Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III


Hitqi dinləmək vərdişinə yiyələnmək



Yüklə 0,52 Mb.
səhifə41/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   37   38   39   40   41   42   43   44   ...   54
Hitqi dinləmək vərdişinə yiyələnmək. Filosoflardan biri demişdir: “Başqasını dinləməyi bacarmaq böyük məharət tələb edir. Səbrlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin, nəcib əxlaqın təzahürüdür” “Dinləyə bilmək bacarığı, yaxşı danışmaq bcarığına bərabərdir” ( Bəhmənyar). Atatürk analara müraciətlə deyirdi ki, ey ana, istəyirsən ki, övladın əsl vətəndaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də öyrər” və s.

Şübhəsiz ki. insanlar mənasız danışanlara ciddi qulaq asmır. Çox və mənasız danışanlara “boçboğaz” deyilir. Nitqin yığcamlığı, az danışmaq barədə böyük alim N. Tusinin fikirləri bu gündə əhəmiyyətini saxlamışdır. O demişdir: “Qeybət, böhtan, iftira, yalanşılıqdan çəkinməli, heç vaxt belə şeyə yol verməməli, o xasiyyətli adamalarla ünsiyyət saxlamalı, onlara qulaq asmağa nifrər etməlidir. Ümumiyyətlə, insan az danışmalı, çox eşitməlidir”.

Ortaq türk ədəbiyyatı və pedaqoji fikrimizin inkişafında böyük rolu olan ədib Əhməd Yüknəki özünün “Atabət – ül həqayid” (Həqiqətlərin astanasında) adlı əxlaqi-didaktik əsərində boşboğazlığın ağılsızlıq və biliksizlik əlaməti olduğunu söyləyir, insanlara danışığında daha diqqətli olmağı tövsiyə edir. Bunlar aşağıdakılardır :
Səfeh adamın dili başına bəladır:

Bir çox adamların qanı dilləri üzündən töküldü:

Çox danışanlar arasında peşman olanlar da çoxdur:

Dilini mühafizə altında saxla ki, peşman olmayasan və s.


Müəllif qısa danışmağı, dilinə nəzarət etməyi insanın ən yaxşı mənəvi keyfiyyətlərindən biri sayır və deyir: “Dilini sıxı tut, gəl sözünü qısa kəs, dil qorunursa, özün qorunmuş olursan.”

Bu barədə dahi Nizaminin misraları da ibrətamizdir.


İncitək sözlər seç, az danış. az din,

Qoy az sözlərinlə dünya bəzənsin.

Az sğzün incitək mənası solmaz,

Çox sözün kərpictək qiyməti olmaz.

Yaxud:
Az danış, desinlər sözündə güc var,

Çox sözü dinləyən çox nöqsan tutar.


Böyük şair mənalı söz seçməyi, az danışıb, az dinməyi məsləhət görür. Çox danışanda çox nöqsan tutulduğunu bildirir, sözü gövhər hesab edir və belə sözlərin yarandığını da çətin sayır.

Danışıq zamanı artıq hərəkətə, artıq sözlərə yer vermək mənfi haldır. Dinləmə zamanı başqası ilə danışmaq, tez-tez saata baxmaq və s də məqbul hal sayılmır.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin