Necə zəlalətə düşdüm. (Ticaninin "Necə hidayət oldum"kitabına təkzib) Ön söz



Yüklə 259,36 Kb.
səhifə1/5
tarix22.10.2017
ölçüsü259,36 Kb.
#9478
  1   2   3   4   5

Necə zəlalətə düşdüm.
(Ticaninin "Necə hidayət oldum"kitabına təkzib)


Ön söz.


"Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!"
(Quran, Maidə 8)
Həqiqətən bir məsələni araşdırarkən, bunu elmli yolla etmək, yaxşı niyyətə, sağlam fitrətə, təmiz qəlbə dəlalət edir. Buda indiki zamanda bir çox yazılara xas olmayan xüsusiyyətdir. Ancaq buna təəccüblənmirik. Çünki Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bunun olacağını artıq xəbər vermişdir:
"Elə bir zəmanə gələcək ki, kişi yatacaq və oyandıqda artıq əmanət qəlbindən silinmiş olacaqdır"
("Fathul-Bari əsəri, "Köləlik kitabı", "Əmanətin aradan itməsi fəsli")
İslam tarixində əsrlər boyu bidət əhli Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) səhabələrinin ədalətinə şəkk gətirməyə, dahi İslam alimlərini ləkələməyə cəhd etmişlər. Lakin (innə rabbəkə labilmirsad) hansı bir bidət və zəlalət əhli nə yazmışsa, Allah onun batil əməlinin üstünü açmış, kələyini yerindəcə kəsmişdir. Allaha daima həmd olsun!
Görürsən ki, bu zəlalətə aparanlar insanları şübhəyə salmağa cəhd edirlər, aldadırlar və hətta yalanlar yazmağa, özlərindən nələrsə uydurmağa, təhriflər etməyə belə çəkinmirlər. Çünki əllərində olanı ancaq budur.
"...Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz."
(Quran, Nur, 40)
Hər eşidilənə inanan, hər deyilənin arxasınca gedən avam cahillərdə, öz ağalarının dediklərinin ardınca gedərək haqqı axtarmadan, yalan olub-olmadığını öyrənmədən, onların dedikləri ilə razı olanlar da tapılır (Yəqin ki, ağalarının halını bilməyirlər, ya da özlərini bilməməzliyə qoyurlar).
Belələrindən biri də özündən əvvəlki həmfikirləri kimi, haqq əhlinə tənə edərək, doğruluğa əməl etməyərək, tövbə etməzsə, Rəbbin dərgahında rəzil, alçaq olaraq, bir neçə kitabçalar yazmışdır.
Bu yazımla bir kişinin nə qədər yalan danışdığını bəyan edəcəyəm. Hər dediyinə geniş cavab verməyəcəyəm. Sadəcə olaraq, bu kişinin iddia etdiklərində yalançı olduğunu sizə açıqlayacağam.
Onun haqqnda Tunis alimlərindən soruşduq. Tunis alimlərindən olduğunu deyərək, onun haqqında nə eşidən, nə də onu tanıyan oldu. Şair gözəl deyib:
Soruşduq məhəllədə Sulamət haqqında.
Dedilər bəs kimdir Sulamət?
Dedik ki, Məhəmməd ibn Zeyddir.
Dedilər ki, artdı bizdə cəhalət.

Allahın dinini qorumaq üçün, bunu Allahın razılığı üçün yazdım. Ancaq yazımda elm əhli tərəfindən nöqsanlar tapılarsa, mənə zərəri olmaz. Çünki etiraf edirəm ki, mən elm meydanında usta deyiləm. Bu boşluğu dolduran, bu böhtançıya cavab vermək üçün vaxt ayıran olmaıdğına görə bu işi mən gördüm. Özümdən razı olaraq yox, su olmayanda təyəmmüm edərlər deyə, bunu məhz mən etdim.
Kəlamlarımda xəta olmaq ehtimalı da vardır. Çünki bu nə heç bir batilə yer olmayan Allahın kəlamı, nə də məsum Peyğəmbərimizin(səlləlləhu əleyhi və səlləm) kəlamıdır.
Xətalarımı bilən qoy onu bizlərə çatdırsın. Çünki Allah razılığı üçün əməl edən kəs haqqın haradan gəlməsindən asılı olmayaraq, onu görəndə sevinər.
Ancaq dediklərimi nəfsinə tabe olaraq, rədd edən insana isə deməyə söz tapmıram. Əyri budağın kölgəsi də əyri olar!
"(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?"
(Quran, Caşiyə, 23)
Beləliklə, ucalardan Uca olan Allahdan diləyirəm ki, bu əməlimi qəbul etsin və Onun bəyəndiyi əməllərdən etsin. Bir də diləyirəm ki, Allah Taala müsəlman övladlarını rafizi alimlərinin və ağalarının yalanlarını, haqqa qarşı olduqlarını onlara bildirdikdən sonra haqqa hidayət etsin!
"Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar."
(Quran, ər-Rəd, 17)
(Bu yazıda) məqsədim çoxa az ilə qane olan, uzunçuluq əvəzinə müxtəsər kəlamla kifayətlənən ağıl sahiblərini oyandırmaqdır. Sözü insaf və ədalət tərəzisilə ölç! Hər kəsin haqqını ver! Çünki Allah Taala buyurur:
". Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!
Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).
Tərəzini düz tutun, çəkini əskiltməyin"

(Quran, ər-Rəhman, 7-9)
Şair də demişdir:"Əlinlə elə şeylər yaz ki, Qiyamət günü qarşına çıxanda sevinəsən".
Mən təəccüb edirəm və bu təəccübüm bitib tükənməyir. Axı insan nə üçün yalan danışır? Haqqa niyə tabe olmur? Niyə dəlilə dəlil ilə cavab vermir? Belə suallar çoxdur, buna cavablar isə azdır ya da heç yoxdur.
Şeyx əl-Müəllimi "əl-Fəz əgaid ilə təşih əl-əgaid" kitabında haqqa tabe olmağa mane olan bir çox səbərləri göstərmişdir:
1- Haqqa tabe olduğu təqdirdə, əvvəl batil əqidədə olduğu üzə çıxması. Bu da ona ağır gəlir.
2- Təkəbbürlük.Görür ki, haqqı etiraf etməsi bundan öncə nöqsanlı olduğunu etiraf etməsi deməkdir, başqa sözlə həm də başqa bir şəxs ona düz yolu göstərmişdir.
3- Batillə şan-şöhrət və ya var-dövlət qazanması. Beləliklə də o faydaları itirəcəyindən qorxur, haqqı etiraf etmək ona ağır gəlir.
4- Aydın olanda ki, hörmət etdiyi, uca tutduğu ataları, babaları, şeyxləri alimləri haqqa müxalif idilər, bir zaman təhqir etdiyi, istehza və kinlə baxdıqları, cəhalət və zəlalətdə olduqlarını güman etdiyi kəslər haqlıdirlar. Belə olan halda bu mənəvi zərbəyə dözməyi bacarmaması, qərar qəbul etməkdə acizlik göstərməsi.
Bunun müalicəsi isə aşağıdakıları göz önünə almaqla olar:
1. Haqqın uca və batilin rəzil olmasını fikrində tutmaq.
2. Fani və zəlil dünya ilə Allahın razılığının və Axirətin nemətlərini müqayisə etmək.
3. Aydın olan məsələləri götürüb əməl edərək, nəfsinə tabe olmamaq.
4. Dəlil ilə şübhəni fərqləndirməyə səy göstəmək.
5. Hər sözün dalınca getməmək.
6. Allaha haqqı haqq olaraq göstərmək və ona əməl etməklə mükafatlandırmasını, batili olduğu kimi göstərərək, ondan uzaq olmağını diləmək.
Əvvəldə və axırda (həmişə) dumız budur: Aləmlərin Rəbbinə həmd olsun!

Ticani, onun kitabları və metodu ilə tanışlıq.

Ticani iddia edir ki, o Tunisdə Zeytuniyyə universitetini bitirmişdir. Sufiliyin "ət-Ticaniyyə" firqəsinə mənsub olubdur. Sonralar Səudiyyə Ərəbistanı Krallığına köçərək, iddia və iftirasına görə "vəhhabiliyi" qəbul etmişdir. Daha sonra Tunisə qayıdaraq, özünün dediyi kimi sufilərə qarşı çıxaraq, "vəhhabiliyi" yaymaqla, məşğul olmuşdur. Daha sonra Beyruta yola düşmüşdür. Səfərdə gəmi ilə gedərkən, Munim adlı bir rafizi ilə tanış olub, ondan çox təsirlənmişdir. Ordan da İraqa gedərək, on iki imamçılığı-rafiziliyi qəbul etmişdir. Dediyinə görə, çox ciddi axtarışlardan, araşdırmalardan sonra ən nəhayət, sonda bu əqidəni qəbul etmişdir.


Cavab: Kaş ki, bu kişinin iddia etdikləri doğru olaydı. Biz də əlimizi ona uzadardıq. Ancaq çox təəssüf ki, o kitabını yalan, təhrif, aldatma, kələk, gəlmə, tənə və istehzalarla yazıb doldurubdur.
O, yazdığı dörd kitabında yalnız bir məsələyə, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) səhabələrini pisləməyə diqqət yetirir. Çünki əhli-sünnə ilə münaqişə etmək üçün rafizililərin bundan başqa əllərində bir şey yoxdur.
Şübhəsiz ki, bu məsələdə də dəlilləri yoxdur. Ona görə ki, əhli-sünnə səhabələrin fərd olaraq, məsum olduqlarını demirlər, əksinə, onların səhv edə bilmələrini mümkün sayırlar. Bununla belə onların məqamını yüksək tutur, xətalarına insaf gözü ilə baxır. Onların etdikləri azacıq xətalar çoxlu savablarının qarşısında müsqayisəolunmazıdır!
Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) səhabələrini pisləyən rafizilərin tənələri dörd qismdir:
1. Səhabələrin demədiyi, onlar haqqında uydurulmuş yalanlar;
2. Səhabələrin ictihad etdikləri məsələlər (onların ictihadlarını səhv və ya sünnəyə müxalif kimi qələmə verirlər);
3. Cürbəcür yalanlarla şişirdilmiş (səhabələrin) etdikləri balaca xətalar;
4. Onların dənizlər boyda yaxşı əməlləri müqabilində etdikləri xırda səhvlər.
Əgər Ticani iddia etdiyi kimi, haqqı axtardığında doğruçu olsaydı, yalan söyləməzdi. Həqiqətən haqlı insan yalan deməz, batil olan isə doğru danışmaz!
Allah köməyimiz olsun!

Ticaninin "Necə hidayət oldum" kitabına cavab

1. Ticani deyir (səh.24): "Elm məclislərinə "əl-Əzhər" (universitetindən) proffesorlar da qatılırdırlar. Mənim əzbərlədiyim hədisləri və ayələri gödükcə, malik olduğum danılmaz dəlilləri eşitdikcə məndən xoşları gəlirdi.Hansı universiteti bitirdiyimi məndən soruşurdular. Mən də fəxrlə "Zeytuniyyə" universitetinin məzunu olduğumu deyirdim.
"Əl-Əzhər"in alimlərindən bəziləri mənə sənin yerin burada "əl-Əzhər"də olması vacibdir deyirdilər...
Şərəf kürsüsundə "əl-Əzhər" aliminin yanında oturdum. Məndən iştirakçılar qarşısında çıxış etməyimi xahiş etdilər. Mən də çox asanlıqla çıxış etdim.
Bütün bunlardan sonra Ticani deyir (səh. 54): Bu zəkalı uşaqdan (Nəcəf şəhərindəki dini mədrəsədə oxuyan uşağı nəzərdə tutur) təəccübləndim. Dediklərini biz Quran surəsi əzbərlədiyimiz kimi bilirdi. Müəllim şagirdinə dərs verdiyi kimi, mənimlə söhbət edirdi. Onun qarşısında aciz olduğumu hiss etdim. Düşünürdüm ki, bu uşaqlarla qalmayıb, kaş mən də dostumla birlikdə burdan çıxaydım. Fiqh və ya tarixdən nə soruşdularsa, heç birinə cavab verə bilmədim.
Cavab: "Əl-Əzhər" alimləri qarşısında fəxr edir, sualları cavablandırır, nəcəfli uşağın qarşısında aciz qalır, qaçmaq istəyir. Ticani bütün bunları Nəcəf uşaqlarının "əl-Əzhər" alimlərindən daha çox bildiyini göstərmək üçün deyir.
Bu sözləri oxucusuna hörmət edən kəs deməz!
Elə Ticani özü də Nəcəf alimlərindən, uşaqlarından öyrəndi, sonra nəçi oldu? Böhtanlar yağdıran, hadisələri dolaşdıran, nağıllar uyduran, oxucularına kələk gəlmək istəyən yalançıdan başqa bir şey olmadı.
Əziz oxucu! Yazıma nəzər saldıqca, bu kişinin yalanlarının, təhrifinin, zülmünün, məsələlərə yanaşmaqda elmi üsullardan uzaqlığını, cahilliyini və pis niyyətini görəcəksən. Belələri ilə nəyinki danışmaq lazım deyil, heç qapının kandarından içəri buraxmaq olmaz. Elə camaatın ayaqqabılarının yanında dayanaraq, uzaqdan baxmalıdırlar, vəssalam!
2. Ticani deyir (səh.25): (Allah Taala) hədisi-qüdsidə:"Ey qulum! Mənə itaət et, mənim kimi olarsan, bir şeyə "ol"deyərsən, o da dərhal olar"-demirmi?
Cavab: Ticaninin iddia etdiyi bu hədisi-qüdsinin hətta bənzərlərini uydurma hədis toplumlarında belə rast gəlmədim. Bu deyəsən onun oxuduğu sufi sayıqlamalarıdır. Kim bu hədisi taparsa, bizlərə göstərsin. Ona təşəkkür edərik.
3. Ticani deyir(səh.28):Münimə- "rafizi olduğunu bilsəydim, sənlə danışmazdım"-dedim.
O isə: "Nə üçün?"
Mən:"Çünki siz müsəlman deyilsiniz. Siz Əlinin qəbrinə ibadət edirsiniz. Sizlərdən olanlarınız isə Allaha ibadət edərlər. Ancaq Peyğəmbəri qəbul etmir, Cəbrailin(ə.) əmanətinə xəyanət etdiyini deyərək, onu söyürlər.
(Ticani) sözünə davam edərək, deyir ki, bu məlumatları Əhməd Əminin "Facrul-İslam", "Duha-l-İslam", "Zuhr-ul-İslam" kimi tarix kitablarından götürmüşdür.
Cavab: Bu açıq –aydın yalandır. Əhməd Əmin belə söz deməyibdir. Bəli, bəzi rafizilər Əlinin ilah olduğunu deyirlər. Belələrinə "sabiilər" misal ola bilərlər(bu firqə indiyə qədər İranda mövcuddur).
Əhməd Əmin kitablarında "İsna Əşəri"ləri qeyd etsə də, onların Əliyə ilah demələrini, Məhəmmədin(səlləlləhu əleyhi və səlləm) peyğəmbərliyini inkar etmələrini və Cəbraili söymələrini onlara mənsub etməyibdir.
Bunula belə, onların fəxrlə dedikləri küfrləri – rucani ("Duha əl-İslam",3212), imamların qeybi bilməsi("Zuhrul-İslam",4113), imamların dirilməyi("Duha əl-İslam", 3219), Qurani Kərimin dəyişdirildiyini ("Duha əl-İslam",3217), 3 nəfərdən başqa bütün səhabələrin İslamdan çıxmalarını("Duha əl-İslam", 3210) qeyd etmişdir.
4. Ticani deyir(səh.29): Munim dedi: "Həqiqətən Əhməd Əmin İraqı ziyarət etmişdi. Onunla Nəcəfdə görüşən müəllim heyətinin arasında mən də var idim. Ona yazdığı kitablara görə irad tutanda, o üzr istəyərək, dedi:"Mən sizin barənizdə heç nə bilmirəm. Mən indiyə qədər heç vax şiə ilə ünsiyyətdə olmamışam. Bu ilk dəfədir ki, şiə ilə görüşürəm"
Cavab:Bu Əhməd Əminə atılan böhtandır. Əgər doğrudan da belə hadisə olubsa, sonralar niyə o, öz əsərlərində əvvəl dediklərini təkzib yaxud düzəliş etməyib? Necə ola bilər ki, şiələrin kəlamlarını onların mötəbər kitablarından gətirdiyi halda, "şiəlikdən heç nə bilmirəm" deyir?!
Əhməd Əmin onların etiqadlarını qeyd edəndən sonra deyir:"Bütün bunlar rafizilərin ən mötəbər kitablarından götürülmüş heç bir şərh və dəyişiklik etmədən imamlardan rəvayət etdikləri əsasında etiqadlarının xülasəsidir."("Duha əl-İslam", cild3, səh220)
Əhməd Əmin yaşayarkən niyə bunları demirdi? Bir də ki, Əhməd Əminin kitabları qalmaqdadır, əldən-ələ ötürülməkdədir. Dediklərini də rafizi kitablarından götürmüşdür. Görürsən ki, o "Kafi"nin müəllifi Kuleynindən nəql edir, "Nəchul bəlağa"ya əsaslanır, mötəbər saydıqları rafizi alimlərindən "Həyat-l-qulub"dan, Məclisinin "Biharul-Ənvar"ından, "Vaqfatul-zair"dən və başqalarından sitatlar gətirir. Bütün bu kitabları oxuyan, onlara müraciət edən kəs "mən rafizilərdən heçnə bilmirəm" deyərmi?!
Ticani deyir:"Onun dedikləri xoşuma gəldi. Dəstəmaz aldıqdan sonra heç kimin olmadığı yerə getdik. Onu yoxlamaq üçün namazda imam olmasını təklif etdim. Niyyətimdə sonradan yenidən bu namazı qılmaq var idi.
Cavab: Əgər Ticani bunları doğru deyirsə,bu onun namaza laqeyd yanaşmasını göstərir. Bu elə bir ustalıqdır ki, təqiyyədə bundan ən bolunu istifadə etmək olar.
Belə əməl etməyə, yəni batil olduğunu etiqad etdiyi namaz qılmağa mömin, Allah qorxusu olan heç kəs cürət etməz.
5. Ticani deyir(səh.31): O qardaşı ilə(Munimlə) məğrib namazını qılıb, sonra yeməkxanaya yollandılar. Sonra bizə işa(gecə) namazı qıldırdı.
Cavab: Rafizilərdə namaz vaxtları üçdür. Onlar məğribi və işanı bir yerdə cəm edərək, qılırlar. Deməli ya Ticani yalançıdır, ya da Munim ona qarşı təqiyyə işlədib. Lap elə bir-birini yaxşı tapıblar.
6. Ticani deyir(səh.34): Məhəmməd(səlləlləhu əleyhi və səlləm) peyğəmbərlərin ağası olduğu kimi, Əbdülqədir də (Gilani) övliyaların ağasıdır. İnsanlar Kəbəni yeddi dəfə fırlanaraq, ibadət edirlər. Mən isə özüm təvaf olunan evəm –deyən Gilanidir.
Onu(Munimi nəzərdə tutur) inandırmağa çalışırdım ki, Əbdülqədir öz şagirdlərinin, sevənlərinin yanına açıq-aydın gələrək, onları müalicə edir, çətinliklərdən qurtarır.
Cavab: Bu Ticaninin rafizilikdən əvvəl də(əgər yazdıqları doğrudursa) zəlalətdə olduğunu göstərir. Bu bir daha rafizili və sufilik arasında güclü bağlantının olduğunu göstərir. Yəni bir sikkənin iki üzləridir.
Əhli-Sünnəyə görə Əbdülqədir Gilani olümündən sonra şagirdlərinin, sevdiklərinin yanına açıq –aydın gələrək, onların xəstəliklərini sağaldır, bəlalardan qurtarır deyə etiqad edən müsəlman deyil.
Allah Taala buyurur:
"Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir şey anlamadığı üçün) suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mə’nasız sözlərdən) başqa bir şey deyildir!"
(Quran, Rəd, 14)
"(Ya Peyğəmbər! Müşriklərə) de: "Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın". Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!"
(Quran, Səba, 22)
Alusi demişdir: Allah Taalanın"Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər"(Quran, Həcc, 73) kəlamı övliyaları ifrat dərəcədə şişirdənlərə işarədir. Çünki, onlar çətinlik vaxtı (Allahı qoyub) övliyaları çağırırlar. Onların adına nəzir deyirlər. Onlardan bir az ağlı çox olanlar isə bizimlə Allah arasında olan vasitədir deyir, nəziri Allaha, savabını isə vəliyə verdiklərini deyirlər. Beləliklə onlar "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik"(Quran, əz-Zumər, 3) deyən bütlərə ibadət edənlər kimi demiş olurlar.("Bəyan şirk və vasailuhu ində uləmi-l-hənfiyyə", səh.23)
Əbu Bəkr əl-Hənbəli demişdir:Böyük şirk yeddi qismdir. Peyğəmbərləri və övliyaları ruzi vermək, xəstəlikdən şəfa tapmaq və s. üçün dua edərək, çağırmaq. Çünki Allah Taala buyurur:
"Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (tanrılara və bütlərə) ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!,"
(Quran, Yunus, 106)" ("Bəyan şirk və vasailuhu ində uləmi-l-hənfiyyə", Dr.Məhəmməd əl-Xəmis, səh.14)
Həmçinin onun "Mən təvaf edilən evəm" sözü də küfrdür. Bunu Əbdulqədirin(Allah ona rəhmət etsin!) deməsi sübuta yetirilməyib.

7. Ticani deyir (səh.37): Həqiqətən tarixi heç bilmirdim. Çünki ustadlarımız və müəllimlərimiz "İslam tarixi qara və qaranlıqdır, onu oxumaqda fayda yoxdur" deyərək, bunu bizə qadağan ediblər.
Cavab: Yalanın ipi nə qısa olurmuş! Səhifə 22-də Ticani deyir ki, onlar mənim elmə olan həvəsimə, çox məlumatlığıma heyran olurdular. Beşinci abzasda isə, o Əhməd Əminin kitablarını oxuduğunu deyir.
İslam tarixinin qara olduğunu demək sırf rafizi nəzər nöqtəsidir. Bunu onlardan başqa heç kim iddia etmir. Hətta şərqşünaslar belə İslam tarixində çiçəklənmiş, qızıl əsrlərin olduğunu deyirlər. Raşidi xəlifələrin dövrünü isə xüsusi qeyd edirlər.
Əgər Ticaninin ustadları parlaq İslam tarixinə qaranlıq deyirlərsə, bizim ustadlarımız bunun tam əksini demişdilər. Məhz onlar əməli-salehin keçmiş tarixini sətirlərə düzmüşlər. Əgər Ticani qaranlıq tarix axtarırsa, rafizi tarixi kimi qaranlıq tarix tapa bilməz, buyursun baxsın! Onların heç vaxt İslama xeyri dəyməyibdir. Nə bir diyarı fəth ediblər, nə düşməni geri oturdublar. Əksi isə olduqca çoxdur. Onların "cihadı" istər qədimdə, istərsə də müasir dövrdə daim əhli-sünnəyə qarşı olubdur.
Qədim tarixdə onlardan ancaq bunu görmüşük:
1. Bağdada Moğol tatarları daxil olarkən, İbn əl-Əlqəmi, ən-Nüseyr ət-Tusinin əli ilə onlara dəstək vermələrini ("Əl-Bidayə van-nihayə", cild 13, səh.213, 217, 283);
2. Səlib yürüşləri zamanı sərhədləri açaraq, onlara yardım etmələrini ("Kitəbul-xumeyniyyə və risatul-harakat al-agida və alafkar al-fasidə", səh.73);
3. Rusların osmanlılara qarşı daimi hücumlar edib onları məğlub etmələri zamanı bayram etmələriniz ("Kitab əl İtidata-l-batiniyya alə əl-muqaddasat əl-islamiyyə");
4. Həccacı öldürmələrini, qara daşı yerindən çıxararaq, "əl-Əhsaya" aparmalarını ("Burutukul ət-ayət", Qum, səh.63)
Müasir tarixdən isə bunları bilirik:
1. Xomeyninin "Qüdsə yol İraqdan keçir" sözlərini. Moğol-tatar vaxtında Əli ət-Tusinin Bağdad soyqırımında əli olduğu üçün onu tərifləməsini;
2. İranda Əhməd Müftizadə, Əhməd al-Küsri, Müzəffəryani kimi bir çox əhli-sünnə alimlərinin qətlini;
3. "Əməlü-ş-şiə"(şiyələr) tərəfindən törədilən qətlləri;
4. Kəbəni və Peyğəmbər məscidini "azad" etmək çağırışları, şüarları və orada törədilən partlayışları.
Belə misalları çox gətirmək olar. Əl-Əhqafi əl Həirinin dedikərini misal gətirsək, məncə kifayət edər:
"Fars və rum xalqlarının başına gələnlər əzəmətli İslam ruhundan uzaq bədəvilərinin pis davranışlarının nəticəsidir.Bu xalqlarda ərəb millətinə, şəriətinə qarşı nifrət ərəblərin şərqdə və qərbdə gözəl şəhərləri, bərəkətli torpaqları viranə qoymasına görə baş qaldırıbdır. Bu şəhvət qulları və ağaları (fars) krallığının və (rum) imperatorluğunun namusuna təcavüz etmişlər.
Görürsənmi, əziz oxcu?! Müasirlərdən olan bu əl-Əhqafi fars diyarını fəth edən səhabələri bədəvilər, şəhvət qulu və s. adlarla adlandırır. Bilmirəm, bu adam hansı iffətdən, namusdan danışır, ağlayır.
Belə sözləri müsəlman dilinə gətirərmi? Elə rafizilərin Ömərə(r.a.) qarşı olan böyük nifrətinin əsas səbəbi də onun fars imperiyasını dağıtmasına görədir. Həsənin(r.a.) övladlarını qoyub, Huseynin(r.a.) övladlarını uca tutmaları da bu səbəbdən irəli gəlir. Çünki onun övladlarının dayıları, yəni zövcəsi Yezdiqərin qızı Şəhribanunun qardaşları farslardır.("Biharul-ənvar", cild 45, səh.329) Salman Farisini(r.a.) digər səhabələrdən üstün tutmaları, hətta ona vəhy gəldiyini demələri("Ricalu-l-Kəşşi") yalnız və yalnız onun fars olmasına görədir. Bu səbəbdən də öz kitablarında Əlidən(r.a.) rəvayət edirlər ki, (guya) o Kisra (fars imperatoru) barəsində demişdir:"Həqiqətən Allah onu cəhənnəm əzabından qurtarıb. Ona odu haram edibdir"("Biharul-ənvar", cild 14, səh.41)
8. Ticani deyir(səh.40):Başıma "vəhhabi çılginligı" vurdu və doktora dedim:Onda sən də vəhhabi fikirlisən. Onlar da övliyaları qəbul etmirlər.
Cavab: Birincisi, əhli-sünnəni "vəhhabi" adlandırmaq boşboğazlıqdır və onlara lağ etməkdir. Onlar heç vaxt özlərini belə adlandırmayıblar!!!
İkincisi, onların guya övliyaları qəbul etməmələri qırmızı yalandır. Allaha şükürlər olsun ki, əhli-sünnənin kitabları hər yerdə var və bu iddianın yalan olduğunu hər zaman sübut edir.
İmam Məhəmməd ibn Əbdülvəhhab ibn Suleyman ət-Təmimi "Kəşfu əş-şübuhət" kitabında demişdir:"Sənə övliyaları sevmək, onlara tabe olmaq, kəramətlərini təsdiqləmək vacibdir. Onların kəramətlərini yalnız bidət və zəlalət əhli inkar edər."( "Kəşfu əş-şübuhət", 10-cu fəsil, səh.11)
Nə olaydı, Ticani "vəhhabi" adlandırdıqlarının kitablarından heç olmasa birindən belə iddia etdiklərini göstərəydi. Allahın lənəti yalançılara olsun!
Əhli-sünnə alimləri yalnız altıncı abzasda Əbdülqədir Gilaninin adından dediyi sayıqlamalar kimi bu qəbildən olan məsələləri qəbul etmir.
9. Ticani deyir(səh.44): Biz əhli-sünnə və cəmaat Allah elçisinin(səlləlləhu əleyhi və səlləm) yalnız Quranın təbliğində məsum olduğunu deyirik.
Cavab: Əhli-sünnənun adından danışan nümayəndə səni kim təyin edibdir ki, sən onların adından danışırsan? Allaha and olsun ki, sən nə rafizilikdən əvvəl, nə sə sonra əhli-sünnədən olmamısan!
Biz Ticanidən əhli-sünnənin Peyğəmbərin məsumluğu barədə dediyi kəlamın hansı məsdərdən götürüyünü tələb edirik.
Əhli-sünnənin əqidəsi belədir ki, həqiqətən Peyğəmbərlər ümumi olaraq, təbliğdə, istər kitabları, istərsə də digərlərini çatdırmaqda məsumdurlar. Məsələn, Məhəmməd(səlləlləhu əleyhi və səlləm) Quranı və Sünnəni çatdırmaqda məsumdur. Allah Taala buyurur:
"O, kefi istəyəni (havadan) danışmır.
Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. "

(Quran, Nəcm, 3-4)
Quran da, sünnə də vəhydir. Onlar arasında fərq yalnız bundadır ki, Quran Allah kəlamı, sünnə isə Onun elçisinin dili və ləfzi ilə çatdırılan Allahın vəhyidir. Burada başqa fərqlər də var. Ancaq bu başqa bir mövzudur. Deməli, sünnə əhli peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) təbliğdə (istər Qurani-Kərimin, istərsə də sünnənin insanlara çatdırılmasında) məsumluğuna etiqad edirlər. Eləcə də Məhəmmədin(səlləlləhu əleyhi və səlləm) və digər peyğəmbərlərin böyük günahlardan və kişiliyə zidd olan hərəkətlərdən məsum olmaları da əhli-sünnənin əqidəsindəndir. Xırda günahların peyğəmbərlər tərəfindən baş verə bilməsi məsələsində isə (elm əhli) ixtilaf etmişdir. Lakin düzgün olanı budur ki, aşağıda qeyd edəcəyimiz dəlillərə əsasən xırda xətalar peyğəmbərlərdə baş verə bilər, ancaq dərhal onlara (Allah tərəfindən) xəbərdarlıq gəlir.
Allah Taala buyurur:
1. "Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi."
(Quran, Taha, 121)
2. "Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən?"
(Quran, Təhrim, 1)
3. "(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı. "

(Quran, Əbəsə, 1-2)
4. " (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı."
(Quran, Əraf, 150)
5. "Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz."
(Quran, Ənfal, 67)
6. "...adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, - deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır."
(Quran, Əzhab, 37)
7. " Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,
Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı"

(Quran, Saffat, 143-144)
8. "(İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi"
Yüklə 259,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin