Verilənlərin daxil edilməsi və nəticələrin istifadəçiyə bildirilməsi bloku.
Blokun daxilində verilənlər vergül ilə ayrılmaqla sadalanır.
Düzbucaqlı
“Əməliyyat” bloku
Blokun daxilində verilənlərin emalı və hesablama əməliyyatları yazılır
Romb
“Şərtin yoxlanması” bloku
Blokun daxilində məntiqi şərt göstərilir. Şərt ödənirsə, alqoritm “hə” budağı üzrə, ödənmirsə “yox” budağı üzrə istiqamət alır. “hə” və “yox” blokdan çıxan oxlar üzərində yazılır.
Ox
İstiqamət.
Alqoritmlərin strukturlarına görə təsnifatı
Alqoritmlər əmrlərinin icra olunma ardıcıllığına görə aşagıdakı strukturlara ayrılır:
Xətti alqoritmlərı
Budaqlanan alqoritmlər
Dövri alqoritmlər
Xətti alqoritmlər
Xətti alqoritmdə addımlar yazıldıqları ardıcıllıqla bir dəfə yerinə yetirilir. Belə ardıcıllıq təbii ardıcıllıq adlanır.
Xətti alqoritmin baza strukturu (qrafiki və cədvəl təsvirıəri) belədir: