Naxçıvan Müəllimlər İnstitutu



Yüklə 0,75 Mb.
səhifə14/56
tarix01.01.2022
ölçüsü0,75 Mb.
#104746
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   56
Sistem Bloku haqqında

  • Ana plata (motherboard) – fərdi kompüterin qovşaq və hissələrini bir-biri ilə fiziki əlaqələndirən platadır, üzərində mikroprosessor, əməli yaddaş, Keş-yaddaş, çıxış/giriş qurğularının kontrelleri,CMOS, BİOS, Chipset mikrosxemləri yerləşir. Eyni zamanda ana platanın üzərində müxtəlif razyomlar yerləşir. Bəzi ana platalarda videoadapterin və səs kartının mikrosxemləri də yerləşir.

  • Mikroprosessor (CPU) - fərdi kompüterlərin düşünən beyni olub ana plata üzərində yerləşir, ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni həyata keçirirərək informasiyanı emal edir.. Mikroprosessor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir. Mikroprsessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə istehsal edir. Bu cür mikrosxem özündə təqribən 3,1 milyon tranzistoru birləşdirir. Pentium tipli mikroprosessorun arxitekturası özündə iki hesab-məntiq qurğusunu birləşdirir. Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium prosessorunun hesablama məhsuldarlığı saniyədə 112 milyon əməliyyatdır. Pentium tipli mikroprosessorlar işləmə(takt) tezliyinə görə aşağıdakı siniflərə bölünür.

 Pentium I - 75 Mhs  300 Mhs

 Pentium II - 300 Mhs  600 Mhs

 Pentium III - 600 Mhs  1100 Mhs

 Pentium IV – 1100 Mhs(1,1Ghs)  4000 Mhs(4 Ghs)

Müasir fərdi kompüterlərin hesablama məhsuladarlığı saniyədə millyard əməliyyata (Gflops) bərabərdir.
Mikroprosessor (CPU)-nun yaddaşı registr yaddaş adlanır.

Qeyd. Emal olunan informasiya registir yaddaşda saxlanılır.

Mikroprosessorun tərkibinə mərkəzi idarə qurğusu, hesab-məntiq qurğusu, prosessorun daxili əməli yaddaşı, registr, keş-yaddaş və s. daxildir.
Mikroprosessor (CPU)-nun əsas xarakteristikaları

Mikroprosessorun əsas səciyyəvi xüsusiyyəti takt tezliyi, işçi gərginliyi, takt tezliyinin daxili çoxaltma əmsalı, keş-yaddaşın tutumu və dərəcəliliyidir.




  • Takt tezliyi - 1 saniyə ərzində yerinə yetirilən əməliyyatların sayıdır.

Takt tezliyi Meqaherslərlə (MHs) və Geqaherslərlə (GHs) ölçülür. İndiki zamanda fərdi kompyuterlərdə geniş istifadə olunan mikroprosessorların maksimum takt tezliyi saniyədə 1 milyard taktdır.

Bu göstərici prosessorun adından sonra yazılır (məsələn, Pentium/75 Mhs).



  • Dərəcəlik (mərtəbəlilik) – eyni vaxtda emal olunan informasiya bitlərinin sayı ilə ölçülür. Məs, 16, 32 və s.
  • Kuler

Prosessor barədə söhbət apardıqda daha bir elementi yada salmaq lazımdır. Bu element isə prosessor kristalının səthi üzərində yerləşdirilən xüsusi soyuducu – ventilyatorlardır ki, buna da “kuler” deyilir.




1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin