Nefrologiya 1 Kliniki nefrologiyanın banisi kim olmuşdur?


) Spirtli içkilərin intensiv şəkildə qəbulu zamanı nə müşahidə olunur?



Yüklə 1,41 Mb.
səhifə7/16
tarix22.10.2017
ölçüsü1,41 Mb.
#11144
1   2   3   4   5   6   7   8   9   10   ...   16

425) Spirtli içkilərin intensiv şəkildə qəbulu zamanı nə müşahidə olunur?

A) Bütün sadalananlar

B) Hiperkatexolaminemiya

C) Purin mübadiləsinin pozulması

D) Hipertriqliseridemiya

E) Bütün sadalananlar düz deyil


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
426) Membranoz nefropatiyanın hansı variantında immunosupressiv terapiya adətən aparılmır?

A) Nefrotik sindromla və böyrəklərin funksiyası nisbi enmiş xəstələrdə

B) 3,5 q/sut artıq proteinuriyası olan xəstələrdə

C) Nefrotik sindromsuz və nəzərəçarpan proteinuriyasız xəstələrdə

D) Nefrotik sindromla və böyrəklərin funksiyası saxlanılmış xəstələrdə

E) Bütün variantlarda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
427) Membranoz nefropatiyanın hansı variantında immunosupressiv terapiya təyin olunur?

A) Nefrotik sindromla və 400 mkm/l çox kreatininemiya olan xəstələrdə

B) Nefrotik sindromsuz və bildirilmiş proteinuriyasız xəstələrdə

C) Nefrotik sindromla və böyrəklərin funksiyası saxlanılmış xəstələrdə

D) Nefrotik sindromla və 400 mkm/l az kreatininemiya olan xəstələrdə

E) Nefrotik sindromla və böyrəklərin funksiyası saxlanılmış xəstələrdə, nefrotik sindromla və 400 mkm/l az kreatininemiya olan xəstələrdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
428) Analgetik nefropatiya əlamətlərinə nə aid deyil?

A) Xroniki ağrı sindromu

B) Arterial təzyiq

C) Nikturiya

D) USM-də:böyrəklərin ölçülərinin kiçilməsi, beyin maddədə kalsinatlar, böyrək konturlarının əyriliyi

E) Nefrotik sindrom


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
429) Xroniki qlomerulonefritin hansı klinik variantında arterial təzyigin

qalxması xarakterikdir?

A) Bütün sadalananlar

B) Hematurik

C) Latent

D) Nefrotik

E) Qarışıq


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
430) Kəskin qlomerulonefriti xarakterizə edən klassik 3-lük simptomları hansılardı?

A) Ödemlər,tənginəfəslik, hematuriya

B) Ödemlər,böyrək sancısı, hipertoniya,

C) Ödemlər,böyrək sancısı, hematuriya

D) Ödemlər, hipertoniya, hematuriya

E) Ödemlər, hipertoniya, ürək döyünmə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
431) Membranoz nefropatiyanın immunosupressorlarla hansı müalicə sxemi optimaldır?

A) Metilprednizolonla puls terapiya, sonra 4-6 ay müddətində per os prednizolon

B) Pontiçellinin sxemi 6 ay müddətində

C) Sadalananlar hamısı düzdür

D) 12 aydan az siklosporin A

E) 6-12 ay müddətində prednizolonla monoterapiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
432) Ig A nefropatiyanın normal böyrək funksiyası və proteinuriya 1 q/gün az olduqda hansı müalicə sxemi optimaldır?

A) AÇF-inhibitorları, dipiridamol, omega-3, polidoymamış yağ turşuları

B) Prednizolon 3ay müddətində per os + AÇF-inhibitorları

C) Siklofosfamidlə puls terapiya

D) Prednizolon 3ay müddətində per os + siklofosfamid

E) Prednizolon 3ay müddətində per os


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
433) Mezangiokapillyar qlomerulonefritin nefrotik sindromsuz , proteinuriya 3 q/gün az, normal böyrək funksiyası ilə hansı müalicə sxemi optimaldır?

A) Pontiçellinin sxemi

B) AÇF-inhibitorları

C) Siklosporin A 6-12 ay müddətində

D) Prednizolon 4-6 ay müddətində per os

E) Prednizolon per os + siklofosfamid 4-6 ay müddətində


Ədəbiyyat: «Нефрология». Практическое руководство. под ред. Проф.Ю.И.Гринштейна, Ростов на Дону, Феникс, 2006
434) Mezangiokapillyar qlomerulonefritin hansı klinik varianta ekvivalent olan formasında immunosupressiv terapiya təyin olunur?

A) Nefrotik sindrom və böyrəklərin funksiyası nisbi enmiş xəstələrdə

B) Nefrotik sindrom və böyrəklərin funksiyası saxlanılmış xəstələrdə

C) Nefrotik sindrom və böyrəklərin funksiyası saxlanılmış və yaxud az enmiş xəstələrdə

D) 1 q/gündən az proteinuriyası olan xəstələrdə

E) Nefrotik sindromsuz


Ədəbiyyat: «Нефрология». Практическое руководство. под ред. Проф.Ю.И.Гринштейна, Ростов на Дону, Феникс, 2006
435) Tez proqressivləşən qlomerulonefritin Beynalxalq standart müalicəsini göstərin?

A) Biopsiya və seroloji analizlərin nəticələrindən əvvəl metilprednizolonla puls terapiyası

B) Biopsiya və seroloji analizlərin nəticələrindən əvvəl siklosporin A müalicəsini başlamaq

C) Biopsiya və seroloji analizlərin nəticələrindən əvvəl per os prednizolonla müalicəni başlamaq

D) Metilprednizolonla puls terapiya məsələsini seroloji analizlərin nəticələrindən sonra həll etmək

E) Metilprednizolonla puls terapiya məsələsini böyrəklərin biopsiyasından sonra həll etmək


Ədəbiyyat: «Нефрология». Практическое руководство. под ред. Проф.Ю.И.Гринштейна, Ростов на Дону, Феникс, 2006
436) Nefrotik sindromun simptomatik müalicə sxemi hansıdır?

A) Effektivliyi eynidir

B) Fizioloji məhlul, eufilin, hipotiazid

C) Albumin, laziks

D) Fizioloji məhlul, hipotiazid, laziks

E) Fizioloji məhlul, veroşpiron, laziks


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
437) Anti – YBM-nefritin optimal müalicə sxemi hansıdır?

A) Siklosporin A

B) Pednizolon per os və ya puls terapiya, 10-14 seans 2 litr plazma xaric olmaqla intensiv plazmafarez

C) İzolyasiya edilmiş hemodializ

D) Prednizolon per os və ya puls terapiya, + siklofosfan per os və ya puls terapiya

E) İzolyasiya edilmiş, intensiv plazmafarez


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

438) Sürətlə proqres edən qlomerulonefritin hansı variantında, kreatininemiya 600mkm/l çox, hemodializ seansları ilə yanaşı aqressiv immunosupressiv terapiya təyin olunmur?

A) Vegener qranulematozunda ANCA – assosiasiya olunmuş qlomerulonefritdə

B) Qırmızı qurd eşənəkli qlomerulonefritdə

C) Mikroskopik poliarteriitdə ANCA – assosiasiya olunmuş qlomerulonefritdə

D) Anti–YBM-lı nefritdə

E) Düyünlü periarteritli glomerulonefritdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
439) 17 yaşlı qız angina ilə xəstələnib. Ona antibiotik təyin olunub. Antibiotik inyeksiyasından 2-3 gün sonra onda arterial təzyiqin qalxması, hematuriya, proteinuriya (6 q / gün), poliuriya ( 3-4 l / gün), sidiyin aşağı xüsusi çəkisi, qanda kreatininin səviyyəsinin qalxması ( 350 mkm/l ) baş vermişdir. Ehtimal olunan diaqnoz hansıdır?

A) Kəskin qlomerulonefrit

B) İnfeksion toksiki böyrək

C) Kəskin tubulointerstsial nefrit

D) Xroniki qlomerulonefrit

E) Kəskin böyrək catmamazlığı


Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
440) Kəskin tubulointerstsial nefritə nə aid deyil?

A) Kreatinininemiya

B) Anuriya

C) Aseptik leykosituriya

D) Eozinofiliya

E) Qızdırma


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
441) Kəskin tubulointerstisial nefritə nə xarakterikdir?

A) Poliuriya fonunda qan zərdabında kreatininin səviyyəsinin yüksəlməsi

B) Heç bir variantlar xarakterik deyil

C) Ağırlaşan oliqo-anuriya fonunda qan zərdabında kreatininin qalxması

D) Qan zərdabında normal kreatininin fonunda oliqo-anuriyanın yaranması

E) Variantların hamısı xarakterikdir


Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
442) Kəskin tubulointerstsial nefritin ağırlıq dərəcəsi hansı əlamətlərlə təyin olunmur?

A) Uremik intoksikasiya

B) Dehidrotasiya

C) Hipokaliemiya

D) Ürək çatışmazlığı

E) Hiponatriemiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
443) Kəskin tubulointerstsial nefritin müalicə prinsiplərini hansılardır?

A) Kəskin tubulointerstsial nefriti yaradan dərmanı kəsmək

B) Bütün sadalananlar

C) Desensibilizasiya edici terapiya

D) Dizelektroemiyanın korreksiyası

E) Prednizalon


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
444) Xroniki tubulointerstisial nefritə nə aid deyil?

A) Susuzluq

B) Sidik çöküntüsünün minimal dəyişiklikləri

C) Poliuriya

D) Kanalcıq disfunksiyası

E) Hiperstenuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
445) Kəskin pielonefritə nə xarakterik deyil?

A) Kanalcıqların hissəvi genişlənməsi

B) Stromanın interstisial ödemi

C) Kasa-ləyən sisteminin iltihab prossesi

D) Birləşdirici toxumanın böyüməsi, çapıqları

E) Orta və kiçik kaliberli arteriyaların nekrozlaşmış vaskuliti


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
446) Pielonefritin informativ diaqnostika metoduna hansı müayinə aiddir?

A) Dinamik stintiqrafiya

B) Ekskretor uroqrafiya

C) Böyrəklərin USM –si

D) Bütün sadalananlar

E) KT və MRT


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
447) Hansı xəstəliyə göstərilən simptomlar xarakterikdir: 38-39 dərəcə hərarətin qalxması, titrətmə və tərləmə, bel nahiyyədə ağrılar, piuriya?

A) Kəskin sistit

B) Böyrək daşı xəstəliyi

C) Xroniki qlomerulonefritin kəskinləşməsi

D) Kəskin pielonefrit

E) Kəskin qlomerulonefrit


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
448) Xroniki pielonefritin xarakterik əlamətlərinə nə aid deyil?

A) Səhərlər göz qapağının şişi, bakteriuriya,leykosituriya

B) Ürək bulanma, qusma, dərinin qaşınması,burun qanaxması

C) Zəiflik, yorulma,subfebrilitet

D) Anemiya , arterial təzyiqin qalxması,sidiyin xüsusi çəkisinin enməsi

E) Bel nahiyyədə sızıldayıcı ağrılar, poliuriya,nikturiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
449) Pielonefritin xarakterik laborator əlamətlərinə nə aid deyil?

A) Proteinuriya (1-2 qr/sut)

B) Azotemiya

C) Bakteriuriya

D) Mikrohematuriya

E) Leykosituriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
450) Pielonefritin qeyri invaziv diaqnostika metodu hansıdır?

A) MRT


B) Ekskretor uroqrafiya

C) Radioaktiv stintiqrafiya

D) Böyrəklərin USM

E) KT
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008



451) Kəskin pielonefritin diaqnostik kriteriyanlarina sadalananlardan hansı aid deyil?

A) Bakteriuriyaya və leykosituriyaya müsbət ekspress testin nəticəsi

B) Müsbət Pasternatski simptomu

C) Çoxlu tərləmə, dizuriya

D) Nikturiya, azotemiya, dərinin qaşınması

E) Bel nahiyyəsində ağrılar, titrətmə, qızdırma


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

452) Arterial hipernetziya zamanı zədələnən və işemiya təsirinə ilk növbədə məruz qalan nefronun hansı şöbələridir?

A) Zədələnmədə üstünlüyü yoxdur

B) Kanalcıqlar

C) Kanalcıqların proksimal şöbəsi

D) Bütün şöbələr eyni zamanda zədələnir

E) Yumaqcıqlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
453) Böyrək hеmоdinаmikаsınа hansı preparatlar təsir edir?

A) İlgək diurеtikləri

B) АÇF- inhibitоrlаrı

C) Beta-blokatorlar

D) Sаdаlаnаn bütün prеpаrаtlаr

E) Kаlsium kаnаlcıqlаrının blоkаtоrlаrı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
454) АÇF- inhibitоrlаrın təyini nə zaman əks göstərişdir?

A) Bütün sadalananlar

B) Hipеrkаliеmiyа zаmаnı

C) Hаmiləlik zаmаnı

D) Sadalananların heç biri

E) Böyrək аrtеriyаsının 2 tərəfli stеnоzundа


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
455) Arterial hipertenziyanın başlanğic mərhələsində hansı əlamətlər müşahidə olunmur?

A) Baş ağrıları

B) Ürakbulanma

C) Zəifləik və yorğunluq

D) Ürək nahiyyəsində ağrılar

E) Sol mədəciyin hipertrofiyası


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
456) Bədxassəli arterial hipertenziyanın səciyyəvi əlamətlərindən biri hansıdır?

A) Hemorragik səpki

B) Bütün qöstərilənlər

C) Abdominal ağrılar

D) Artralgiyalar

E) İzah olunmayan arıqlama


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
457) İnfeksion endokorditdə böyrəklərin zədələnmə forması hansıdır?

A) Amiloidoz

B) Bütün sadalananlar

C) Kəskin kortikal nekroz

D) Qlomerulonefrit

E) Böyrəklərin infarktı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
458) Xoşxassəli arterionefroskleroz zamanı sidik çöküntüsündə nə olur?

A) Nəzərə çarpan leykosituriya və silindruriya

B) Sərbəst proteinuriya (1,5 q/l qədər) müşahidə olunur

C) Çox zaman dəyişiklik aşkar olunmur

D) Makrohematuriya

E) Mikrohematuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
459) Bədxassəli arteriolonefroskleroz zamanı proteinuriya nə zaman olur?

A) Səciyyəvi deyil

B) Bəzi hallarda olmur

C) Həmişə

D) Heç zaman olmur

E) Böyrək funksiyası endikdə müşahidə olunur.


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
460) Periferik qanda reninin səviyyəsinin müəyyən edilməsinin əhəmiyyəti nədir?

A) Renovaskulyar hipertoniyası ilə differensial diaqnostika keçirildikdə vacib diagnostik meyar sayılır

B) Renovaskulyar hipertenziyanın etiologiyasını müəyyən etmək üçün köməkçi test kimi istifadə olunur

C) Feoxromasitomanın diagnostik meyarıdır

D) Bədxassəli hipertenziyanın diaqnostik meyarıdır

E) Differensial- diaqnostikanın keçirilməsi üçün informativ deyil


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
461) Arterial hipertenziyalı xəstələrin hospitalizasiyası üçün göstərişlər hansılardır?

A) Bütün göstərilənlər

B) Dərmanların effekti olmadıqda

C) Hematuriyanın müəyyən edilməsi

D) Proteinuriyanın aşkarlanması

E) Bədxassəli formaya keçməsi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
462) Аnuriyа nəyə ən аz хаrаktеrikdir?

A) Sidikçıхаrıcı yоllаrın iltihabına

B) Dаmаr zədələnmələrinə

C) Kоrtikаl nеkrоza

D) Kəskin kаnаlcıq nеkrоzuna

E) Qlоmеrulit və yа vаskulitə


Ədəbiyyat: "Dializ" , M.Ağayev,S.Əliyev ,2010
463) β-blokatorların effektsizliyi nə ilə izah olunur?

A) Ürək vurğusunun artması

B) Reninin sekresiyasının azalması

C) Lipid və karbohidrat mübadiləsinin pozulması

D) Reninin sekresiyasının artması

E) Ümumi periferik müqavimətin artması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
464) Arterial hipertenziya zamanı böyrəklərin hansı hissələrində morfoloji dəyişiklər gedir?

A) Yalnız damarlarda

B) Böyrəklərin müxtəlif şöbələrində

C) Yalnız kanalcıqlarda

D) Yalnız interstisiyda

E) Yalnız mezangiumda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
465) Kardial və serebral əlamətlər hipertoniyanın hansı forması üçün səciyyəvidir?

A) Böyrəklərin zədələnməsi ilə qedən nefrogen hipertoniya üçün

B) Hər hansı hipertoniya üçün

C) Arterial hipertenziya üçün

D) Renovaskulyar hipertoniya üçün

E) Hər hansı hipertoniya üçün, böyrəklərin zədələnməsi ilə qedən nefrogen hipertoniya üçün


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
466) Arterial hipertenziya zamanı böyrəklərin zədələnməsi nə ilə nəticələnir?

A) Böyrək arteriyalarının stenozu

B) Bütün sadalananlar

C) Birincili-büzüşmüş böyrək

D) Pielonefrit

E) İkincili-büzüşmüş böyrək


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
467) Arterial hipertenziya nəticəsində baş verən böyrək zədələnməsi zamanı Na CL məhdulaşdırılması ilə yanaşı hansı preparatlar tətbiq olunur?

A) Hipotenziv və diuretik terapiya

B) Antibiotiklər

C) Prednizolon

D) Sitostatiklər

E) Heparin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
468) Bakterial endokardit çox zaman hansı mikrobların təsirindən yaranır?

A) Virusların

B) Qonokokkların, meninqokokkların

C) Streptokokkların, stafilokokkların

D) Qrammənfi bakteriyaların

E) Pnevmokokkların


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
469) Bakterial endokardit zamanı böyrəklərin zədələnməsi hansı faktorlarla əlaqədərdır?

A) Mikrobların bilavasitə təsiri ilə

B) Bütün göstərilən faktorlarla

C) Mikrobların heç biri ilə

D) Qan laxtalanmasının pozulması ilə

E) İmmunoloji faktorlarla


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
470) Bakterial endokardit zamanı hansı böyrək zədələnməsi müşahidə olunur?

A) Diffuz qlomerulonefrit

B) Ocaqlı qlomerulonefrit

C) Hər hansı zədələnmə

D) Böyrək amiloidozu

E) Böyrək infarktı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
471) Bakterial endokardit böyrək infarktı ilə nəticələnərsə hansı əlamətlər meydana çıxır?

A) Bel nahiyyəsində ağrılar

B) Nəzərə çarpan mikro- və makrohematuriya

C) Bütün göstərilənlər

D) Arterial təzyiqin artması

E) Dizuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
472) Bakterial endokarditli xəstədə nefrotik sindrom baş verdikdə hansı böyrək zədələnməsi müşahidə olunur?

A) Böyrək infarktı

B) Böyrək amiloidozu

C) Pielonefrit

D) İnterstisial nefrit

E) Hər hansı zədələnmənin yaranma ehtimalı var


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
473) Bakterial endokardit zamanı böyrək zədələnmələrinin müalicəsində hansı dərmanların tətbigi məgsədəuyğundur?

A) Gentamisin ya streptomisin

B) Qanın əkilməsinin nəticələrinə əsaslanır

C) Penisillinin

D) Tetrasiklinlər

E) Yarımsintetik penisillinlərin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
474) Bakterial endokardit zamanı böyrək zədələnmələrinin profilaktikasına nə aiddir?

A) Prednizolon mülayim dozalarda

B) Yataq rejimi

C) Bütün qöstərilənlər

D) Pəhrizdə zülalların mədudlaşdırılması

E) Antibakterial terapiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
475) Mülayim qan dövranı çatmamazlığı zamanı hansı əlamətlər müşahidə olunur?

A) Sidikdə Na ekskresiyası və konsentrasiyası enir

B) Bütün göstərilən əlamətlər

C) Proteinuriya

D) Arterial təzyiqin artması

E) Hematuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
476) Böyrək arteriyalarinin stenozu olan xəstələrdə böyrəklərin funksional vəziyyəti nədən asılıdır?

A) Sidik yollarının infeksiyasından

B) Bütün göstərilən faktorlardan

C) Stenoz dərəcəsindən

D) Prosesin bir ya ikitərəfli olmasından

E) Xəstəliyin müddətindən


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
477) Hаnsı hеlmintоzlаrdа böyrəklərin zədələnməsinə çох tеz-tеz təsаdüf оlunur?

A) Strоnqilоidоz

B) Askаridоz

C) Şistоmаtоz

D) Triхоsеfаlyоz

E) Enterоbiоz


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
478) Böyrək arteriyalarının aterosklerozu nəticəsində arterial hipertenziya yaranarsa hansı əlamətlər meydana çıxar?

A) Proteinuriya və hematuriya eyni zamanda müşahidə olunur

B) Nəzərə çarpan leykosituriya

C) Nəzərə çarpan hematuriya

D) Əlamətlərin heç biri

E) Nəzərə çarpan proteinuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
479) Böyrək venalarının trombozuna hansı əlamətlər məxsusdur?

A) Bel nahiyyəsində ağrılar

B) Nefrotik səviyyəyə çatan proteinuriya

C) Bütün göstərilən proseslər

D) Oliguriya

E) Leykosituriya, hematuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
480) Arterial hipertenziya hansı xəstəliyin ilk kliniki əlamətidir?

A) Vazorenal hipertenziyanın

B) Polikistozun

C) Göstərilənlərdən heç birinin

D) Bütün göstərilən faktorların

E) Düyünlü periarteriitin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
481) Hansı xəstəlikdə arterial hipertenziyanın inkişafı birinci növbədə işemik komponentlə və RAS aktivləşməsi ilə əlaqədardır?

A) Düyünlü periarteriitdə

B) Göstərilənlərdən heç birində

C) Vazorenal hipertenziyada

D) Bütün göstərilən hallarda

E) Bğyrək polikistozunda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
482) Hansı xəstəlikdə morfoloji tədqiqat zamanı böyrəklərdə çoxsaylı infarktlar aşkar olunur ?

A) Lüpus-nefrit

B) Pielonefrit

C) Kəskin qlomerulonefrit

D) Uratlı nefropatiya

E) Düyünlü periarteriit


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
483) Abdominal ağrılar nə zaman böyrək kapsulasının genəlməsi ilə əlaqədar deyil?

A) Polikistozda

B) Göstərilənlərdən heç birində

C) Hidronefrozda

D) Kəskin pielonefritdə

E) Düyünlü periarteriitdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
484) Abdominal ağrılar nə zaman böyrək kapsulasının genəlməsi ilə əlaqədar olur ?

A) Böyrək polikistozunda

B) Göstərilənlərdən heç birində

C) Böyrək sancısında

D) Bütün göstərilən hallarda

E) Hidronefrozda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
485) Arterial hipertenziya zamanı böyrək zədələnmələrinin profilaktikası hansı tədbirlərdən ibarətdir?

A) Dispanserizasiya

B) Bütün qöstərilənlər

C) Göstərilənlərin heç biri

D) Hipertenziyanın adekvat terapiyası

E) Sistematik müşahidə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
486) Renovaskulyar hipertenziyanın səbəbləri hansılardır?

A) Sadalananlardan heç biri

B) Qeyri spesifik aortoarteriit

C) Fibromuskulyar displaziya

D) Böyrək arteriyasının aterosklerotik stenozu

E) Bütün sadalanan vəziyyətlərlər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
487) AÇF-inhibitorların hansı əlavə effektləri xarakterik deyil?

A) Arterial hipotenziya

B) Hiperkaliemiya

C) Öskürək

D) Pəncə və baldır-pəncə oynağının ödemi

E) Qanda kreatininin səviyyəsinin artması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
488) Böyrək arteriyasının stenozunun müntəzəm təsadüf olunan səbəbi hansıdır?

A) Böyrək arteriyasının aterosklerozu və fibromuskulyar displaziya nəticəsində stenozu

B) Qeyri spesifik aortoarterit (Takayasu xəstəliyi)

C) Böyrək arteriyasının trombozu

D) Böyrək arteriyasının anadan gəlmə anomaliyası

E) Böyrək arteriyasının embolizasiyası


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
489) Böyrək arteriyasının stenozunun qeyri invaziv diaqnostika metodu hansıdır?

A) Böyrəklərin stintiqrafiyası

B) İzotop renoqrafiya

C) Böyrək damarlarının US doppleroqrafiyası

D) Ekskretor uroqrafiya

E) Böyrəklərin USM –si


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
490) Yumaqcıq filtrasiyasının sürəti 15ml/dəq olan essensial hipertenziyası olan xəstədə böyrəklərin xroniki xəstəlikləri hansı mərhələdədir?

A) II


B) IV

C) III


D) V

E) I
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin