NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


TƏQVA VƏ RUHİ XƏSTƏLİKLəRİN MÜALİCƏSİ



Yüklə 5,7 Mb.
səhifə30/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

TƏQVA VƏ RUHİ XƏSTƏLİKLəRİN MÜALİCƏSİ


Əvvəllər qeyd olundu ki, çirkin əxlaq, o cümlədən həsəd, kin, intiqamçılıq, eyb axtarmaq, qəzəb, təəssüb, tamahkarlıq, xudbinlik, təkəbbür, qorxu, iradəsizlik və sair xislətlər nəfsani xəstəliklərdir. Bu kimi şəxslərin nəfsləri məcazi mə’nada deyil, doğrudan da xəstədir.

Elmi yolla isbat olunmuşdur ki, insanın nəfsi ilə bədəni arasında nəinki möhkəm bir əlaqə bərqərardır, həm də onlar bu rabitə vasitəsilə bir-birinə tə’sir qoyur, bir-birindən qarşılıqlı olaraq tə’sirlənir. Cismi xəstəliklər nəfsi narahat və pərişan edir, nəfsani xəstəliklər cismdə və insanın əsəb sitemində tam tə’sir qoyur. Psixi və ruhi xəstəliklərdən çoxu, əsəb zəifliyi və s. çirkin əxlaq nəticəsində yaranır. Hətta bə’zi cismi xəstəliklər, o cümlədən mə’də-bağırsaq yarası, anormal həzm, mə’də qıcqırması, baş ağrısı, ürək ağrısı kimi cismani xəstəliklərin mənşəyi də bir sıra çirkin əxlaqlar, o cümlədən həsəd, kin, tamah, özünü istəmək və yüksək tutmaq ola bilər. Şəhvətpərəstlikdə ifratçı və zərərli adətlərin nə qədər çirkin və təhlükəli xəstəliklər yaratması aşkar şəkildə müşahidə olunur. Əvvəldə qeyd oluduğu kimi nəfsani xəstəliklərin yeganə şəfa vericisi təqvadır. Deməli, belə bir müddəa irəli yürüdüb demək olar ki, təqva həm cismani (fiziki), həm də mə’nəvi xəstəliklərin müalicə olunmasında, ruhun sağlamlığında layiqli tə’sirə malikdir.

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) təqva barəsində buyurur: Təqva sizin cismi xəstəliklərinizə dərman olub, qəlblərinizin fəsadını islah edər nəfslərinizin aludəliklərini təmizləyər.”1

MÜTTƏQİLƏRİN (TƏQVA SAHİBLƏRİ) XÜSUSİYYƏTLƏRİ


Təqvanın nə olduğunu yaxşı anlamaq, təqva əhlinin əlamətləri və sifətlərilə tanış olmaq üçün “Nəhcül-bəlağə”nin “Həmmam” xütbəsinin tərcüməsini qeyd edirik:

Həmmam Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) səhabələrindən olan abid bir kişi idi. Bir gün dedi: «Ya Əmirəl-mö’minin! Müttəqilərin sifətlərini mənim üçün elə bəyan et ki, sanki onları görürəm.»

İmam (ə) ona cavab verməkdə bir az tərəddüd etdi, sonra qısa şəkildə buyurdu: Ey Həmmam! Təqvalı ol, yaxşı işlər gör, çünki Allah Quranda buyurur: “Allah təqvalılarla yaxşı əməl sahiblərilədir.”

Həmmam bu qısa cavabla kifayətlənmədi, Həzrətə (ə) and verdi ki, daha artıq izah versin. Həzrət Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) Allaha həmd-səna etdikdən, Peyğəmbərə (s.ə.v.v) salavat göndərdikdən sonra buyurdu:

«Sübhan Allah insanları yaratdı. Halbuki onların itaət etməsindən ehtiyacsız, günahlarından da amanda idi. Çünki günahkarların günahı Ona heç bir zərər çatdırmaz, itaət edinlərin ibadət və itaəti də Ona heç bir fayda yetirməz. Onların ruzilərini öz aralarında bölüşdürdü, hər kəsi özünə münasib olan bir yerdə qərar verdi. Müttəqilər dünyada fəzilət əhlidirlər, danışanda doğruçu, paltar geyməkdə orta, yol gedərkən təvazökardırlar. Allahın haram buyurduqlarından göz yumur, öz xeyrlərinə və onlara fayda verəcək olan elmə qulaq asırlar. Çətinlik və bəla zamanı özlərini elə aparırlar ki, sanki asayişdə və xoşluqdadırlar. Əgər onların əcəlləri əvvəlcədən tə’yin olunmasaydı səvabın şövqündən və cəzanın qorxusundan ruhları bir an belə bədənlərində qərar tutmazdı. Allah onların nəzərində əzəmətli və böyükdür. Buna görə də Allahdan başqası onların nəzərində kiçik görünür. Behiştə qarşı sanki onu görmüş və ne’mətlərindən bəhrələnmiş kəslər kimidirlər. Cəhənnəmə qarşı isə sanki onu görmüş və orada əzaba düçar olmuş kəslər kimidirlər. Onların qəlbləri qəmlidir və (camaat) onların şərindən amandadır. Bədənləri arıq, hacətləri az, nəfsləri iffətlidir. Bu dünyada bir neçə gün səbr edib, onun ardınca əbədi asayişə və xoşluğa çatırlar. Bu da Pərvərdigarları tərəfindən onlar üçün hazırlanan faydalı bir ticarətdir. Dünya onlara üz gətirir, lakin onlar dünyanı qəbul etməkdən üz döndərirlər. Dünya onları əsir etmək istəyir, amma onlar canlarını alıb azad edirlər.

Gecə vaxtları (namaz üçün) ayaq üstə dayanır, Allahın ayələrini düşünərək oxuyur, onu oxuyub təfəkkür etməklə özlərini qəmgin edir və beləliklə də öz dərdlərinin dərmanını axtarırlar. Təşviq (müjdə) ayələrinə çatdıqda ümidvar olur, elə şövqə gəlirlər ki, sanki Allahın mükafatını gözləri önündə müşahidə edirlər. Qorxu və əzab ayəsinə çatdıqda isə ona qəlbən elə diqqət yetirirlər ki, sanki cəhənnəm əhlinin şivən və fəryad səsləri qulaqlarının dibindədir. Rüku üçün əyilir, səcdə üçün alınlarını, əllərini, ayaqlarını və dizlərini yerə sərir, Allahdan öz nəfslərinin azadlığını istəyirlər.

Gündüz olanda səbirli, elmli, yaxşı əməl sahibi və təqvalıdırlar. Allah qorxusu onları yonulmuş oxlar kimi arıqlatmışdır. Belə ki, baxan şəxs onların xəstə olduğunu güman edir, halbuki xəstə deyillər. Camaat onların dəli olduğunu güman edərlər, halbuki dəli deyillər. Əksinə, böyük bir iş (qiyamət) barəsində təfəkkür etmək onları belə ağır vəziyyətə salmışdır.

Özlərinin az əməllərindən razı deyillər və çox əməli çox hesab etmirlər. Öz nəfslərini (itaətdə təqsirə yol verdiklərini güman etməklə) müttəhim edirlər və əməlləri barəsində də qorxudadırlar. Onlardan hər biri tə’riflənən zaman onların barəsində deyilənlərdən qorxur və belə deyirlər: “Mən özümə başqalarından daha artıq agaham. Pərvərdigarım isə mənim özümə məndən də artıq agahdır. Pərvədigara, barəmdə deyilən sözə görə məni cəzalandırma. Məni onların təsəvvür etdiklərindən daha üstün qərar ver və başqalarının bilmədiyi günahlarımı bağışla!”

Təqva əhlinin nişanələrindən biri də budur ki, sən onu görərsən ki, din işində qüdrətli, mülayim, rəftarda uzaqgörən, yəqində imanlı və müqavimətli, elmdə həris, səbirlilikdə bilikli, zənginlikdə orta səviyyəni seçən, ibadətdə xüşulu, fəqirlikdə zinətli və abırlı, çətinliklərdə səbirli, halal ruzi axtarmaqda çalışqan, hidayət axtarışına rəğbətli, tamahdan uzaq və ciddiyyətlidirlər.

Saleh əməl görürlər, amma yenə də qorxurlar. Gecə olan zaman şükr etməyə himmət edir, sübh çağları Allahı zikr və yad edir, gecə ikən məbada qəflət etdiklərini güman edərək qorxur, sübh vaxtları Allahın fəzl və mərhəməti vasitəsilə sevinirlər. Əgər nəfs, istəmədiyi şeylərdə onunla ciddi rəftar etsə, o da əvəzində nəfsin meyl etdiyi işlərdən çəkinər. Əbədi işlərə (yaxşı əməllərə) rəğbətli, fani şeylərə (dünya işlərinə) e’tinasızdırlar. Səbirliliyi elmlə, danışığı əməllə qarışdırırlar.

Onları arzuları qısa, xətaları az, qəlbi xüşu halında, nəfsi qane, yeməyi az, işləri asan, dini qorunmuş, nəfsani istəkləri aradan getmiş, qəzəbi yatmış halda görərsən. İnsanlar onların ehsan və yaxşı işlərinə ümid bəsləyir, şər işlərindən amandadırlar. Əgər camaat arasında qafil və xəbərsiz olsalar, zikr edənlərdən hesab olunarlar. Əgər zikr edənlər arasında olsalar qafillərin cərgəsində hesab olunmazlar. Ona zülm edən bir şəxsi bağışlayar, onu (mal-dövlətdən, köməkdən) məhrum edən şəxsə ehsan edər, ondan ayrılan şəxslərlə əlaqə bərqərar edərlər.

Söyüş söyməkdən çəkinir, aram, yumşaq mülayimliklə danışar. Ondan çirkin görünməz, bəyənilən işləri hər bir yerdə hazırdır. Xeyir işlər yaxşılıqlara üz gətirər, pisliklərdən qaçar. Çətinliklərdə vüqarlı, xoşagəlməz işlərdə səbirli, asayişdə rifahda şükr edəndirlər. Nifrət etdiyi şəxslərə zülm etməz, sevdiyi adamlar barəsində günaha düşməzlər; şəhadət verməzdən qabaq haqqı etiraf edər, hifz etdiyi şeyi zay etməz, ona xatırladılan şeyləri unutmaz, heç kəsi çirkin ləqəblərlə çağırmaz, qonşusuna zərər yetirməz, camaat üçün baş verən müsibətlərdə şadlıq keçirməz, batil yolda qədəm götürməz haqdan xaric olmazlar. Əgər sakit olsalar sükutdan qəmgin olmaz, əgər gülsələr gülüş səsləri ucalmaz. Əgər zülmə ruz qalsa səbr edər ki, Allah onun üçün intiqam alsın. Nəfsi onun tərəfindən çətinliyə ruz qalır, lakin camaat onun tərəfindən rifah asayişdədirlər. Axirət işində öz nəfsini əzab-əziyyətə atır camaatı öz nəfsindən asayişə çatdırır. Onların insanlardan uzaq gəzməsi zöhd iffətə, onlara yaxınlaşması isə xoşxasiyyətli mehribançılıqlarına görədir. Uzaq gəzmələri təkəbbür xudbinliyə, yaxınlaşmaları da məkr hiyləyə görə deyildir...”1

Ravi deyir: Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) sözləri buraya çatanda Həmmam ucadan fəryad etdi və huşdan getdi, canını Allaha tapşırdı. O Həzrət (ə) buyurdu: «Elə bu hadisənin baş verəcəyindən qorxurdum.» (Sonra buyurdu:) «Ləyaqətli şəxslərdə moizələr belə tə’sir qoyur...»



Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin