Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə53/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   46   47   48   49   50   51   52   53   54
14.Süfrə etiketləri:

“Allah bol eləsin”, “Afiyət olsun”, “Nuş olsun”, “Buyurun”, “Çox sağ olun”.



15..Qarşılama məqamında

Xo gördük, nə yaxşı təsadüf, həmişə siz gələsiniz və s.



16..Razılıq etmə:

Əhsən, minnətdaram, təşəkkür edirəm, sağ olun və s.

17. Məsləhət vermə məqamında:

Bunları nəzərə alsanız yaxşı olar, bu sisin xeyrinizədir, bu

sizə hörmət gətirər və s.

18.Məsləhəti qəbul etmə məqamında:

Sizinlə razıyam, bunlar mənim xeyrimədir, faydalı

məsləhətdir və s.

Şübhəsiz, mədəni nitqin etiketləri dediklərimizlə məhdudlaşmır.

Dilimiz bu baxımdan olduqca zəngindir. Yuxarıda deyilənlərə yekun olaraq qeyd etməliyik ki, insanın etik, əxlaqi baxışları qısa zaman daxilində yaranıb formalaşmır. Bu, uzun sürən bir proses olub, ömrün bütün dövrlərini əhatə edir. Mədəni nitq, danışıq etikası, nəzakətli hərəkətlər hələ ibtidai siniflərdən şagirdlərə öyrədilməlidir. Bəzi xarici ölkələrin məktəblərində bu məqsədlə “Ünsiyyət mədəniyyəti” adlı xüsusi fənn tədris olunur. Bizim məktəblərdə də bu sahədə bütün təhsil müddətində iş aparılmalı, gələcəyin mühəndisi, həkimi, jurnalisti, hüquqşünası... öz fikrini düzgün, aydın, məntiqi, yığcam, səlis, ahəngdar, təsirli bir şəkildə, ən başlıcası, etik qaydaları gözləməklə ifadə etməyi bacarmalıdır. Bu baxımdan nitq mədəniyyətinin bütün ali məktəblərdə ayrıca fənn kimi tədris edilməsi məqsədəuyğun sayılmalıdır. Bu, ali təhsilli gənclərin həyata hazırlanmasının başlıca şərtlərindəndir.



Kütlələrin nitq mədəniyyətinə, nəzakətli davranışa yiyələnməsinə təsir göstərməkdə radio-televiziya verilişlərinin imkanları daha genişdir. Bu verilişlər mədəni nitqin mənimsədilməsində nümunə rolunu oynamalıdır. Dinlə-yicilər diktorların, aparıcıların, verilişə dəvət olunan ziyalıların etik normalara uyğun səslənən nitqini dinləyərək onun məziyyətlərini mənimsəyər, eşitdiklərini öz nitq təcrübəsinə tətbiq edər, lazımi məqamda işlədə bilirlər. Mətbuatda “Nitq mədəniyyəti”, “Nitq mədəniyyəti və mətbuat dili”, “Mədəni danışığa yiyələnək”, “Danışıq etikası”, “Biz düzmü danışırıq?” və s. mövzularda söhbətlərin, müzakirələrin aparılması, buraya görkəmli filoloqların, yazıçıların, pedaqoqların, səhnə ustalarının və başqalarının dəvət olunub onların mülahizə və təkliflərinin nəzərə alınması bu sahədəki qüsurların aradan qaldırılmasında faydalı ola bilər.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin