NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ



Yüklə 5,7 Mb.
səhifə19/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

DÜNYA NƏDİR?


Hər bir halda islam dünyanı məzəmmət olunmuş hesab edir və insanlardan zöhdü (dünyaya məftun olmamağı) istəyir. İndi dünyanın nə olması və ondan necə uzaq olunmasını araşdırmalıyıq.

Görəsən məzəmmət olunan dünya elə bu dünyanın varlıqları olan yer, günəş, ulduzlar, heyvanlar, bitkilər, ağaclar, dənlər insanlardan ibarətdirmi? Bunun müqabilində axirət aləmi ni, digər aləm nədir? Buna əsasən dünya həyatı yemək, içmək, işləmək, istirahət etmək, evlənmək bu dünya həyatı ilə əlaqədar olan sair işləri görməkdən ibarətdir. İslam bunları məzəmmət etmişdirmi? Yoxsa yer, göy, heyvanlar, bitkilər pisdir onlardan uzaq olmaq lazımdır? İslam dini ticarəti, ruzi qazanmağı, nəsil artırmağı s. işləri məzəmmət edirmi? Şübhəsiz belə deyildir. Bunların hamısı Allahın yaratdığıdır əgər pis olsaydılar yaradılmazdılar. Allah bunların hamısını Özünün gözəl nemətləri hesab edərək ondan istifadə etsin deyə insanın ixtiyarına qoymuşdur. Sərvət, mal-dövlət nəinki məzəmmət olunmur, hətta Quranda xeyirli bir şey kimi təqdim olunur: Əgər meyyit xeyirli bir şeyi (mal-dövləti) tərk etmiş olsa valideynlərinə yaxın qohum-əqrəbasına məxsusdur.”1

Ticarətlə məşğul olub işləmək, halal ruzi qazanmaq nəinki məzəmmət olunmamışdır, əksinə, çoxlu rəvayətdə ibadətlərin ən yaxşısı kimi təqdim olunmuşdur.

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur:İbadət yetmiş qismdir. Onun ən yaxşısı halal ruzi qazanmaqdır.”2

İmam Məhəmməd Baqir (ə) buyurur: Hər kəs camaatdan ehtiyacsız olmaq üçün ruzi qazanmaq arxasınca gedərsə ailəsinin ruzisini genişləndirib qonşularına ehsan edərsə, Allahla qiyamətdə görüşəndə onun surəti on dörd gecəlik ay kimi parıldayar.”3

İmam fər Sadiq (ə) buyurur: Ailəsinin ruzisini əldə etmək üçün çalışan bir şəxs Allah yolunda cihad edən şəxs kimidir.”1

Rəvayətlərdə əkinçiliyə, ticarətə, hətta nikaha belə tövsiyə edilmişdir. Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) və pak imamların (ə) da tutduğu yol belə olmuşdur. Onlar daim işləyirdilər. Zahidlərin sərvəri Əliyyibni Əbi Talib (ə) də ciddi işgüzarlıqla çalışır və daim fəaliyyətlə məşğul olurdu. Belə isə, görəsən məzəmmət olunan dünya hansıdır?

ziləri demişlər ki, dünyanın özü deyil, ona məftun olmaq, məhəbbət bəsləmək bəyənilməzdir. zi ayə rəvayətlərdə dünyaya məhəbbət məzəmmət olunmuşdur. Quranda buyurulur: Nəfsani istəklərəqadınlara, övladlara, qızıl-gümüş kisələrinə, cins atlara, heyvanlara, əkinə məhəbbət camaat üçün zinət verilmişdir. Bu, dünya həyatının həzzidir. Lakin Allah yanında yaxşı qayıdış yeri vardır.”2

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Məbada dünyanı sevəsən! Çünki dünya məhəbbəti hər bir günahın kökü hər bir bəlanın mənşəyidir.”3

İmam fər Sadiq (ə) buyurur: Dünyaya məhəbbət bütün xətaların günahların başıdır.”4

Bu kimi ayə və hədislərdən mə’lum olur ki, dünyaya və dünyəvi işlərə bağlılıq məzəmmət olunmuşdur, bu işlərin özü yox.

Burada belə bir sual irəli gəlir. Görəsən dünya işlərinə məhəbbət mütləq şəkildə məzəmmət olunur və insan qadına, övlada, evə, mal-dövlətə, yeyib-içməyə məhəbbət bəsləməməlidir? Bunu iddia etmək olarmı? Halbuki bu kimi işlərə məhəbbət insanların fitri və təbii işlərindəndir və Allah da insanı belə yaratmışdır. Məgər insan öz həyat yoldaşını, övladlarını sevməyə bilərmi? Məgər yeməliləri, geyməliləri, bu dünyanın sair gözəlliklərini sevməyə bilərmi? Əgər bu işlərə məhəbbət bəsləmək məzəmmət olunsaydı Allah insanı belə yaratmazdı. İnsan yaşamaq və diri qalmaq üçün bu kimi işlərə ehtiyac duyur və yaradılışında təbii olaraq onlara meyl göstərir.

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: İnsanlar dünyanın övladlarıdır heç kəs anasına məhəbbət bəslədiyinə görə məzəmmət olunmaz.”1

Rəvayətlərdə tövsiyə olunur ki, övladlarınıza və həyat yoldaşınıza məhəbbət göstərin. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və mə’sum imamlar da (ə) qadınlarına və övladlarına məhəbbət izhar edir, bə’zi yeməkləri daha çox sevirdilər. Deməli yer, göy, bitkilər, ağaclar, mə’dənlər, heyvanlar və sair Allah ne’mətləri məzəmmət olunmamışlar. Onlara və dünya həyatına məhəbbət bəsləmək pis deyildir. Bə’zi rəvayətlərdə dünya tə’riflənmişdir.

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) dünyanı məzəmmət edən bir şəxsin cavabında buyurdu: Dünya, onu təsdiq edənlər üçün doğruçuluq sədaqət evi, həqiqəti tapanlar üçün əmin-amanlıq evi, ondan (axirət üçün) ehtiyat götürənlər üçün zənginlik evi, ibrət alanlar üçün öyüd-nəsihət evidir. Dünya Allah dostlarının məscidi, mələklərin namaz qıldığı yer, vəhyin nazil olduğu məkan Allah övliyalarının ticarət yeridir. Onlar dünyada Allahın fəzl mərhəmətinə nail olmuş, behişti qazanmışlar.”2

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) yenə buyurur: Dünya axirət üçün ən yaxşı kömək vasitəsidir.”3

İmam fər Sadiq (ə) buyurur: Abır-heysiyyətini qorumaq, borclarını ödəmək sileyi-rəhm etmək üçün halal mal kəsb etməyi xoşlamayan bir kəsdə xeyir yaxşılıq yoxdur.”4

Belə isə, görəsən məzəmmət olunan dünya nədir ki, ona məhəbbət bəsləmək bütün günahların mənşəyi olsun?

Ayə və rəvayətlərin məcmusundan belə başa düşülür ki, dünyada olan varlıqlar, dünya həyatı və dünyəvi işlərə sadəcə məhəbbət və bağlılıq deyil, dünyaya meyl etmək, ona məftun olmaq məzəmmət olunur. İslam insanlardan istəyir ki, dünyanı olduğu kimi tanısınlar və onun üçün artıq yox, elə həmin qədər dəyər versinlər. Özlərinin və dünyanın yaradılışındakı hədəfləri və məqsədləri tanısınlar, həmin yolda hərəkət etsinlər. Əgər belə olsalar axirət əhli, amma əgər əməl və rəftarları bu hədəfin əksinə olarsa dünya əhlidirlər.

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin