Ədəbiyyat : 1.Sabit Kərimov-İnformatika.2.David M. Design and Analysis of Computer Algorithms. Dept. of Computer Science, University of Maryland, College Park, MD, 20742, USA, 2003.3.A.Nailə,N.Manafəddin.Kompyuter və İnformasiya Kommunikasiya Texnologiyaları.Bakı 2012.Могилев А.В., Пак Н.И., Хеннер Е.К. Информатика М: Академия, 2004.4.S.Q.Kərimov .İnformasiya sistemləri.Bakı “Elm”nəşriyyatı 2008.
Mövzu 5.Ms Office Power Point 2010
Plan
1.Proqramın işə salinması
2.Proqram pəncərəsinin elementləri
Ms Office :Power Point 2010.
Proqram pəncərəsinin elementləri
Ms Power Point,Ms Office paketinə daxil olan və slaydlar hazırlamaq və onları təqdim etmək üçün istifadə olunan proqramdır.Proqram faylının genişlənməsi .pptx şəklindədir.Proqramda hazırlanan slaydlara mətn,şəkil,dioqram,cədvəl,Word Art obyekti,musiqi və ya video yerləşdirmək mümkündür.
Power Point proqramını açmaq üçün Start menyusundan All Progams hissəsindən Microsoft Office qovluğuna daxil olaraq,qovluq daxilindəki proqramların içərisindən Ms Power Point 2010-seçmək lazımdır.Proqram pəncərəsi açılacaq .Power Point proqram pəncərəsi digər ofis proqramlarına bənzəsədə kifayət qədər fərqli cəhətləri mövcuddur.Pəncərənin ümumi quruluşuna nəzər salaq.Ənənəvi olaraq pəncərənin yuxarı hissəsi Başlıq sətri adlanır.Başlıq sətrinin solunda proqramın kiçik piktoqramı,bu piktoqramın yanında isə Sürətli müraciət paneli yerləşir.Başlıq sətrinin orta hissəsində açılmış sənədin adı yazlır ,əgər sənəd yeni açılıbsa və ad verilmiyibsə proqram avtomatik olaraq buaya “Presentation”adını yazır.Digər Ofis proqramlarında olduğu kimi yenə də, yaddaşa vermə zamanı istifadəçi bu adı yenisi ilə əvəz edə bilər.Sağ yuxarı hissədə pəncərəni idarəetmə düymələri,bu düymələrin altında isə Lenti gizlətmə və Kömək düymələri mövcuddur.Ofis paketinin ənənəsinə uyğun olaraq Lent və Lent başlıqları Power Point proqramında da Başlıq sətrinin aşağısında yerləşir.
Yenin açılımış Power Point proqram pəncərəsində işçi sahədə bir slayd yerləşir.Təqdimatın hər bir səhifəsi bir slayd adlanır,yəni “15 səhifəli təqdimat”əvəzinə “15 slayddan ibarət təqdimat”deyilir.İşçi səhifənin sol tərəfində “Slides\Outline”pəncərəsi ,aşağı hissəsində isə Qeydlər pəncərəsi var.Slides (Slaydalar) rejimi aktiv olduqda bu kiçik pəncərədə mövcud təqdimatın vərəqləri (slaydlar) kiçik şəkildə göstərilir. “Outline” rejiminə keçdikdə isə slaydların göstərilmə ölçüsü çoc kiçilir və bu halda onların üzərindəki məlumatlar görünmür.Hər iki görünüş rejimində slaydların üzərinə mausun sağ düyməsi ilə vurmaqla həmin slaydın işçi sahədə görünməsini təmin etmək və slaydların sıralanma ardıcıllığını mausla çəkərək düzəltmək olar.qeydlər pəncərəsi isə üzərində işlədiyimiz slayd haqqında daha ətraflı məlumat yazmaq üçündür .Bu məqsədlə sadəcə kursoru həmin pəncərəyə qoymaq və yazmaq lazımdır.
Proqram pəncərəsinin aşağı hissəsində Vəziyyət sətri yerləşir.vəziyyət sətrinin sol tərəfində Slayd nömrələri hissəsi (faylın neçə slayddan ibarət olduğunu və hansı slaydın aktiv olduğunu göstərir),Tema adı hissəsi (Slayd hazırlayan zaman istifadə olunan temanın adı burada göstərilir)və dil hissəsi (slayd hazırlayarkən istifadə olunan klaviatura dilini göstərir) var.Vəziyyət sətrinin sağ tərəfində isə Görünüş düymələri (müxtəlif görünüş rejimlərinə keçmək üçün),miqyas düymələri və slaydı cari pəncərəyə uyğunlaşdırma (sığdırma) düyməsi mövcuddur.Sonuncu düymə mausla sıxıldıqda slaydın ölçüsü proqram pəncərəsinin ölçüsünə uyğunlaşdırılır.
Power Point proqramında görünüş rejimlərini dəyişmə düymələrinin xüsusi əhəmiyyəti var.Proqram açılan zaman Normal görünüş rejimi aktiv olur,bu rejim slaydlar üzərində işləmək üçün nəzərdə tutulub.Slides Sorter (slaydların çeşidlənməsi) rejimi slaydların yerbəyer edilməsi ,bir neçə slaydın seçilərək üzərində hər hansı əməliyyatın aparılması üçündür.bu görünüş rejimində işçi sahənin forması dəyişir və miqyasdan , pəncərənin ölçüsündən asılı olar aq ekranda çoxlu sayda slaydlar görünür.
Dostları ilə paylaş: |