Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III


MƏDƏNİ NİTQƏ VERİLƏN BAŞLICA TƏLƏBLƏR; NİTQİN AYDINLIĞI, YIĞCAMLIĞI, DÜZGÜNLÜYÜ



Yüklə 0,52 Mb.
səhifə2/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   2   3   4   5   6   7   8   9   ...   54
2. MƏDƏNİ NİTQƏ VERİLƏN BAŞLICA TƏLƏBLƏR; NİTQİN AYDINLIĞI, YIĞCAMLIĞI, DÜZGÜNLÜYÜ
Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsi ilə bağlı verilən prezident fərmanları, qəbul edilən qərarlar, qaydalar, bu sahəyə qayğının artırılması doğma ana dilimizin nidiki zamanda hərtərəfli inkişafını təmin etmək məqsədi daşıyır. Xalqın dili onun milli şüuru və təfəkkür tərzi ilə bilavasitə bağlıdır. Bu onun zəngin nitq mədəniyyətinin inkişafı və formalaşmasında əsas amillərdəndir. Mədəni nitqi şərtləndirən bu əsas amillərə nitq mədəniyyəti və ədəbi dil normaları, nitq mədəniyyəti və danışıq etikası, mədəni nitqin ictimai və sosial-iqtisadi inkişafındakı rolu, nitq mədəniyyətinə yiyələnməyin yolları, üsulları və digər məsələlər daxildir.

Xalqın müstəqillik qazandığı, Azərbaycan dilinin dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi müasir şəraitdə düzgün, aydın məntiqi, yığcam, canlı, sadə və dəqiq danışa və yaza bilmək, başqa sözlə, yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıda durur.

Aqillər, söz ustaları həmişə nitqə, sözə, düşüncəyə böyük önəm vermişlər. Nitqlərində bunlara bir tələb kimi əməl eməyə çalışmışlar.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin