Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi Əlaqə telefonu: (036) 545 65 71 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti. Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektorundakı əmək müfəttişi vakant baş məsləhətçi vəzifəsi üzrə zəruri biliklərə dair
yaradıcılıq, təhsil, sosial və ödənişsiz məzuniyyətlər, onların verilmə qaydaları;
əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları;
əmək haqqının ödənilməsinin formaları, qaydaları, orta əmək haqqının saxlanılması üzrə təminatlar;
işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti;
əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, onlara əməl olunmasına nəzarət və işəgötürənin məsuliyyəti;
qadınların, yaşı 18-dən az olan işçilərin əmək münasibətlərinin tənzimlənməsi;
kollektiv əmək mübahisələri və onlara baxılması qaydaları;
fərdi əmək mübahisələrinin həlli qaydaları;
işçilərin sosial sığorta olmasının tənzimlənməsi.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin Əsasnaməsi
İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları
İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları
İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği
Əmək qanunvericiliyinin tələblərinin işəgötürənlər tərəfindən pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati cərimələrin tətbiq edilməsi
Ədəbiyyat:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 1 fevral 1999-cu il
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, 11 iyul 2000-ci il
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin Əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 9 fevral tarixli 20 nömrəli qərarı
“İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı
“İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı
“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı