Cavab: Bu yalandır, batil bir iddiadır. "əhli-sünnədən ancaq səhih olanları deyəcəm"deyən Ticaninin iddiası harda qaldı? Bu qeyd etdiyi rəvayəti Təbəri tarixindən..("Tarix ət-Təbəri", cild 3, səh.476) nəql etmişdir. Bu rəvayətin sənədində Əuf bin Ömər var. Onun kim olması barədə 35-ci abzasda qeyd etmişdim.
39.Ticani deyir(səh. 145): O(Aişə) Əlinin ölüm xəbərini eşidəndə şükr səcdəsi etdi.
Cavab: Ticani bunu hicri tarixi ilə 40-cı illərin tarixini yazmış tarixçilərdən nəql etdiyini iddia edir. Bu iki cəhətdən yalandır. Birinci: Bu hekayət əslən yalandır. İkinci: 40-cı illərin tarixini yazmış tarixçilərin dediyinə gəlincə isə baxın: Xəlifə bin Xəyyat bunu tarix kitabında qeyd etməmişdir. Təbəri tarixində qeyd etməmişdir. İbn Kəsir qeyd etməmişdir. Əz-Zəhəbi qeyd etməmişdir. Əl-Masudi qeyd etməmişdir. İbn Əsir tarixində qeyd etməmişdir. Görəsən hansı tarixçi bunu qeyd etmişdir? Kim bu böhtanı qeyd edibdir? Heç bir yerdə bu yalan hadisəni tapa bilmədim. Heç oxucusuna hörmət edən kəs belə yalanlar deyərmi?
40. Ticani deyir(səh. 145): Lakin Təlhə və Zübeyr onun(Aişənin) yanına əlli kişi ilə gəldilər. Onların hər birinə pul da vermişdilər. Sonra (Aişəni inandırmaq üçün) Allaha and içdilər ki, bu yer "mau-l-havab" deyildir. Beləliklə də Bəsrəyə doğru yollarını davam etdilər. Tarixçilər deyirlər ki, bu İslamda ilk yalan şahidlikdir.
Cavab: Hanı sənin "yalnız hər iki firqəyə görə səhih sayılanı deyəcəm" kəlamına əməl? (Ey Ticani) dediyin bu sayıqlama harada sübuta yetirilibdir? Bu tarixçilər kimlərdir? Allah cəzanı versin, bir az kiçik yalan tapa bilmirdinmi? Qəribə burasındadır ki, Ticani dediklərini utanmadan istədiyi alimə mənsub edir. Məsələn, elə bu rəvayəti Təbəriyə mənsub edir. Ancaq bunu mən Təbərinin kitablarında tapa bilmədim. Əgər olunduğunu fərz etsək belə, bunu sənədi hanı, əhli-sünnəyə görə sübut olunmuş sayılırmı?
41.Ticani deyir(səh.147 və 169): (Aişə) Cənnət cavanlarının seyidi Həsənin cənazəsini babası olan Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) yanında dəfn olunmasına mane olaraq, dedi: Mənim evimə xoşlamadığım insan girməməlidir.
Cavab: Rafizilər səhabələri pis qələmə vermək üçün ağıla sığan və sığmayan bütün vasitə və üsullardan itifadə edirlər. Onlara deyirik ki, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) səhabələrinə ittiham yağdırmaq istəyirsinizsə, heç olmazsa, səhih olanları (adətiniz üzrə təvil edərək) gətirin. Daha yalan aldatmaya baş vurmayın.
Yuxarıda qeyd etdiyi rəvayət Ticaninin yalanlar dənizindən bir yalandır. Bu rəvayət səhihdirmi? Harda yazılıbdır?
42. [b]Ticani deyir(səh. 149 və 206): O necə adil səhabə ola bilər ki, (Müaviyəni nəzərdə tutur), Cənnət cavanlarının ağasını zəhərləyərək, öldürmüşdür?
Cavab: Bu da sübuta yetirilmiş rəvayət deyildir. Adəti üzrə dediyi yalanlardandır. Onu əhli-sünnədən yalnız səhih hədislər, sübuta yetirilmiş rəvayətlər nəql etməkdə verdiyi söz harda qaldı?
43. Ticani deyir(səh.162): Bütün ümmət həmfikirdir(icma) ki, Əli (r.a.) mütləq olaraq, səhabələrin ən elmlisi və ən cəsuru idi.
Cavab: Əgər Ticani rafizi ümmətini nəzərdə tutursa, bunu özü bilər. Əgər biz əhli-sünnəni nəzərdə tutursa, bu bizə qarşı deyilmiş, yalandır. Belə hərəkət Ticanidən heç də təəccüblü deyil.
Bu icma haradadır? Kim nəql edibdir? Bu hər bir onun kimisinin deyə biləcəyi sırf iddiadan başqa bir şey deyildir.
Biz əhli-sünnəyə görə Əli(r.a.) səhabələrin ən alimlərindən və cəsurlarından biridir. Ancaq mütləq olaraq, ən elmli və cəsur olması əhli-sünnəyə qarşı deyilən yalandır.
Onun "ən elmli" kəlamına cavabı 50-ci abzasda müfəssəl olaraq, verəcəyik.
Amma "ən şücaətli idi" kəlamına gəlincə buna cavab olaraq, deyirik: Şücaət iki cür olur: 1) Qəlbin qüvvəti, təhlükəli anlarda sabitlik. 2) Yaxşı döyüş qabiliyyəti, yəni döyüş zamanı çoxlu düşmən öldürmək. Amma məhz birinci əsl şücaət sayılır. İkincisi isə yalnız bədənin qüvvətli olmasına dəlalət edir. Ona görə də hər qüvvətli bədəni olan güclü qəlbi olması demək deyildir və eləcə də əksinə. Beləliklə, bədəni güclü olan özü ilə bir güvənəcək insan olan zaman vuruşur, qorxulu anlar da qəlbi az qalır ki, yerindən oynasın. Qəlbən güclü olan isə, çox düşmən öldürməsə də, təhlükəli anlarda sabit olur, çətinliklərdə sinəsini qabağa verir. Bu keyfiyyət sərkərdə, qoşun başçılarında ikincidən(bədəncə qüvvətlidən) daha çox olmalıdır. Öndə duran başçı cəsur, sabit qəlbli olarsa, qoşunda irəli gedər, möhkəm duraraq vuruşar, heç zaman məğlub olmaz. Əgər sərkərdə qüvvətli, lakin qorxaq və zəif qəlbli olarsa, qoşun onda zəlil olar, irəli gedə bilməz. Onlar qalib gələ bilməzlər.
Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) sərkərdədə olan bu əsas keyfiyyətlərlə insanların ən kamili idi. Şərəfli əli ilə bilavasitə yalnız Übeyy bin Xələfi ölüdürübdür. Bundan nə əvvəl, nə də sonra heç kimi öldürməmişdir. Bununla belə o ən şücaətli insandır. (Hərdən) döyüş vaxtı Əli(r.a.) və digər səhabələr çoxlu, düşmən öldürmələrinə baxmayaraq, çətin anlarda Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) ətrafında yığışaraq, onunla görünərdilər. Çünki o ən cəsur idi.
Əgər qəlbin qüvvəsi rəhbərlikdə olanların əsas sifətidirsə, onda heç şübhəsiz ƏbuBəkr Ömərdən, Ömər Osmandan, Osman da Əlidən, Təlhədən və Zübeyrdən daha şücaətlidirlər. Bunu onların həyatını bilənlər bilir. Həqiqətən ƏbuBəkr Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) qarşılaşdığı təhlükəli anlarla bilavasitə o da üz-üzə gəlmiş, ancaq qorxmamış, çəkinməmişdir. Təhlükələrdə özünü irəli ataraq, Peyğəmbəri(səlləlləhu əleyhi və səlləm) canı ilə qoruyur, gah da müşriklərə qarşı əli, dili və malı ilə mübarizə aparırdı.
Bədr savaşında ƏbuBəkr düşmən Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) yerini təzyiq altında saxlamalarını bildiyi halda, çadırda onunla birlikdə idi. O sabit qəlbli və soyuqqanlı idi.
Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) vəfat edəndə isə qalxıb xütbə verdi, camaatı sakitləşdirdi. Üsamənin qoşununu hazırlamağa başladı. Mürtədlər və zəkatı inkar edənlərə qarşı mübarizəyə qalxdı.
Döyüşdə çox adam öldürməyinə gəlincə, heç şübhəsiz ki, bəzi səhabələr Əlidən(r.a.) daha çox düşmən məhv etmişlər. Əgər daha çox adam savaşda öldürmək, daha cəsur olmaq deməkdirsə, onda belə çıxır ki, bəzi səhabələr Əlidən(r.a.) daha cəsurdular. Bara bin Malik yalnız döyüş öncəsi təkbətək döyüşlərdə yüzdən çox düşmən öldürmüşdür. Bura döyüş zamanı öldürdüklərini daxil etmirik.
Amma Xalid bin Validin öldürdüklərini sayını isə bir Allah bilir. Təkcə "Muta" döyüşündə onun əlində doqquz qılınc sınmışdı. Heç şübhəsiz ki, o Əlidən(r.a.) dəfələrlə çox öldürmüşdür. ("Minhəcü-s-sünnə", cild8, səh. 476) 44. Ticani deyir(səh. 167): Ənsarlar ƏbuBəkrə beyət etdikdə Saad dedi: Allaha and olsun ki, çiynimdə olan oxların hamısını sizə atmadan sizlərə beyət etmərəm.
O, (Saad) bunlarla (səhabələrlə) namaz qılmaz, bir araya gəlməz və döyüşlərə çıxmazdı.
Cavab: Bu yalandır, doğru deyildir. Bunu Saad bin Übadənin deməsi sübuta yetirilməyibdir.
Ticaninin qeyd etdiyi bu rəvayəti onun yalanda və rafizilikdə "qardaşı" olan Əbu Mixnəf Lut bin Yahyadan götürübdür. Onun haqqında hədis alimləri belə deyirlər:
İbn Main demişdir: Əbu Mixnəf inanılmış(siqa) deyildir.
Əbu Hətim demişdir: Onun rəvayət etdiyi hədislər qəbul olunmur.
İbn Teymiyyə demişdir: Lut bin Yahya elm əhlinə görə yalançılıqda məşhurdur.
İbn Həcər demişdir: Yalançı hədisçidir. Ona inanmaq olmaz.
İbn Zübeydi demişdir: Etibarsız, tərk olunmuş yalançı və rafizidir.
Əhli-sünnədə olan rəvayət Əbu Mixnafın bu rəvayətlərindən daha səhihdir. Bu rəvayəti Əhməd "Müsnəd"ində rəvayət edərək, deyir: Affan mənə dedi ki, Əbu Üvana bizə davud bin Abdullahdan, o da Hümeyd bin Əbdurrəhmandan rəvayət edərək, demişdir: Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) vəfat edəndə ƏbuBəkr(r.a.) Mədinənin kənarında idi. O, gəlib Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) üzünü açaraq, öpdü və dedi: Atam, anam sənə qurban olsun! Cəsədin dirikən olduğun kimi gözəldir. Ey Saad, peyğəmbərin mənə "(bütün) insanlar bir vadiyə toplaşsalar belə, mən yenə də ənsarlar olan vadidə duraram" dediyini bilirsən. Ey Saad, sən başçı olduğun zaman Peyğəmbər demişdir: "Qüreyş bu işin (rəhbərliyin) sahibidir. İnsanların Yaxşısı onların yaxşısına, pisləri isə pislərinə tabe olarlar". Saad dedi: Düz deyirsən. Biz(ənsarlar) vəzrilər, siz(mühacirlər) başçısınız. ("Müsnəd", cild 1, səh.5) Sənədi yaxşı olan bu mürsəl hədis rəvayətçisi yalançı olan Əbu Mixnədin yuxarıdakı sənədsiz rəvayətlərindən dəfələrlə yaxşıdır.
45. Ticani deyir(səh. 168): Bu kədərli hadisəni ("Fədək" ərazisinə görə ƏbuBərk və Fatimə arasında olan ixtilafı nəzərdə tutur) izləyən, bütün xırdalıqlarına nəzər salan yəqinliklə bilir ki, ƏbuBəkr Zəhraya qəsdən əziyyət verirdi, "Fədək" barəsində onun dediklərini qəbul etmirdi. ƏbuBərk bunu ona görə edirdi ki, fatimə əri, həm də Peyğəmbərin əmisi oğlu olan Əlinin xilafətə təyini barədəki "Qədirxum" hadisəsi və başqa dəlilləri ona qəbul etdirə bilməsin. ƏbuBəkr məhz bu niyyətlə etdiyinə dəlalət edən əməllərdən aşağıdakını göstərmək olar:
Tarixçilər qeyd edirlər ki, Fatimə ənsarların məclislərini dolaşaraq, onlardan Peyğəmbərin əmisi oğluna kömək və beyət etmələrini tələb etmişdir.
Cavab: Allahu Əkbər! Fatiməyə "Fədək"i vermir ki, Əlinin xəlifə olmasına dəlil olan "Qədirxum" hədisini ona dəlil gətirməsin? Bu nə saxtalıqdır? Allahın ağıl nemətinə görə Ona şükr edirik. Bəli, bütün dedikləri axmaqlıqdır. Fatimənin məqamı kişi məclislərini dolaşaraq, onlardan Əlini seçmək üçün yardım diləməkdən qat-qat ucadır. Peyğəmbərin qızına, dünya qadınlarının xanımına beləmi hörmət edərlər? Bəs Allahın qadınlara xitabən "Evlərinizdə qərar tutun"(Quran, Əzhəb, 33) ayəsi harada qaldı? Yoxsa bu ayə təkcə Aişəyə tətbiq olunur?
ƏbuBəkrin Fatiməni dediklərini qəbul etməməsi hadisəsi də uydurma və yalandır. Ticani və onun kimiləri buna bir səhih sənəd göstərməkdə acizdirlər. Həqiqətdə isə ƏbuBəkr Fatiməni təkzib etməyibdir. O, Peyğəmbərdən eşitdiyi "Biz peyğəmbərlərin (mal) mirası olmur" kəlamını ona demişdir.
46. Ticani deyir (səh. 175): Baxın, əgər fəzilətləri kənara qoyub, mənfi halları araşdırmağa başlasaq, hər iki firqəyə görə Əli bin Əbu Talibin bir xətasını belə görə bilməzsən. Digərlərinin xətaları isə elə əhli-sünnənin kitablarında "Səhih"lərdə, "Sirə"lərdə və tarix kitablarında doludur.
Cavab: Ticani yenə insafla danışmır. Görünür, o, yalnız Nəcəf uşaqlarının yanında şagirdlik edibdir. Əhli-sünnə uşaqlarından da bir kurs dərs götürsəydi, onda bir az insaflı olardı. Biz əhli-sünnəyə görə Əli(r.a.) hidayət imamlarından, təqva rəmzlərindən biridir. Amma onun məsum olduğunu demirik. Ticaninin məhz bu abzasdakı yalanlarını üzə çıxarmaq üçün bir az tərəddüd etdim. Bu barədə yazıb yazmamaq bardə götür-qoy etdim. Bir çox elminə və rəbbaniliyinə inandığım elm-əhlindən, istər əhli-sünnə, istərsə, əhli-şiə mənbələrdə zikr olunan Əlinin(r.a.) xətalrı barədə, onun məsum yox, bəşər övladı olduğunu göstərmək üçün yazmağım haqqında soruşdum. Ancaq məlumunuz olsun ki, mən bununla onu pis qələmə vermək niyyətim yoxdur və olmayacaq. Ancaq rafizilər bizə belə şeyləri yazıb göstərməyi, onlara cavab verməyi məcbur edirlər. Biz də yazıb onların şübhələrinə, kələklərinə və fırıldaqlarına cavab veririk. Bu məsələ barədə soruşduğum alimlərin bəziləri buna müsbət, digərləri əks münasibət göstərdi. Nəhayət, batillə ucalan səsləri susdurmaq üçün bunları qeyd etmək lazımdır deyən alimlərin rəyinə üstünlük verdim. Doğrusu Əlinin(r.a.) xətaları rafizi qaynaqlarında çox qeyd olunubdur. Hətta bu çoxluq o qədərdir ki, əhli-sünnə kitablarında olanlarla müqayisə belə edilməzdir. Əgər bu əməlim doğrudursa, Allahdandır. Əgər xətadırsa, nəfsimdən və şeytandandır. Onda mən Allahdan bağışlanmamı diləyirəm.
Birinci əhli-sünnə kitablarında qeyd olunan Əlinin(r.a.) xətaları: 1. İkrimədən (rəvayət olunur), o dedi: Əli bir qövmü odda yandırdı. Bu xəbəri İbn Abbas(r.a.) eşidəndə dedi: Mən olsaydım, yandırmazdım. Çünki Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) buyurmuşdur:"Allahın əzabı ilə (odda) əzab verməyin" (Buxari, "Səhih", "kitab istitadati-l-murtaddin", "bab Hükmül-mürtad", 6922) 2. ƏLi bin Əbu Talibdən rəvayət olunur. O dedi: Bir gecə Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) mənim və Fatimənin (otağının qapısını döydü. "Namaz qılmırsınız?" deyə soruşdu. Mən də dedim:"Ya Peyğəmbər! Canımız Allahın əlindədir. Əgər bizi diriltsə (yəni yuxudan dursaq), namaza qalxarıq. Bunu eşidən Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) mənə bir söz demədən qayıtdı. Sonra eşitdim ki, o (səlləlləhu əleyi və səlləm) "Vay-vay" deyərək, əlini dizinə vurur və deyir (Va kənəl insanu aksara şeyən qadalə). (Buxari, "Fathul-bari", "Kitabu-t-tahccud-tahdiru-n-nabiyyi ala giyamu-l-ləyl, 1127) 3. Rafizilər həmişə məsələ qaldırırlar ki, Fədək məsələsində Əbubəkr Fatiməni qəzəbləndiribdir. Əgər kim Fatiməni qəzəbləndirsə, Peyğəmbəri qəzəbləndirmiş olur, Peyğəmbəri qəzəbləndirən isə Allahı qəzəbləndirmiş olur.
Biz isə cavabında deyirik ki, aşağıdakı rəvayətləri oxuyun! Misvar bin Mixrimə dedi ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) minbərdə dedi:" Həqiqətən Hişam bin Muğiranın ailəsi məndən qızlarını Əli bin Əbu Talibə vermək üçün icazə istəyirlər, mən də icazə vermirəm! Və yenə icazə vermirəm. Yalnız əgər Əli qızımı(Fatiməni) boşayıb, onların qızları ilə evlənmək istəyirsə, bu başqa məsələ. Çünki qızım mənim bir parçamdır. Onu şübhəyə salan məni də salır. Ona əziyyət verən şey mənə də əziyyət verir." (Müslim, "Kitab Fadaili-s-sahaba, 93) Başqa bir rəvayətdə isə bunu eşidən Fatimə Peyğəmbərin yanına gələrək, dedi: Sənin qövmün deyir ki, qızlarını qəzəbləndirmisən. Amma bax, Əli Əbu Cəhlin qızı ilə evlənir. (Müslim, "Kitab Fadaili-s-sahaba, 96) İndi siz deyin, kimdir Fatiməni qəzəbləndirən?!
Bara bin Əzib dedi: Peyğəmbər Hüdeybiyyədə sülh müqaviləsi imzalayanda Əliyə müqaviləni yazmağı əmr etdi. O da "Məhəmməd rəsulullah" kəlməsini (sülh müqaviləsinin əvvəlində) yazdı. Müşriklər dedilər: Səni Allahın rəsulu kimi qəbul etsəydik, onda səninlə niyə vuruşurduq? Peyğəmbər də Əliyə dedi (bu kəlməni) poz! Əli dedi: Mən onu pozmaram. Peyğəmbər götürüb, öz şərəfli əli ilə pozdu.[/i[i]](Buxari, "Fathul-bari", "Kitabu-s-sülh, "bab Keyfə yaktubu həzə mə sələhə fulən", 2698) Bu rəvayəti Məclisi də qeyd etmişdir. ("Biharul-ənvar", cild 38, səh. 328) 4. Əli bin Əbu Talib rəvayət edir ki, o Peyğəmbərin yanına gəldi və Əbu Talibin öldüyünü ona xəbər verdi. Peyğəmbər dedi: Get onu dəfn et! Əli dedi: O, müşrik kimi öldü. Peyğəmbər dedi: (sənə dedim) Get onu dəfn et!
Mən(müəllif) deyirəm: Bunu ƏbuBəkr, Ömər və ya başqa bir səhabə etmiş olsaydı, (rafizilər) dərhal "Necə peyğəmbərin əmrini yerinə yetirmirlər, onlar Peyğəmbərəmi öyrədirlər?" deyərək, onları ittiham edərdilər.
5.Əli və Abbas Ömərin yanına getdilər. Abbas dedi: Ey möminlərin əmiri! Bizim işimizə hökm ver! (onlar bəni Nüdeyr qəbiləsindən alınmış qənimətin bölünməsində mübahisə edirdilər). Əli Abbası söydü. (Buxari, "Fathul-bari","Kitabul-mağazi", "bab hədis banu-Nadir", 4033). Əli öz əmisini necə söyür?
6. Əlidən rəvayət olunur ki, o dedi: Məndən məzi çox gələrdi. Qızının (Fatiməni nəzərdə tutur) atasının yanında olan (yüksək) məqamına görə Peyğəmbərdən (bunun hökmünü) soruşmağı utanırdım. Miqdad bin Əsvada tapşırdım, o da soruşdu. Peyğəmbər dedi: "Övrət yerini yusun və dəstəmaz alsın. (Müslim "Səhih", "Kitəbul həyz", 17) Rafizilər çox deyirdilər ki, Ömər müsəlmanların xəlifəsi olduğu zaman təyəmmümün hökmünü bilmirdi? Biz də deyirik: Budur, Əli bin Əbu Talib məzinin hökmünü bilmir. Amma rafizi kitablarında qeyd olunan Əli(r.a.) adına deyilmiş, xətalara gəlincə, mən onları sadalamazdan öncə Allahdan bağışlanmamı diləyirəm. Çünki bu rəvayətləri oxuduqca, onların rəvayət edənlərin nə qədər pis niyyətli olduğunu görürsən.
Sözü çox uzatmadan diqqətinizə bu (rafizi) rəvayətlərdən bəzilərini çatdırıram: 1. Əlidən rəvayət olunur ki, o dedi: "Peyğəmbərlə birlikdə səfərə çıxdım. Ona xidmət etmək üçün yalnız mən var idim. Aişə də onunla idi. Amma bizim üçümüzə yalnız bir yorğan var idi. Buna görə də üstümüzə bu yorğanı atdıq, Peyğəmbər də bizim ikimizin (Əli və Aişənin) arasında yatdı. Peyğəmbər gecə namazına qalxarkən, əli ilə yorğanın ortasından döşəyə çatana kimi əydi. (yəni aralarında sərhəd çəkdi)."("Biharul-ənvar", cild 40, səh. 2) Siz buna baxın! Peyğəmbərə, Əliyə, Aişəyə böhtan olan bu xəbis rəvayəti oxudunuzmu? Elə yazıblar ki, sanki Peyğəmbər namusuna qısqanmır. Allah bu rəvayəti uydurana lənət etsin! Amma daha qəribə burasındadır ki, onlar "Kafi"də Əbu Abdullahdan rəvayət edirlər ki, bir yorğan altında tutulmuş naməhrəm kişi və qadının hər birinə yüz çubuq vurulur.("əl-Kafi", cild 7, səh. 181) 2. Əlidən (r.a.) rəvayət olunur ki, o dedi:"Bir səhər Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bizə gəldi. Biz isə hələ yatağımızda idik. O dedi: Əssələmu əleykum. Susduq, cavab verməyə utandıq. Yenə dedi: Əssələmu əleykum. Biz yenə susduq."
Necə olur ki, Peyğəmbər iki dəfə salam verir, onlarda salam almırlar?
3. Həsən bin Əli babası Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) yanına kefsiz bir halda gəldi və ona gizlincə nə isə dedi. Onun(səlləlləhu əleyhi və səlləm) rəngi dəyişdi. Qalxıb Fatimənin evinə gəldi. Sonra Əli də gəldi. O Əlinin(r.a.) əlindən tutub yavaşca silkələdi və dedi: Ey Həsənin atası! Fatiməni qəzəbləndirmə! Həqiqətən mələklər onun qəzəbinə qəzəblənər, razı olduğuna razı olarlar! ("Biharul-ənvar", cild 43, səh.42) 4. İbn Abbasdan rəvayət olunur ki, Fatimə (bir gün) evinə gəldikdə, Əlinin başını Cəfərin ona bağışladığı kənizin qucağında gördü. Hər bir qadında olan qısqanclıq hissi ona güc gəldi. Baş örtüyünü bağlayıb, Peyğəmbərin yanına şikayətə getdi.("Biharul-ənvar", cild 39, səh. 207) 5. Əli bin Əbu Talibdən rəvayət olunur ki, o dedi: Mən Allahın yaxını, kəlamı, qəlbi və daxil olan qapısıyam. O qapıdan səcdə edərək, daxil olun, sizlərin günahlarınızı bağışlayım, mühsinlərin (savabını) daha da artırım. Mənimlə və mənim əlimlə Qiyamət qopacaq. Mənə yalnız batil(əhli) şübhə edər. Mən əvvələm və sonuncuyam, zahirəm və batinəm, mən hər şeyi bilirəm. ("Biharul-ənvar", cild 39, səh.348) Cavab: Onda Allaha nə qaldı??? Heç şübhə yoxdur ki, bu kəlam açıq bir küfrdür. Əli(r.a.) bu kəlamdan bəraətlidir (Bu sözləri o deməyib!!!) Amma siz-ey rafizilər!!- bunu öz kitablarınızda Əlinin adından deyirsiniz.
6. Əbu Abdullah Cəfər as-Sadiqdən rəvayət edir ki: Əli zöhr namazı qılarkən, bir kəlləyə diqqəti çatdı və onunla danışdı.O qədər onunla məşğul oldu ki, hətta günəş də batdı. Onunla ərəblər başa düşməsin deyə incildən üç hərflə danışdı. O (kəllə) dedi: Mən (gəldiyim yerə) qayıtmıram...Əli Allaha dua etdi. Allah ona əli zincirli yetmiş min mələk göndərdi. Kəlləni sürüyərək, apardılar. O qədər sürüdülər ki, hətta onun üzü ağardı.("Biharul-ənvar", cild 41, səh.166) Bu hədisə cavab olaraq, deyirəm! Əli zöhr namazını gün batana kimi qılmayıb gecikdiribdir? Şübhəsiz bu dastan xurafatdır.Lakin çox təəssüf ki, bu onların mötəbər kitablarında qeyd olunubdur.
7. Əbu Abdullahdan rəvayət olunur ki, o dedi:"Bir dəfə Əli bir dəstə yaxınlarının arasında olarkən, bir kişi ona yaxınlaşaraq, dedi: Ey möminlərin əmiri! Mən qulumla çirkin əməl etmişəm, məni paklaşdır. O da kişiyə iki dəfə rədd cavabı verdi. Üçüncü dəfə o gəldikdə dedi: Ey kişi! Peyğəmbər sənin kimisinə üç cür hökm verərdi. Bunlardan hansını istəsən seç: 1-qılıncla başını kəsmək; 2-dağdan başı üstə yerə atmaq; 3-odla yandırmaq. O ağlayaraq, Əlinin(r.a.) onun üçün qazdığı, içərisində alovlar olan çalanın başında durdu. Bunu görən Əli(r.a.) ağladı və dedi: Ey filankəs! Qalx! Uca Allah artıq səni bağışladı. Bir daha belə etmə!"("Əl-Kafi, cild 7, səh.201) Bu Allahın əmrini tərk etmək deyilmi?
9. Əbu Abdullahdan rəvayət olunur ki, o dedi:"Ömərin yanına bir qadın gətirdilər. O qadın ənsarlardan olan bir kişiyə vurulmuşdu və onu ələ almaq istəyirdi. O(buna nail olmaq üçün) yumurtanın ağını götürüb, paltarının üstünə və ayaqlarına tökdü. Əli qalxıb o qadının ayaqlarna baxdı və onu (böhtançılıqda) ittiham etdi"("Biharul-ənvar", cild4, səh.303) Cavab: Bu yalandır! Əli yad bir qadının ayaqlarına necə baxa bilər? İndi deyin görək, kimdir Əliyə pislik edən? Rafizilər, yoxsa əhli-sünnə?
10. Həbib bin Sabitdən rəvayət olunur ki, o dedi: Əli və Fatimə arasında narazıçılıq var idi. Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) onlara (məsləhət vermək üçün) misallar çəkdi, sonra da uzanıb yatdı. O (Peyğəmbər ) yatandan sonra Əli gəlib onun bir tərəfində Fatimə də o biri tərəfində uzandı, onların arası düzəldi.(""Kəşvül-ğümmə", cild 1., səh 467) Bu onların rəvayətlərindən bəziləridir. Ancaq belə rəvayətlər lap çoxdur. İndi isə bəzi rəvayətləri (yalnız məzmununu) qısaca qeyd edirəm:
1- Xilafətin paytaxtını Peyğəmbərin şəhərindən Kufəyə köçürdü;
2- Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) ona xəlifə olmaq əmrini yerinə yetirmədi;
3- Qızı Ümmü Gülsümü Ömərlə evləndirdi (Rafizilər Öməri kafir hesab edirlər)
4- Xəlifə olandan sonra övladlarına Fədəki vermədi;
5- Osmanı qətlə yetirənlərin cəzasını vermədi;
6- Öz qohumlarına vəzifələr verdi. Vəzifələr verdiyi kəslərə misal olaraq: Oğulluğu Məhəmməd bin ƏbuBəkr, əmisi Abbasın oğulları, Abdullah, Übeydullah, Qasəmə və Sümamə;
7- Hüdeybiyyədə (Peyğəmbərin (səlləlləhu əleyhi və səlləm) əmr etməsinə baxmayarq saçını qırxmadı, qurbanı kəsmədi.
8- Taravih namazını iyirmi rükət qıldırdı;
9- Bədr qazavatında Peyğəmbərə(səlləlləhu əleyhi və səlləm) sığındı;
10- Səffeyn hadisəsində Həsənlə fikir ayrılığına düşdü;
11- Vəlid bin Üqbanı cəzalandırmaq üstündə Həsənlə ixtilaf etdi;
12- Fatimə öləndən doqquz gün sonra başqası ilə evləndi ("Biharul-ənvar", cild 42, səh. 92) Bütün bunlara baxmayaraq, əhli-sünnədən bir nəfər olsun belə Əlini(r.a.) tənə etdiyini görməzsən. Amma nasiblər və xaricilərə gəlincə, onlar əhli-sünnədən sayılmırlar!
50. Ticani deyir. (səh. 177): Baxın, İbn Abbas deyir: "Mənim və Məhəmmədin səhabələrinin elmi Əli ilə müqayisədə yeddi dənizdə bir damlaya bənzəyir". Sonra Ticani haşiyədə qeyd edir: Əhli-Sünnənin bütün səhih hədislər toplumlarında və kitablarında yeganə bir rəy vardır ki, bu da Əlinin digər bütün səhabələrdən elmdə üstün olmasıdır.
Cavab: Bu yalan bir dastandır. (İddia etdiyi) bu icma hardadır? Hansı kitab və toplumlarda qeyd edibdir? Bu onun uydurmasından ba.qa bir şey deyildir. İbn Teymiyyə demişdir: Əhli-sünnə həmfikirdir ki, Peyğəmbərdən(səlləlləhu əleyhi və səlləm) sonra insanların ən elmlisi ƏbuBəkr, ondan sonra Ömərdir. Bir çox alimlər ƏbuBəkrin səhabələrin ən elmlisi olması barədə icma olduğunu qeyd etmişlər. Buna misal olaraq, məşhur şafii fiqhi alimlərindən olan Mənsur bin ƏbdülCabir əsSəmanin bu barədə nəql etdiyi icmanı göstərmək olar. ƏbuBəkrin mətnlərə(Quran və sünnəyə) müxalif olacaq heç bir fətvasına east gəlinməyibdir. Amma Ömərin, Əlinin və başqalarının mətnlərə müxalif olan bir çox fətvaları olmuşdur. Hətta məşhur alim Şafinin bir əsəri vardır ki, orda Əlinin və İbn Məsudun müxalif rəylərini toplamışdır. "İki Səhih"də (Buxari və Müslim nəzərdə tutulur) Əbu Səiddən rəvayət olunur ki, o demişdir:
Bizlərdən (yəni səhabələrdən) Peyğəmbəri ən çox bilən ƏbuBəkr idi. " ("Fathu-l-bari", "Kitab Mənaqibu-l-ənsar", "Bab Hicratu-n-nabi" 904, "Səhih Muslim", "Kitab Fadailu-s-sahaba", "Minhəcüs-sünnə", cild 7., səh.500) İbn Həzm demişdir: Bəzi rafizilər Əlinin səhabələrin ən elmlisi olduğunu deyirlər. Bu yalandır. Çünki səhabələrin elmi iki cür bilinir. Bunun üçüncüsü yoxdur.
Birincisi: Çoxlu rəvayət etmə və fətva vermə.
İkincisi: Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) na çox məsul işlər tapşırması.
Biz tarixə nəzər saldıqca, görürük i, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) özü ola-ola, xəstəliyinə görə ƏbuBəkri namazda imam təyin etmişdir. Baxmayaraq ki, bütün səhabələr Ömər, Əli və digərləri də onun yanında idi. Zəkat işlərinə də məsul olaraq, ƏbuBəkri təyin etmişdi. Bu da ƏbuBəkrin zəkat məsələlərini digər səhabələrdən daha çox bilməsindən irəli gəlir. Zəkat çox mühüm bir iş olub, İslamın əsaslarındadnır. Eləcə də digər İslamın rüknlərindən olan Həcc ibadətində ƏbuBəkri başçı təyin etmişdi. Bu da onun bu ibadəti digərlərindən daha çox bilməsindən irəli gəlir. Həm də görürük ki, ƏbuBəkr məclislərdə, səfərlərdə, ümumiyyətlə hər zaman Peyğəmbərlə(səlləlləhu əleyhi və səllmə) bir yerdə olardı. Deməli o Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) verdiyi hökmləri və fətvaları başqalarından çox görür və eşidirdi. ("əl Fəsl fil-miləl val-əhva va-n-nihal", cild 4, səh.212)