NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ



Yüklə 5,7 Mb.
səhifə21/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   17   18   19   20   21   22   23   24   ...   62

AXİRƏT ƏHLİ


İslam insanlardan istəyir ki, dünyanı elə olduğu kimi tanıyıb, əməl və rəftarlarını belə bir nəzərlə uyğunlaşdırsınlar. Dünyanı belə tanıyan şəxslər heç vaxt ona məftun olmaz, onun bər-bəzəklərinə aldanmaz. Bu dünyada yaşamaqlarına, onun qanuni ləzzət və ne’mətlərindən istifadə etmələrinə baxmayaraq onun əsiri və qulu olmazlar. Allahı və axirət aləmini heç vaxt unutmaz, saleh əməllə axirət aləmi üçün daim yol ehtiyatı toplamağa çalışarlar. Onlar bu dünyada yaşayırlar, lakin qəlblərinin gözü daha yüksəkliklərə nəzər salır. Hər anda, hər halda və hər bir əməldə Allahı və axirət aləmini nəzərə alıb, axirət dünyasının xeyrinə olaraq ondan bəhrələnirlər. Dünyanı axirət üçün bir yol, əkin sahəsi, ticarət yeri hesab edir, axirət aləmi üçün yol ehtiyatı hazırlamağa çalışırlar. Bu dünyanın hər bir şeyindən axirət faydaları üçün bəhrələnir, hətta öz əməlləri, yemək, içmək, evlənmək və sair kimi dünyəvi işlərdən də axirət aləmi üçün istifadə edirlər. Belə şəxslər dünya əhli deyil, axirət əhlidirlər.

İbni Əbi fur deyir: İmam fər Sadiqə (ə) dedim: «Biz dünyanı sevirikBuyurdu: «Dünya mal-dövlətləri ilə edirsinizƏrz etdim: «Onların vasitəsilə evlənirik, həccə gedirik, onu ailəmiz üçün xərcləyirik, din qardaşlarımıza kömək edirik Allah yolunda sədəqə veririkBuyurdu: «Bu ki, dünya deyil axirətdir1

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur:Ey Allah bəndələri, agah olun bilin ki, pərhizkarlar həm bu dünyadan, həm axirətdən fayda aparırlar. Deməli, dünya əhli ilə dünya nemətlərindən bəhrələnməkdə şərikdirlər, amma dünya əhli axirətdə bunlarla şərik deyillər. Dünyada ən yaxşı şəkildə yaşayır, onun yeməlilərindən ən yaxşı şəkildə istifadə edirlər. Bunlar dünyadan zalımların, təkəbbürlülərin, xoş güzəran keçirənlərin faydalandığı kimi istifadə etmişlər. Sonra kamil ehtiyatla, ticarət yerindən bəhrələnməklə dünyadan axirətə köçmüşlər. Dünyanın zövq ləzzətinə nail olmuş, yəqin şəkildə inanmışlar ki, axirətdə Allahın mərhəməti sayəsində yaşayacaqlar. Belə ki, onların istəklərindən heç biri geri qaytarılmayacaq, onların ləzzət xoşluqdan olan bəhrələri azalmayacaqdır.”2

Dünyada qazanc, sənətkarlıqla, ticarət əkinçiliklə məşğul olmaq, ondakı ictimai məsuliyyətləri, məqam mənsəbləri qəbul etməyin insanın axirət əhli zahid olması ilə ziddiyyəti yoxdur. Əksinə, elə məhz bunlar axirət yolunda Allahın razılığını qazanmaq üçün istifadə edilə bilər. Əmirəl-minin Əliyyibni Əbitalib (ə) işlərində qazanclarında malik olduğu ciddiyyətlə belə, camaat arasında ən zahid bir adam idi. Camaata hakim olduğu dövrdə gecə ikən ibadət mehrabında ağlayaraq deyirdi: Ey dünya, ey dünya! Məndən uzaq ol! Məni aldatmaq üçün özünü təqdim edib məhəbbət göstərirsənmi? Bu vaxt sənin vaxtın deyil. Heyhat! Başqasını aldat, mənim sənə ehtiyacım yoxdur. Mən sənə üç dəfə təlaq vermişəm ki, artıq qayıtmağın mümkün deyil. Sənin həyatın qısa, dəyərin az, ümidin əhəmiyyətsizdir. Ah, yol ehtiyatının azlığından, yolun uzaqlığından, səfərin uzaqlığından mənzilin əzəmətindən!”1

Digər bir yerdə buyurur: Ey dünya, məndən uzaq ol! Sənin cilovunu öz boynuna atıb buraxmışam. Sənin caynaqlarından xilas olmuşam, sənin tələlərindən qaçmışam, sənin sapmalarına düşməkdən çəkinmişəm.”2

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) böyük bir ordu ilə müharibəyə gedərkən köhnə dəyərsiz ayaqqabılarını İbni Abbasa göstərib deyirdi:Allaha and olsun, mənim nəzərimdə bu köhnə ayaqqabı hökumət rəislikdən daha sevimlidir. Rəyasətə ona görə razılıq vermişəm ki, haqqı bərqərar edəm, yaxud haqsızlıqların qarşısını alam.”3

Allahın xalis bəndələri həmişə belə olmuş və hal-hazırda da belədirlər. Onlar elə bu dünyada yaşadıqları halda daha yüksək üfüqlərə nəzər edirlər. Onlar axirət əhlidirlər. Sair insanlar kimi qazanc və ticarətə, maddi fəaliyyətlərə ciddiyyət göstərir, hökumət, rəislik, sərkərdəlik, həyatın idarə olunması kimi işlərlə məşğul olurlar. Lakin hər bir işi Allahın razılığını qazanmaq və öz vəzifəsini yerinə yetirmək məqsədilə görürlər. Allah ne’mətlərindən qanuni və şər’i həddə istifadə edir və eyni halda dünyaya “üç dəfə təlaq verib” onun mehr və məhəbbətini qəlblərindən çıxarırlar. Hakimiyyəti ələ almaq üçün müharibə edirlər, amma sadəcə rəhbərliyə çatmaq üçün deyil, haqq-ədalətin bərqərar olunması, müdafiə edilməsi naminə.

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin