Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III


ƏDƏBİ DİL, ONUN NORMALARI. FONETİK



Yüklə 0,52 Mb.
səhifə34/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   30   31   32   33   34   35   36   37   ...   54
11.ƏDƏBİ DİL, ONUN NORMALARI. FONETİK,

LEKSİK VƏ QRAMMATİK NORMALAR

Nitq mədəniyyətinin əlaqədar olduğu cəhətlərdən biri də ədəbi dilin normalarıdır. Dil və norma bir-biri ilə bağlıdır. Sabit normalara malik ədəbi dil dialekt və şivələr hesabına müasir səviyyəyə gəlib çatsa da, dialekt, şivə və canlı danışıq dilinin mükəmməl olmayan qaydalarını olduğu kimi qəbul etməmiş, bütün xalqımız üçün anlaşıqlı olmaqla tarixi inkişaf nəticəsində müştərək bir şəkilə salmış və müvəffəqiyyətlə işlənən formalara üstünlük vermişdir. Məhz ədəbi dil normalarımızın hamı tərəfindən vahid şəkildə qəbul edilməsinin nəticəsində də nitq mədəniyyətinin formalaşıb yaranması mərhələsi başa çatmışdır.

Nitq mədəniyyətinin elm və tədris fənni kimi mövcudluğu dilimizin strukturunun bütün səviyyələrdəki normalarının formalaşması ilə əlaqədardır. Əgər dilin fonetik, leksik və qrammatik normaları formalaşmasa idi, təbii ki, bu gün ədəbi dilimizdən və nitq mədəniyyətindən danışa bilməzdik. Deməli, dilin normaları olmadan ədəbi dil, ədəbi dil olmadan nitq mədəniyyəti yoxdur.

Ümumxalq danışıq dilində, dialekt və şivələrdə normalar sabit qalmır. Ədəbi dilimizdə isə dialekt və şivələrdən, xalq danışıq dilindəkindən fərqli olaraq hamının qəbul etdiyi nümunəvi normalar vardır. Ümumxalq dilində bəzən bir sözün bir neçə variantına rast gəlirik. Məsələn: “qaçmaq” mənasında “götürülmək”, ...... və başqa sözlərin bir necə adla işlənməsinə rast gəlinir. Nitq o zaman düzgün və təsirli olur ki, işlədilən sözlər fonetik normalar daxilində yazılı və şifahi dilə yararlı olur, cümlələr qrammatik normalra cavab verir. Norma qanuna salınmış və hamı tərəfindən qəbul edilmiş məcburi qaydalardır. Əlbəttə, dil ictimai hadisə kimi dəyişib inkişaf etdiyi kimi, dil normaları da dəyişir və təkmilləşir. Normanın inkişafı danışıq dilində kortəbii, ədəbi dildə isə şüurlu şəkildə olmuşdur. Ədəbi dil normaları müəyyənləşdirilərkən təbiilik, işləklik, sabitlik, davamlılıq kimi amillər əsas götürülmüşdür. Dil vahidləri dəyişdikcə onun normaları da dəyişmiş, inkişaf edib təkmilləşmişdir.

Ədəbi dil normaları öz tətbiqini yazılı ədəbiyyatda tapır. Görkəmli yazıçılar, şairlər, alimlər, jurnalistlər ( İ. Nəsimi, M. Füzuli, M. P. Vaqif, M. F. Axundzadə, H. Zərdabi, C. Məmmədquluzadə, F. Köçərli, N. Nərimanov, Ü. Haçıbəyli və b.) öz ustalığı, məharəti, milli şüur və ana dilimizə böyük qayğı ilə dil normalarının, nitq vərdişlərinin formalaşmasında əvəz olunmaz xidmətlər göstərmişlər.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin