NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


TƏQVA VƏ ÇƏTİNLİKLƏRƏ QƏLƏBƏ



Yüklə 5,7 Mb.
səhifə28/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

TƏQVA VƏ ÇƏTİNLİKLƏRƏ QƏLƏBƏ


Təqvanın mühüm nəticələrindən biri həyat çətinliklərinə qələbə çalmaqdır. Quranda buyurulur: Hər kəs təqvalı olsa Allah (çətinliklərin həllində) onun üçün bir çıxış yolu qərar verər gümanı gəlmədiyi yerdən ona ruzi çatdırar.”1

Yenə buyurulur: Hər kəs təqvalı olsa Allah onun işlərini asanlaşdırar.”2

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Hər kəs təqvalı olsa çətinliklər şiddətli müsibətlər ona yaxınlaşdıqdan sonra ondan uzaqlaşar. Acılıqlar onun üçün şirin olar, çətinliklər seli onun müqabilində yarılaraq pərakəndə vəziyyətə düşər, çətin dərdli işlər onun üçün asan olar.”3

Bu kimi ayə və hədislərdən mə’lum olur ki, təqva müşkül məsələlərin həll olunmasında, çətinliklərə qələbə çalınmasında insana kömək edir. İndi təqvanın bu kimi işlərdə nə qədər tə’sir göstərdiyini araşdırırıq.

Həyat çətinliklərini ümumi şəkildə iki dəstəyə bölmək olar. Onlardan bə’zilərinin həlli insanın ixtiyarında deyil. O cümlədən bədən üzvünün nöqsanlı olması, əlacsız xəstəliklərə tutulma, qarşısı alına bilməyən təhlükələr və bu kimi şeylər. Belə ki, onların qarşısının alınması bizim imkanımızdan xaricdədir.

İkinci qismi elə çətinliklərdən ibarətdir ki, bizim qərar və iradəmiz onların həll olunmasında və hətta qarşısının alınmasında belə tə’sirlidir. Əksər ruhi, cismi, ailəvi, ictimai çətinlikləri misal olaraq qeyd etmək olar.

Əlbəttə, təqva bu iki qismdən olan çətinliklərin hər birinin həll olunmasında mühüm rol ifa edə bilər. Birinci qismdən olan çətinliklərin qarşısının alınması və aradan qaldırılması əməldə qeyri-mümkün olmasına baxmayaraq, bu çətinliklər qarşısında necə rəftar etmək və necə reaksiya göstərmək bizim ixtiyarımızdadır. İnsan təqvalı olub özünü saxladıqda, öz nəfsinə tamamilə hakim kəsildikdə dünya və onun çətinliklərini ötəri, axirət həyatını əbədi hesab edir, Allahın yenilməz və sonsuz qüdrətinə arxalanır, dünyanın xoşagəlməz hadisələrini və çətinliklərini kiçik və müvəqqəti sayıb onların qarşısında ah-fəğan etmir. Əksinə, Allahın iradəsi və istəyi qarşısında qeydsiz-şərtsiz təslim olur. Təqvalı insan Allahla, axirət aləmi ilə ünsiyyətdə olur. Bu dünyanın ötəri hadisələri və çətinlikləri onun ruhi aramlıq və xatircəmliyini poza bilmir. Çünki xoşagəlməz hadisələr, çətinliklər və ağır müsibətlər zatən dərdli deyildir. Əksinə, nəfsin iztirab və dözümsüzlüyü insanın narahat olmasına səbəb olur və təqva bu barədə insana kömək edir.

İkinci qism də, yə’ni, həyatda insanın başına gələn acı hadisələr və şiddətli müsibətlərin çoxu nəfsani istəklərin, çirkin sifətlərin, şeytani meyllərin qələbə çalmasından irəli gəlir. Ailə mühitində baş verən çətinliklərin əksəriyyətini ya qadın, ya kişi, ya da hər ikisi öz nəfsani istəklərinə nəzarət edə bilmədiklərindən yaradırlar. Özləri də öz əllərilə yandırdıqları odda yanıb ah-nalə edirlər. Sair çətinliklər də eynilə belədir.

Həsəd, kin-küdurət, intiqamçılıq, inadkarlıq, təəssüb, xudbinlik, xudpəsəndlik, tamahkarlıq, şəhvət, qəzəb, özünü yuxarı tutmaq, təkəbbür və sair kimi yaramaz əxlaqlar insan üçün çoxlu çətinliklər, qəm-qüssə yaradır, şirin həyatı acıdır. Belə bir şəxs öz həvayi-nəfsinin əlində o qədər əsirdir ki, hətta öz dərdini, xəstəliyini ayırd edib müalicə etməkdən belə acizdir. Bu kimi acı hadisələrin qarşısını ala biləcək ən tə’sirli və ən yaxşı şey təqva, nəfsin nəzarət altına alınması və özünü saxlamaqdan ibarətdir. Təqvalı şəxs üçün bu cür hadisələr ümumiyyətlə irəli gəlmir. O, öz həyatını çox aram və nurani qəlblə davam etdirir və axirət səfəri üçün yol ehtiyatı hazırlayır.

Dünyaya məhəbbət (məftunluq) bütün çətinliklərin mənşəyidir. Lakin təqvalı bir şəxs dünyaya və onda olanlara məftun olmadığından, onları itirən zaman ruhən əzab hissi keçirmir.

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Dünya məhəbbətindən uzaq ol. Çünki, o hər bir günahın əsli hər bir bəlanın mənşəyidir.”1

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin