Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə8/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   4   5   6   7   8   9   10   11   ...   54
Nitqin sadəliyi. “Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar”(F. Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin, mahiyyətin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb çümlələrdən qaçmaq, məzmunu mümkün qədər sadə çümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər çür yabançı pafosdan, qondarma, süni ifadələrdən uzaqdır.

Nitqdə sadəliyin pozulma hallarından biri də sözçülük, ağır və uzun çümlələr işlətmək, yaxud ibarəbazlıqdır. Natiq bəzən öz “dərinliyini” nəzərə çarpdırmaq məqsədilə qondarma, təmtəraqlı söz və ifadələr işlədir. Məsələn, səadət günəşinin şüaları; işıqlı və parlaq gələçək; öz qəhrəmanlıqları ilə ölməzliyin zirvəsinə ucalan şəhidlər; qəhrəmanlar yurdunun mərd övladları və s. kimi söz və ifadələr ola bilsin ki, nitqin digər üslubunda - xüsusən bədii üslubunda işləndikdə yararlı sayıla bilər. Lakin mühazirəçinin danışığında fikrə uyğun olmayan bu çür söz və ifadələrin işlədilməsi məqbul sayılmır.

Nitqin sadəlik və təbiiliyinin pozulması halları yazılı nitqdə daha çox özünü göstərir. Yazan hər bir söz, ifadə, cümlə üzərində düşünür, onu maraqlı etmək məqsədilə ifadəlilik vasitələrindən, atalar sözü və məsəllərdən, frazeoloji birləşmələrdən istifadə edir. Lakin ifrata varmaq, həmin ifadələrdən çox işlətmək olmaz.

Nitqdə sadəliyin pozulma sədədlərindən biri də anlaşılmayan, yaxud az anlaşılan söz və terminlərin işlədilməsidir. Müxtəsər olaraq qeyd edək ki, bəzən nitqlərdə mücərrəd-abstrak, memar-arxitektor, təzad-konflikt, üfiqi- horizontal və s. kimi əvəzlənmələr edirlər ki, bunlar təəssüb doğuran hallardandır.

Dilin sadəliyilə bağlı görkəmli ədəbiyyatşünas F. Köçərli, C. Cabbarlı faydalı olan dəyərli fikirlər söyləmişlər. F. Köçərli yazırdı: “...ərəb və fars kəlmə və ibarələrinin sövq və həvəsində olub ehtiyac olmadığı halda onları ana dilinə qatıb qarışdırmaq, bizim əqidəmizcə böyük səhvdir. Vaxt ki, ana dilində şeyin özünün məxsusi adı var və ya indiki ana dili ilə bir mənanı bəyan etmək və bir əhvalatı necə ki, lazımdır söyləmək mümkün olur. İnsaf deyil ki, elm göstərmək və “mollalıq” izhar etmək iddiasına düşüb kəlami qəliz lfadələrlə və çətin anlaşılan ərəb və fars sözləri ilə doldurub əsl mənanı daha da dərinə salmaq və onun uzun, qəliz ibarələrlə toxunmuş pərdə çəkmək... ol cəhətdəndir ki, ...qəzetlərimizdə dərc olunan qəliz ibarələrlə yazılmış bəzi siyasi, ədəbi məqalələri oxuyanlar anlamayıb məyus olurlar və qəzeti oxumaqdan ikrah edirlər.

Dil nə qədər açıq, sadə olsa, bir o qədər gözəl və məqbul olar”.

Əcnəbi sözlərin lüzumsuz işlədilməsi ilə bağlı başqa bir yazıda deyilir: “Bəzi ziyalılarımız güman edirlər ki, hələ hamının mənimsəmədiyi, işlətmədiyi çətin terminləri işlətsə, onun nitqi yaxşı təsir bağışlayar. Görünür, bu təzə bəla deyil, köhnədən ziyalılar arasında belə adamlar olmuş, vaxtilə C. Cabbarlı “Dönüş” əsərində belələrinə gülmüşdür.

Əlbəttə, mütəxəssislər burada qeyd edilən və qeyd etməyə imkan olmayan onlarca dəyərli fikirlər söyləmişlər. Bunları çıxış və məruzələrdə kifayət qədər nəzərə almaq nitq mədəniyyətinə və hər hansı bir natiqin inkişafına müsbət təsir göstərən faydalı fikirlərdir.





Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin