Qaynaqlardan birində göstərilir ki, fəxri “Sultan” titulunu özünə ilk Səlcuk hökmdarı Məhəmməd Toğrul bəy götürmüşdür. Artıq hicri tarixinin 428-ci ilində (1036, yaxud 1037-ci il) o “Böyük sultan”, dünyanın və dinin dayağı hesab olunurdu.

Elə düşünmək lazım deyil ki, bu günümüz üşün bu elementlər lazım deyil. Diplomatik dərsliklərdə bunlara aid verilmiş bir neçə məqama diqqət yetirək. Məsələn, Malaziyanın dövlət başçısına ünvanlanan hər bir sənəd aşağıdakıları əks etdirməlidir: ”Əlahəzrət Malaziya Akonqu, Malaziyanın ali başçısı Sultan Azlan şah”. Diplomatik ünsiyyətdə daha böyük çətinlik dövlət və hökumət başçılarının, səfirlərin və diplomatların adlarının tam və düzgün deyilişilə bağlıdır. Nitq mədəniyyəti baxımından adların düzgün deyilişi yalnız dil tələbi deyil. Bu həm də çox böyük siyasi və hüquqi məsuliyyətdir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin