Naxçıvan Müəllimlər İnstitutu


Mövzu 3.Alqoritmlər,Fərdi kompüterin proqram təminatı



Yüklə 0,75 Mb.
səhifə29/56
tarix01.01.2022
ölçüsü0,75 Mb.
#104746
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   56
Mövzu 3.Alqoritmlər,Fərdi kompüterin proqram təminatı
Plan:

  1. Alqoritmlərin əsas xassələri və təsvir üsulları.

  2. Alqoritmlərin strukturu: xətti, budaqlanan, dövri strukturlu alqoritmlər.

  3. Sistem proqram təminatı,Tətbiqi proqram təminatı, İnstrumental proqramlar

Alqoritmlər və onların əsas xassələri.

Alqoritm qarşıya qoyulmuş məqsədə çatmaq (məsələnin həlli) üçün icraçını təlimatlandıran aydın və dəqiq göstərişlər ardıcıllığıdır.

Alqoritmin addımı - alqoritmin aycra bir göstərişini təsvir edir.

İcarıçı – müəyyən göstərişlər çoxluğunu yerinə yetirə bilən obyektdir. İcraçı hər hansı canlı, robot, kompüter ola bilər.

İcraçının əmrlər sistemi - icraçının yerinə yetirə bildiyi əmrlər çoxluğudur.

İcra mühiti - icraçının fəaliyyət göstərdiyi şəraitdir.

Alqoritmlər müxtəlif olsada onların birləşdirən ümumi xassələr var:

Diskretlik - alqoritm ayrı- ayrı aydın addımlardan təşkil olunmalıdır.

Müəyyənlik (determinlik, dəqiqlik)- alqoritmin hər bir addımı qəti və birmənalı olmaldır.

Sonluluq - hər bir əməliyyat kimi alqoritm də bütövlükdə yekunlaşmaq imkanına malik olmalıdır.

Nəticəvilik – sonlu sayda addımlardan sonra nəticə alınmalıdır.

Kütləvilik - eyni bir növ məsələlələrin hamısının həlli üçün istifadə oluna bilməlidir.




Alqoritmlərin təsvir üsullarına görə təsnifatı

Alqoritmlər aşağıdaki üsullarla təsvir oluna bilər:

1.Təbii dil ilə; 2. Blok-sxem ilə; 3. Alqoritmik dillər ilə

Alqoritmin təbii dildə təsviri

Alqoritmi təbii dildə təsvir edərkən onun əmrlərini nömrələyirlər. Bu da alqoritmin istənilən əmrinə birbaşa müraciət etməyə imkan verir.

Alqoritmin təbii dildə təsvirindən istifadə etmək əlverişlidir. O çox yer tutsa da sadədir, asan başa düşülür. Bununla belə, təbii dildə təsvir olunmuş alqoritmlərdə formallaşdırma (ifadələrin dəqiqləşdirilməsi) olmadığından onların kompüterdə icrası olduqca çətindir.

Alqoritmin qrafiki təsviri. Bu üsulda alqoritmin addımları standart bloklar şəklində təsvir olunur.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin