NƏFSİN SAFLAŞDIRILMASI VƏ NƏZARƏT ALTINA ALINMASINDA MÜRAQİBƏT MÜHÜM AMİLDİR
İnsanın öz ruhunu paklamasında və nəfsini təmizləməsində ən mühüm amillərdən biri də nəfsi nəzarət altına alıb ona diqqət yetirməkdir. (Bu müraqibət adlanır.) Öz xoşbəxtliyini düşünən insan rəzilə sifətlərdən və nəfsani xəstəliklərdən qafil olmamalı, nəfsini daim nəzarət altında saxlamalı, bütün səciyyələri, əxlaq və əməlləri, hətta fikirlərini belə nəzarət altına almalıdır. Biz bu mövzunu bir neçə mətləb əsasında izah edirik:
Yenəbuyurulur: “Eləbirgün (qiyamətgünü) ki, hərkəshərhansıbirxeyirişgörübsəonuvəhərhansıbirpisişgörsədəonuhazırgörər. Onunla (pis) əməliarasındauzun-uzadıfasiləolmasınıarzuedər.”3
Əgər bütün əməl, rəftar, hərəkət, danışıq, hətta fikir və düşüncələrimizin belə qeydə alındığına, fövtə getmədiyinə əqidəmiz olsa onun axır-aqibətinin düşünməkdən necə qafil ola bilərik?!