Bu elmi bəhsə başlamazdan əvvəl mühüm bir məsələni xatırlatmaq yerinə düşərdi: Nəfsin paklaşdırılması bir tərəfə çəkilib guşənişin həyat tərzi keçirtmək, dünyəvi işləri tərk etmək və ictimai məs’uliyyətlərdən boyun qaçırmaq demək deyildir. Əksinə, kitabın müxtəlif yerlərində də bəyan olunacağı kimi, fərdi və ictimai məs’uliyyətlərdən imtina edib guşənişinlik və fərdi həyat tərzini seçmək nəfsin saflaşdırılması və təkmilləşdirilməsi ilə zidd bir işdir. İslam dini müsəlmanlardan cəmiyyət arasında yaşayıb fərdi və ictimai vəzifələrlə məşğul olmaqla eyni zamanda özlərindən qafil olmamalarını, xüsusilə, nəfslərini və ruhlarını aludəliklərdən, rəzil sifətlərdən təmizləməyə tam diqqət yetirmələrini istəmişdir.
İbrahim Əmini, 1983-cü il, (Hicri-şəmsi)
PEYĞƏMBƏRLƏRİN əsas HƏDƏFİ NƏFSİN SAFLAŞDIRILMASIDIR
Tə’lim və tərbiyə məsələsi o qədər mühüm bir işdir ki, bu peyğəmbərlərin göndərilməsinin əsas hədəfi olmuş və mütəal Allah da bu barədə Öz bəndələrinə minnət qoymuşdur. İnsanın fərdi və ictimai şəxsiyyəti, dünyadakı və ya axirətdəki səadəti, yaxud, xoşbəxtliyi öz şəxsiyyətini necə formalaşdırmasına bağlıdır. Məhz buna görə də insan üçün nəfsin, ruhun saflaşdırılması onun müqəddəratını həll edən bir məsələ hesab olunur. Peyğəmbərlər məhz buna görə göndərilmişlər ki, nəfsin təmizlənməsi, pərvəriş edilib təkmilləşdirilməsini insanlara öyrətsinlər, bu həyati işdə insanların köməkçisi olub onlara düzgün yol göstərsinlər. Peyğəmbərlər insanların nəfslərini çirkin xüsusiyyətlərdən, heyvani sifətlərdən paklaşdırmaq, onlarda gözəl əxlaqi fəzilətləri və insani keyfiyyətləri gücləndirmək üçün göndərilmişlər. Peyğəmbərlər insanlara nəfsin saflaşdırılması dərsini vermək, üzdəniraq əxlaqı tanıtmaq, nəfsani istəkləri və meylləri cilovlamaq yolunda kömək etmək, onları ilahi əzabdan qorxutmaqla nəfslərini pis işlərdən, çirkinliklərdən təmizləmək üçün göndərilmişlər. Peyğəmbərlər gəlmişlər ki, insani keyfiyyətləri və əxlaqi səciyyələri onların nəfslərində pərvəriş versinlər, çiçəkləndirsinlər, yaxşı işlərə təşviq etməklə, rəğbətləndirməklə onlara köməkçi olsunlar.
İmamCə’fərSadiq (ə) buyurur: “MütəalAllahÖzPeyğəmbərinigözəlxüsusiyyətlərüçünseçdi. Deməlihərkəsözündəgözələxlaqınolduğunugörsə, gərəkbuböyükne’mətüçünAllahahəmdetsin. Hərkəsöznəfsiningözələxlaqdanməhrumolduğunugörsə, Allahdərgahındayalvarıbraz-niyazetsinvəOndangözəlxüsusiyyətləristəsin.”3
Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) buyurub: “Əgərbehiştəümidvarolmamağımızıvəcəhənnəmodundanqorxmamağımızı, savabavəəzabaəqidəliolmadığımızıfərzetsəydikbelə, yenədəgözələxlaqınaxtarışındaolmağımıztəqdirəlayiqbirişolardı. Çünkigözələxlaqqələbəvəsəadətyoludur.”4
İmamMəhəmmədBaqir (ə) buyurub: “Mö”minlərinimancəhətindənənkamiliokəsdirki, onunəxlaqıgözəlolsun.”5
İslam dini gözəl əxlaq məsələlərinə xüsusi diqqət yetirmişdir; buna görə də Qur’anda əxlaqa aid olan ayələr əhkama aid olan ayələrdən qat-qat çoxdur. Hətta Qur’an hekayələrində də əxlaq əsas məqsəd olaraq nəzərdə tutulur. Hədis kitablarında minlərlə əxlaqi hədis gözə dəyir ki, sair mövzulardan çox olmasa da az deyildir. Gözəl əxlaq üçün nəzərdə tutulan müjdə və savablar sair əməllər üçün nəzərdə tutulan savablardan heç də az deyildir. Eləcə də çirkin əxlaq barəsində nəzərdə tutulan cəzalar və təhdidlər sair əməllər barəsində edilən təhdidlərdən az deyildir. Deməli, əxlaq məsələsi islamın əsasını təşkil edir və onu dinin ikinci dərəcəli hökmlərindən, sadəcə olaraq, gözəllik və zinətlənmə vasitəsi hesab etmək olmaz. Dini hökmlərdə olduğu kimi, əxlaqda da əmrlər və qadağalar vardır. Din hökmlərində bir əmələ təşviq etmə, savab, yaxud qorxutma və cəza və’dəsi vardırsa, əxlaq məsələlərində də eynilə bu cürdür. Bunların nə kimi fərqi ola bilər?! Deməli biz kamal və səadət axtarırıqsa, əxlaqi məsələlərə qarşı e’tinasız olmamalıyıq. Əxlaqi vacib əməlləri sadəcə olaraq əxlaqi cəhətdən vacib olduqlarına görə tərk eməməli, əxlaqi cəhətdən qadağan olunanların da sadəcə olaraq əxlaq cəhətindən haram olduğunu bəhanə edərək yerinə yetirməməliyik.
Namazın vacib, onun tərk edilməsinin isə haram olub ağır cəzası olduğu kimi, əhdə vəfa etmək də eynilə vacib, əhdə vəfasız çıxmaq isə haramdır və onun cəzası vardır. Bu kimi işlərin arasında heç bir fərq yoxdur. Həqiqi və xoşbəxt dindar o kəsdir ki, həm dini vəzifə və hökmlər qarşısında vəfadar olsun, həm də əxlaqi məsələlərə diqqət yetirsin. Hətta əxlaqi məsələlərə diqqət yetirilməsi mə’nəvi-nəfsani kamalda və səadətdə daha artıq əhəmiyyət kəsb edir (bu məsələ sonradan qeyd olunacaqdır).