Necə zəlalətə düşdüm. (Ticaninin "Necə hidayət oldum"kitabına təkzib) Ön söz



Yüklə 241,47 Kb.
səhifə3/5
tarix21.10.2017
ölçüsü241,47 Kb.
#8009
1   2   3   4   5

25. Ticani deyir(səh.91): Bu barədə (səhabələrin həyatını nəzərdə tutur) bir çox əsərlər yazılmışdır. Buna misal olaraq, "Əsədul-qəbə fi təmyizi-s-əshabə", "əl-İsaba fi mərifət-s-əshabə", "Mizanul-itidal" kimi səhabələrin həyatını tənqid və təhlil edən kitabları göstərmək olar.
Cavab: Gəlin Ticaninin səhifə 24-də dediklərinə -ci abzasda verdiyimiz cavaba baxaq. Bir daha onun əl-Əzhər alimlərini heyrtə saldığı elmilə tanış olaq.
Sonra isə özünü alimə oxşadan Ticaniyə deyirik. Bütün qeyd etdiyin kitabların adında səhv etmisən! "Əsədul-qəbə"nin adı "Usdul qəbə"dir. "əl-İsabə"nin düzgün adı "əl-İsabə fi təmyizi-s-əshabə"dir. "Mizanul-itidal" kitabına gəlincə isə, imam Zəhəbi bu kitabın müqəddiməsində yazır:"Əshabəyə gəlincə (Allah dərgahında) uca məqamlarına görə burada onlar haqqında yazmadım. Həqiqətən (hədislərdə olan) zəiflik səhabələrdən deyil, rəvayət edən rəvayətçilərdəndir".("Mizanul-itidal", səh.2) "Mizanul-itidal"da bir səhabənin adı olmadığı halda, necə ola bilər ki, onların həyatına, tənqid və təhlili mövzusuna toxunsun?
26. Ticani deyir(səh.95): Səhabələr Hudeybiyyə sülhündə Peyğəmbər(səlləlləhü əleyhi və səlləm) onlara "Qalxın, qurbanlarınızı kəsin və saçınızı qırxın!" dedikdə, onlar tabe olmadılar. Allaha and olsun ki, bir nəfər belə yerindən tərpənmədi.
Cavab: Buna üç cür cavab vermək olar:
Birinci: Səhabələrin başlarını qırxmaqda və qurban kəsməkdə gecikmələri Peyğəmbərə irad etmək üçün deyildi. Lakin onlar istəyirdilər ki, Rəsulullah rəyini dəyişdirsin və Məkkəyə girsinlər. Yaxud bu barədə Allahın xüsusi olaraq, vəhy nazil edəcəyinə ümid edirdilər. Çünki əvvəl Rəsulullah onların Kəbəyə girəcəklərini demişdi.
İkinci: Elə bu hadisədə Peyğəmbər (müşriklərin tələb etdiklərinə görə sülh müqaviləsindən) adını silmək üçün Əlidən(r.a.) bunu tələb etdikdə, o əməl etmədi. Əhli-sünnə buna görə Əliyə irad tutmur.
Üçüncü: Bu bir sualdan ibarətdir. Peyğəmbər(səlləlləhu əleyhi və sələm) saçını qırxıb, qurban kəsdikdən sonra, səhabələr nəyə görə heç nə demədən başlarını qırxıb qurbanlarını kəsdilər? Elə Əli(r.a.) özü də, digər səhabələr kimi, əvvəlcə Peyğəmbərin bu tələbini yerinə yetirməmişdi. Buna görə ona da eyb edirsiniz?

27. Ticani deyir (səh.103): Səhabələr və Üsamənin qoşunu. Hadisənin xülasəsi belədir: Həqiqətən Rəsulullah(səlləlləhu əleyhi və səlləm) vəfatından iki gün öncə rumlarla savaşmaq üçün bir qoşun hazırlamışdı. Bu qoşuna başçı olaraq, on səkkiz yaşlı Üsamə bin Zeydi təyin etmişdi. Bu qoşun ƏbuBəkr, Ömər, Əbu Übeydə kimi mühacir və ənsarların iç üzünü göstərdi.
Cavab: Bunu Ticanidəm əvvəl onun imamı əl-Musavi "əl-Muracəət" kitabında qeyd edərək, demişdir: ƏbuBəkr və Ömərin Usamənin qoşununda olmamasında tarixçilər həmfikirdirlər(yəni icma). Ticaninin və Musəvinin dedikləri açıq-aydın yalandır. Kim bu icmanı nəql edibdir? Hansı kitabdadır? Məhşur olanı budur ki, Ömər Usamənin qoşunun tərkibində idi. ƏbuBəkr isə camaata namaz qıldırmaq üçün (Mədinədə) qalmışdır. O Üsamənin qoşununda yox idi.
28. Ticani deyir(səh.98): Səhabə və dördüncü gün biabırçılığı İbn Abbas demişdir: Dördüncü gün. Sən hardan biləsən nədir dördüncü gün. Peyğəmbərin xəstəliyi güclənmişdi. O (səlləlləhu əleyhi və səlləm) dedi:Gəlin sizə elə bir şey yazım ki, bundan sonra zəlalətə heç zaman düşməyəcəksiniz. Ömər dedi:O sayıqlayır.. Sizdə Quran var. Allahın kitabı bizə kifayətdir. Əhli-beyt də ixtilaf edirdi. Onlardan bəziləri deyirdilər ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bizim ondan sonra azmayacağımız bir kitab yazsın. Bəziləri də Ömərin dediklərini dəstəklyirdilər. Peyğəmbərin hüzurunda ixtilaf və yersiz söhbətlər artdıqda, o dedi: Durun mənim yanımdan!
Cavab: Rafizilər bu hadisə ilə çox təhlükəli bir məsələyə giriş etmək istəyirlər. Bu məsələ Rəsulullahın səhabələrinə tənə etməkdir. Bu hadisənin onlara bu işdə çox yararlı olduğunu güman edirlər. Onlar(rafizilər) buradan aşağıdakı nəticələr çıxarırlar:
1. Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) kitab yazmaq tələbinə niyə səhabələr əməl etmədilər?
2. Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) Əli və ondan sorna onun övladlarını vəsiyyət etmək istəyirdi.
3. Bu kitabda ümmətin hidayət məsələsi həll olunurdu.
4. Səhabələr bunu yazmaqda mane olmağa müvəffəq oldular.
5. Tələbinə əməl etmədiyinə görə Rəsulullah(səlləlləhu əleyhi və səlləm) səhabələrə qəzəbləndi.
6. Ömər "o sayıqlayır"("Maa-s-Sadiqin", səh. 118) deməklə Peyğəmbəri(səlləlləhu əleyhi və səlləm) ittiham etdi.
Uca Allahdan yardım diləyərək, bu şübhələrin cavabında deyirik:
1. Səhabələr Peyğəmbərin şiddətli ağrılar içində olduğunu görüb, ona yazıqları gəldiyinə görə ona yazı yazmağa qoymadılar. Biz rafizilərdən soruşuruq: Bu yazılmalı olan kitab Allahın ona çatdırmağı əmr etdiklərindən idi yoxsa yox?
Əgər "bəli" desələr onda belə çıxır ki, Rəsulullah vacibə əməl etməyibdir. Bu da Rəsulullaha qarşı olan böhtandır. "Bu gün dininizi sizin üçün kamil etdim..."(Quran, Maidə, 3) deyən Allahı təkzib etməkdir. Biz ikinci sual da veririk: Bu hadisədə Əli(r.a.) harada idi? O da orda idi, yoxsa, yox? Onda niyə Əli(r.a.) özü bu kitabı yazmadı?
2. Bunun cavabında biz deyirik. Əhmədin "Müsnəd"ində Əlidən(r.a.) rəvayət olunur. O (r.a.) demişdir: Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) mənə bir vərəq gətirməyi əmr etdi ki, oraya bundan sonra ümmətin heç azmayacağı bir yazını yazsın. Mən bunu yazmağa vaxtın olmayacağından qorxub dedim: Mən yaxşı anlayaram və yadda saxlayaram. O (səlləlləhu əleyhi və səlləm) isə dedi: Sizə namazı, zəkatı və əliniz altında olanları vəsiyyət edirəm. "(Əhməd ibn Hənbəl,"Müsnəd",Əhməd Şakirin tədqiqatı ilə, cild 2, səh.84, 693. həsən hədisdir) Bu rəvayətdən göründüyü kimi Rəsulullah(səllələhu əleyhi və səlləm) Əliyə(r.a.) də yazmağı əmr etmişdir. Onda niyə o bunu etməmişdir? "Rəsulullah(səlləlləhu əleyhi və səlləm) Əlini(r.a.) vəsiyyət etmək istəyirdi" dmələri də düz deyildir. Çünki yuxarıdakı Əlinin(r.a.) hədisi Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) nə yazmaq istədiyini göstərir.
3. Hədisdə peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) demək istədiyini çatdırmamaqdan bəhs olunmur. Əksinə, Əlinin(r.a.) hədisindən aydın olur ki, peyğəmbər yazmaq istədiyini Əliyə xəbər vermişdir.
4. "Səhabələr Peyğəmbərə(səlləlləu əleyhi və səlləm) yazmaq istədiyində mane oldurlar" sözü də düz deyildir. Çünki sonradan Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bunu şifahi olaraq, çatdırdı.
5. Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) səhabələrə qəzəblənməsi isə Hudeybiyyə sülhündə Əliyə "poz!" deyərək, qəzəblənməsinə oxayır. Əli(r.a.) pozmaqdan boyun qaçırdıqda, Rəsulullah(səlləlləhu əleyhi və səlləm) yazını onun əlindən götürüb öz şərəfli əli ilə pozdu.
6. Ömərin(r.a.) Rəsulullahı(səlləlləhu əleyhi və səlləm) sayıqlamaqda ittiham etməyi də yalandır. Bu kəlamı o deməyibdir. Ondan sabit olan isə "peyğəmbərə ağrısı güc gəlibdir" kəlamıdır. Beləliklə, aydın olur ki, Rəsulullahın(səlləlləhu əleyhi və səlləm) yazmaq istədiyi bu kəlam ya istihbab yönündədir ya da (dinə) aydınlıq üçündür. Başqa bir şey deyildir.
29. Ticani deyir(səh. 117): Allah Taala buyuru: Allahın "onlardan"(minhum) kəlməsi "bəzilər" deməkdir. Bu onlardan (səhabələri nəzərdə tutur) bəzilərinə Allahın bağışlanması və razılığı aid olmadığına işarədir. Başqa cür desək, (bu ayə) səhabələrin bəzilərindən iman və saleh əməl sifətinin itdiyinə dəlalət edir.
Cavab: Deyəsən Ticani nəcəfli uşaqlardan daha çox öyrənməyə cəhd edibdir. Burada o Allahın kitabını elmsiz təfsir etməklə tələsmişdir. Yaxşı olardı ki, bu yazdıqlarınıelmsizlikdə ittiham etdiyi əl-Əzhər alimləri oxumamışdan əvvəl, qayıdıb, o uşaqlardan bir az da dərs alsın. Ticaninin kəlamı iki cür izah oluna bilər: Birincisi: "min"(-dan, -dən söz önünün) bu ayədə "bəzi" mənasında olması iddiası yalandır. İkincisi: Ticani ərəb dilində də savadsızdır. Artıq özünün cahilolduğunu nəcəfli uşaqlar qarşısında etiraf etmişdir. (Bu ayədə) ümüumi nəticə belədir ki, burda "min" bəyan üçündür, "bəzi" mənasıdna deyildir.
İmam Qurtubi demişdir: "Bu ayədəki "minhum" səhabələrin bir qisminə aid olub, digərlərinə aid olmamaq (bəziləri) mənasında deyildir. O bu ayədə ümumilik mənasınd olub, bütün bu cinsdən olanların (burada səhabələrin) hamısına şamildir. Buna misal olaraq, Uca Allah buyuru: "Belə olduğu təqdirdə murdar bütlərdən qaçın"(Quran, Həcc, 30) Bu ayədə "bütlər sözü "min" sözü ilə işlədilir. Heç şübhə yoxdur ki, bununla belə burada bütün bütlər nəzərdə tutulur." ("Əl-Cami liahkamil-Quran", cild16, səh. 395)
Beləliklə "min" söz önü burada mənanı gücləndirmək üçündür. Məsələn, Uca Allah buyurur: ("va nunazzilu minal-Qurani mə huva şifəun")"Heç şübhə yoxdur ki, Quranın hamısı şəfadır". Yalnız əgər Ticani də ustadı ən-Nuri at-Təbərsi kimi "Quranda biabırçı ayələr vardır" deyirsə, bu başqa məsələ. Bu sözü deyib, tövbə etməyənə Allah lənət etsin! Ən-Nasafi demişdir:"Burda "min" söz önü daha da aydınlıq gətirmək üçündür. Həmçinin Uca Allahın ("fəctənibu") ayəsindəki kimi"("Təfsir ən-Nasafi", cild4, səh.164)
Görəsən bu yalançı əllamə bu ayədəki "minə-l-ausani" kəlməsini "bütlərin bəziləri" mənasında olduğuna etiqad edir? Bəlkə o bəzi bütlərdən çəkiməməyi etiqad edir?
Əz-Zməxşəri demişdir: "Uca Allahın "Həcc" surəsinin 30-cu ayəsində olduğu kimi, (bu ayədə də) "min" sözönü aydınlıq (mənanı qüvvətləndirmək) üçün işlədilmişdir".
30. Ticani deyir(səh.88): Özümə söz verdim ki, bu uzun və çətin bəhsə baş vuracağam.Bu işimdə yalnız şirə və sünnülərin səhihliyində (düzgünlüyündə) müttəfiq olduqlaı hədislərə etimad edəcəyəm. Səhifə 94-də isə deyir: İstər Quranın təfsiri, istərsə də səhih hədislərdə hamının müttəfiq olduqlarına etimad edəcəyəm. Səhifə 165-də deyir: Yalnız hər iki firqəyə görə səhih olanlara istinad edəcəyəm. Səhifə 176-da deyir: Hər iki firqəyə görə səhih olanlardan başqa hədislərə etimad edib, dəklil olaraq, gətirməyəcəyəm.
Cavab: Bu Ticaninin iddia etdikləridir. Amma o, əhdinə vəfa etmişdirmi? Bunu kitabı oxuduqca, nə görməzsən, nə də eşitməzsən. Peyğəmbər(səlləlləhu əeyhi və səlləm) buyurmuşdur:
"Münafiqin (ikiüzlünün" əlamətləri üçdür: Danışdığı yalan olar, söz verəndə ona əməl etməz, əmanətə xəyanət edər"("Fəthil bari" "kitəbul iman" şöbəsi, "ələmətul munafiq" fəsli 33 və Müslimin "Səhih" kitabı, "kitəbul iman", 106)
(Əziz oxucu!) sən artıq onun əhli-sünnə adından rəvayət etdiyi yalançı hədislərdən bir neçəsini gördün.

31. Ticani deyir (səh.118): (Səhabələr) Allah elçisi ilə birlikdə vida həcci etdilər. "Qədirxum"da Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) Əlini(r.a.) xəlifə təyin etdikdə, onlar Əliyə(r.a.) beyət etdilər. Elə ƏbuBəkr özü də beyət etdi.
Ticani deyir(səh. 165): ƏbuBəkr və Ömər (xəlifə seçilməyinə görə) onu (Əlini) təbrik etdilər. Bu hədisin də (səhihliyində) sünnilər və şiələr həmfikirdilər (yəni icma var).
Cavab: Bu yalan və batil bir dastandır. Çünki nəinki ƏbuBəkr və Ömər, hətta heç bir möminin o günü Əlini təbrik etməsi barədə dəlil-sübut yoxdur. Çünki belə bir şey baş verməyibdir.
Əgər bu yazdıqlarımla məqsədim Ticaninin dastanına ətraflı təkzib yazmaq olsaydı, onda "Qədirxum" hadisəsini səhih sənədlə sizə aydınlaşdırardım, onun iftiralarına müfəssəl dəlillərlə cavab verərdim. Ancaq mənim burada əsas məqsədim sadəcə olaraq, (yazımın əvvəlində qeyd etdiyim kimi) Ticani və onun kimilərinin yalan nağıllarını izhar etməkdir. Onun bu məsələdə də əhli-sünnəyə icma mənsub etməsi açıq aydın yalandır.
Ticani və onun kimilərindən soruşuruq: Bu icmanı kim nəql edibdir? Bu icmanı hansı kitabda tapa bilərik? Bu icmada olanların adı nədir?
ƏbuBəkr və Ömərin təbrik etmələri hədisinə gəlincə, onun sənədində Əli bin Zeyd bin Caadan var. Hadisə bu əlavəni (təbrik etməni) "Qədrixum" hadisəsini rəvayət edən rəvayətçilərdən, yalnız o etmişdir. Bu hədisi (Qədirxum hadisəsini) Əhməd "Müsnəd"ində rəvayət etmişdir.("Müsnəd" cild 8, səh.281)
Aşağıda alimlərin İbn Caadan barədə dediklərini sizin diqqətinizə çatdırıram:
1. Həmmad bin Zəyd demişdir: O (hədislərin) sənədlərini dəyişdirərdi;
2. İbn Xüzeymə demişdir: Pis yaddaşına görə ondan dəlil götürmürəm;
3. İbn Üyeynə demişdir: O zəifdir;
4. İbn Main demişdir: O ciddi insan deyil;
5. Yəhya əl-Gattan demişdir: Onun hədisindən çəkinmək lazımdır;
6. Əhməd bin Hənbə demişdir: O zəifdir;
7. İbn Zari demişdir: O rafizi idi.
32. Ticani deyir(səh.134): Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) demişdir: Kim Əlini söyürsə, məni söymüş olur. Məni söyən də Allahı söymüş olur. Kim Allahı söyərsə, o üzü aşağı oda atılar.
Cavab: Bu "hədis" də Peyğəmbərin adından deyilən yalandır. Bu hədis əhli-sünnəyə görə səhih deyildir. Hədisi Hakim "Müstədrək"ində qeyd etmişdir.("Müstədrək", cild 3, səh. 121) Amma sənədində üç zəif rəvayətçi var:
1. Əbu İşaq əs-Süeybi: Bu rəvayətçi məşhur müdəllisdir. Hədisi "anana" ilə rəvayət etmişdir (hədis elmində, müdəllis rəvayətçi hədisi bu cür rəvayət edərsə, onun bu hədisi qəbul olunmur). Hədisi eşitdiyini açıq bəyan etməmişdir.
2. Məhəmməd bin Saad əl-Əufi: Bu rəvayətçini əl-Xatib və Zəhəbi zəif hesab etmişdir. Daraqutni isə babat olduğunu demişdir.
3. Əbu AbduLlah əl-Cadali: Bu rəvayətçi etibarlıdır(siqa). Ancaq radikal rafizidir. Bu hədis isə onun bidətinə kömək üçündür. Hədis alimlərinə görə əgər rəvayətçi bidətinə dəstək üçün rəvayət edərsə, etibarlı olsa belə, hədisi rədd olunur. Əl-Hafiz ibn Həcər demişdir: (Rəvayətçi) bidətinə dəvət edən deyilsə, o bidətçinin rəvayəti qəbul olunur. Amma bidətinə dəstək vermək məqsədi ilə rəvayət edərsə, belə rəvayətləri rədd olunur. ("Nuzhatun-nəzər Şərh nuxbatul-fikar", səh.51)
33. Ticani deyir(səh.137): Tarixdə onun bu kəlamı qeyd olunmuşdur:" Nə olaydı, evimin kök bir qoçu olaydım. Məni istədikləri qədər kökəldəydilər. Bundan sonra sevdikləri insanlar gəldikdə, məni kəsib, tikə-tikə doğrayıb, köz üstündə bişirəydilər. Yedikdən sonra da ayaqyoluna gedəydilər. Amma insan olmayaydım".
Cavab: Burada Ticani ƏbuBəkr(r.a.)i nəzərdə tutur. Lakin hanı bu kəlamın sənədi? Kim deyir ki, bunu ƏbuBəkr deyibdir?
Bir də ki, Məryəm(ə.) "Kaş ki, bundan əvvəl olub qurtaraydım və ya təmamilə unudulub getmiş olaydım"(Quran, Məryəm, 23) deməyibmi?
Rafizi əllamələrindən olan əlMəclisi şiələrin ən mötəbər hədis kitablarından biri olan "Biharul-ənvar"da qeyd etmişdir ki, Salman(r.a.) demişdir: Kaş ki, evimin bir qoçu olaydım. Ətimi yeyərdilər, dərimi parçalayardılar, amma (Cəhənnəm) odunu eşitməyəydim."
Əbu Zərr(r.a.) demişdir: Kaş ki, anam övladsız qalaydı, məni doğmayaydı. Amma cəhənnəm odunu eşitməyəydim.
Miqdad demişdir: Kaş ki, qəfəsdəki quş olaydım. Amma mənə (Qiyamət günü) hesab, əzab olmayaydı. Cəhənnəm odunu eşitməyəydim.
Əli(r.a.) demişdir: "Kaş ki, kaftarlar ətimi didəydilər. Kaş ki, anam məni doğmayaydı. Amma cəhənnəm odunu eşitməyəydim." Sonra başını əllərinin arasına qoyaraq, "səfərim nə uzaqdır, bu Qiyamət səfərində azuqəm nə azdır" deyərək, ağlayardı.("Biharul-ənvar", cild 43, səh. 89)
Bütün bunlar Əlidən, ƏbuBəkrdən, Salmandan, ƏbuZərrdən, Miqdaddan sabit olarsa belə bu kəlamların onlara zərəri olmaz!
34. Ticani deyir(səh. 142): "Tadhir" ayəsi də onun (Fatiməni nəzərdə tutur) məsumluğuna dəlalət edən başqa bir dəlildir. Bu ayə onun barəsində, eləcə də əri və iki oğlu barəsində nazil olmuşdur. Buna hətta Aişə(r.a.) də şahidlik etmişdir. (Sonra Ticani bu dediklərini Müslimin "Səhih"indən götürdüyünü deyir).
Cavab: Bu dedikləri yalan və uydurmadır. Oxucuda elə fikir yaratmaq istəyir ki, bu ayə Əli, Fatimə, Həsən və Hüseyn barəsində nazil olmuşdur. Sonra bu dediklərinə mənbə oaraq, (yalan və böhtanla Müslimin "Səhih"ini göstərir. Onun göstərdiyi hədis bu ayənin onlar barəsində enəsi anlamını vermir. "Səhih Müslim"dəki hədisdə deyilir ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bu ayəni onlara oxumuşdur. Məhz onlar üçün nazil olduğunu isə deməyibdir.
Şeyxülİslam ibn Teymiyyə demişdir: "Bu hədisin məzmunu belədir ki, Peyğəmbər onlara (Əli və ailəsinə) pak olmaları, pislikdən qorunmaları üçün dua etmişdir. Çünki möminə psilikdən çəkinmək, apk olmaq vacibdir.
Allah Taala buyurur:
"Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan ne’mətini tamamlamaq (artırmaq) istər..."
(Quran, Maidə, 6)
"(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan."
(Quran, Tövbə, 103)
"Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!"
(Quran, Bəqərə, 222)
Əhli-beytə pak olmaq vacib olduğuna görə Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) onlara dua etdi ki, buna tam şəkildə əməl etməyə müvəffəq olsunlar, günaha batmasınlar.("Minhəcüs-sünnə", cild 5, səh. 14)
Allah buyurur:
"Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"
(Quran, Əzhab, 33)
"Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər. "

(Quran, Nisa, 26-27)
"Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər"
(Quran, Bəqərə, 185)
Bu ayələrdəki Allahın istəyi, məhəbbəti mənasındadır. Elə buna görə də Uca Allah mömin bəndələrə də bu hökmləri əmr edibdir. Bu ayələrdə zikr olunanların Allahın qəza və qədərindən olması anlamında deyildir. Çünki dediyimizə dəlil, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) bu ayə nazil olandan sonra etdiyi duasıdır: "Ey Allahım! Bunlar mənim Əhli-beytimdir. Onlardan pislikləri apar, onları pak et!"
Əgər bu ayə ilə onların pak olmasına xəbər verilmiş olsaydı, bir daha belə dua etməyə ehtiyac olmazdı. Rafizilər əqidəcə qədəri olduqları halda necə belə ayələri dəlil tuturlar? Axı onlara görə Allahın istəyi daimi baş vermir. Onlar Allahın şəri-istəyi və qədəri-istəyi arasında fərq görmürlər?!
Sonra onlara demək lazımdır ki, istər əhli-sünnəyə, istər onlara görə əhli-beyt təkcə Əli, Fatimə, Həsən, Hüseyndən ibarət deyil. Onlar Hüseynin övladlarını, xüsusən də imam hesab etdiklərini əhli-beytdən hesab edirlər. Amma (gördüyünüz kimi) onlar bu hədisdə yoxdurlar. Onlar Həsənin övladlarını isə əhli-beytdən hesab etmirlər. Hətta Hüseynin övladlarındanbelə bəzilərini Allahın pislikdən uzaq etmədiyini etiqad edirlər. Bu barədə Həsən Əskərinin qardaşı Cəfər bin Əli bin Məhəmmədin kəalmını oxu.("Usul kafi", cild 1, səh 103)
Əhli sünnəyə gəldikdə isə Əli, Fatimə, Həsən və Hüsey "Səhih"Müslimdəki məhşur "əba" hədisinə görə əhli beytdəndirlər. Peyğəmbərin arvadları isə "tadhir" ayəsinə görə əhli-beytdən hesab olunurlar. Aqilin, Cəfərin və Abbasın ailələri isə "Səhih Müslim"də rəvayət olunan Zeyd bin Ərqamın hədisinə görə əhli-beytdəndirlər. Zeyd demişdir: Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) əhli-beytinə sədəqə haramdır. Onlar (sədəqə haram olanlar) Cəfərin, Əlinin, Abbasın və Aqilin ailələridir.(Müslim, "Səhih", "kitab-fədail əs-səhabə", 36)
"Ridullinnmə yuahu liyuzibə ankum" ayəsində qadın cinsinə dəlalət edən "kunna" əvəzliyinin yerinə kişi cinsinə dəlalət edən "kum"(cəm) əvəzliyi ilə ifadə edilməsidir. Bundan öncəki ayə isə ancaq qadınlara xas olduğuna görə qadın cinsinin əvəzliyi ilə tədbir edilmişdir. "Tədhir" ayəsi isə təkPeyğəmbərin(səlləlləhu əleyhi və səlləm) qadınları barədə yox, evin sahibi və başçısı olan Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) barədə olduğuna görə də kişi cinsinin əvəzliyi işlənibdir.
Deməli, ayə Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) və onun arvadları barəsindədir. Ayə "yə nisə nəbi" deyərək, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) zövcələrinə xitabla başlayır və "vazkurnə mə yutlə fi byutikunnə" ilə sona çatır.
Ortada zikr olunan digərləri barəsindəki cümlə isə (qrammatikada) mötərizə cümləsi adlanır. Bu da Allahın kəlamında ən yüksək dərəcədə özünə yer tutmuş bəlağətin növlərindəndir. ("Müxtəsər ət-yuhfə əl-isnə əşəriyyə", səh. 649)
35. Ticani deyir(səh. 143): "Mənə aydın oldu ki, Osmanı(r.a.) öldürənlər birinci dərəcədə elə səhabələr özləridir. Bunların başında duran onu öldürmək istəyən, canını halal görən isə Aişədir. Aişə:"Onu öldürün, o artıq kafir olmuşdur" deyirdi"
Cavab: Bu böyük bir böhtandır. Allaha and olsun ki, Ticani yalançıdır. Bu rəvayət Sayf bin Ömər ət-Təmimidən gəlmişdir. O da məşhur yalançıdır.("tarix ət Təbəri", cild 3, səh 477)
Hədis alimlərinin bu rəvayətçi haqqında dedikərinə nəzər salaq:
Ən Nəsai demişdir: O yalançıdır.
İbn Hibban demişdir: Məşhur insanlardan uydurma hədislər rəvayət edərdi. Zındıq olunmaqda ittiham olunubdur. (Bu rəvayətçi haqqında daha çox bilgi əldə etmək üçün "Rical" kitablarına bax)
36. Ticani deyir(səh. 143): Eləcə də təlh, Zübeyr, Məhəmməd bin ƏbuBəkr və başqa məşhur səhabələrin onu istefaya məcbur etmək üçün mühasirəyə aldıqlarını, içməyə su vermədiklərini görürük.
Cavab: Bu yalandır. Ancaq bu Ticanidən gözlədiyimiz bir hərəkətdir. Əgər Ticani dediyində doğrudursa, bu kəlamın sənədini göstərsin. Məhəmməd bin ƏbuBəkr necə məşhur səhabə ola bilər? Axı o vida həcci olan ili, peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) vəfatından 3 ay öşcə dünyaya gəlmişdir.

37. Ticani deyir(səh.143): Tarixçilər rəvayət edirlər ki, məhz səhabələr onu (Osmanı) müsəlman qəbristanlığında dəfn olunmasına mane oldular. Onu "huş kavkab" adlı bir yerdə kəfənsiz və qüsülsüz dəfn etdilər.
Cavab: "Huş kavkab"da qüslsüz, kəfənsiz dəfn olunmasının Osmana zərəri varmı? Buna cavab olaraq, deyirik: Rəvayət olunur ki, Əli (r.a.) də dəfn olunarkən, gecə dəfn olunmuşdur. Bir neçə qəbr qazılmışdır ki, xaricilər yerini bilməsinlər.("əl-Bidayə va ən Nihayə", cild 7, səh. 342-343)
Hüseyn(r.a.) də qətlə yetirilmişdir. Onun da qəbrinin yeri bilinmir və qüsl olunmadan dəfn olunmuşdur. Onun qəbri Misirdə, İraqda, Şamda olduğu barədə iddialar var. Bütün bunların ona heç bir zərəri varmı? Allaha and olsun ki, nə onlara, nə də Osmana bunların heç bir zərəri yoxdur. Allah onların hər birindən razı olsun!
Ticaninin bu məsələdə demək istədiyi odur ki, Osmana qarşı çıxan, onun "Bəqi"də dəfn olunmasına, qüsl edilməsinə, kəfənlənməsinə mane olanlar xaricilər yox, səhabələrdir. Dəfn olunduğu yerə gəlincə, ət-Təbəri tarix kitabında bir neçə rəvayət etmişdir. Bir rəvayətdə qeyd etmişdir ki, o "Huşkavkab"da, bir rəvayətdə isə "Baqi" qəbristanlığında dəfn olunmuşdur..("Tarix ət-Təbəri", cild 3, səh.438)İbn Kəsir isə qeyd edir ki, "Huşkavkab", "Baqi" qəbristanlğının Şərq tərəfində yerləşir və orada dəfn olunmuşdur.("Əl Bidayə va ən Nihayə", cild 7., səh. 199)
"Onu səhabələr dəfn etməyə mane oldular" kəlamına gəlincə bu hadisəni Təbəri tarixində qeyd edibdir. Ancaq bunun sənədində əl-Vaqidi, Abdullah bin Zeyd əl-Huzali var. Əl-Vaqidi-Məhəmməd bin Ömərdir. Bu rəvayətçi haqqında hədis alimlərinin dediklərinə nəzər salaq:
Əhməd demişdir: O yalançıdır.
Əbu Hatim və Nəsəi demişdir: O hədislər qondaradı.
Abdullah bin Yazid əl-Huzali barədə Buxari demişdir: Deyirlər ki, o zındıqlıqda ittiham olunur.
ƏnNasai demişdir: O inanılmış deyildir.
38. Ticani deyir(səh. 145): Aişə Məkkədən qayıdırdı. Ona yolda Osmanın ölüm xəbəri çatdıqda çox şad oldu. Ancaq biləndə ki, insanlar Əliyə beyət etmişdir, çox qəzəbləndi və:"Əli bin Əbu Talibə gəlincə bu yeri göyün qapatmasını istərdim"dedi.
Yüklə 241,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin