NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


Əmirəl-mö’minin Əliyyibni Əbitalibin (ə) Göstərişi



Yüklə 5,7 Mb.
səhifə43/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

Əmirəl-mö’minin Əliyyibni Əbitalibin (ə) Göstərişi


Nuf deyir: Əlinin (ə) sür’ətlə getdiyini gördüm. Soruşdum. «Ey mənim Mövlam! Hara gedirsiniz?»

Buyurdu: «Ey Nuf, mənə mane olma! Çünki arzularım məni məhbubuma tərəf aparır.»

Soruşdum: «Ey mənim Mövlam, arzuların nədir?»

Buyurdu: «Arzularımı bilməli olan şəxs bilir və onları başqasına deməyə ehtiyac yoxdur. Ədəb bunu tələb edir ki, Allahın bəndəsi ondan başqasını ne’mət və hacətlərdə şərik etməsin.»

Ərz etdim: «Ey Əmirəl-mö’minin, mən həvayi-nəfsin qələbəsindən, dünyəvi işlərin tamahından qorxuram.»

Buyurdu: «Nə üçün qorxanların qoruyucusundan, ariflərin pənahgahından qafilsən?»

Ərz etdim: «Onu mənə tanıtdır!»

Buyurdu: «O, böyük Allahdır ki, onun fəzl və mərhəməti ilə öz arzularına çatarsan. Öz himmət və sə’yinlə ona diqqət yetir, qəlbinə daxil olanları çıxart. Əgər bu iş sənə çətin gəlsə mən ona zaminəm. Allaha doğru qayıt və bütün diqqətini Ona doğru yönəlt. Sübhan Allah buyurur: “Öz izzət və cəlalıma and olsun! Məndən başqasına ümid bağlayan şəxsin ümidini kəsərəm, ona zillət və xarlıq libası geyindirərəm, Öz yaxınlığımdan uzaqlaşdıraram. Mənimlə olan əlaqəsini kəsərəm və onun yadından gizli qalaram. Vay olsun onun halına, yoxsa müşküllərdə Məndən başqasına pənah aparır?! Halbuki, çətinliklərin həll olunması yalnız Mənim əlimlədir. Məndən başqasına ümid bəsləyirmi?! Halbuki, Mən diri və əbədiyəm. Çətinliklərin həll olunmasında yadların qapısına gedirmi, halbuki onların qapısı bağlıdır. Mənim qapımı isə buraxır! Halbuki, o, açıqdır. Kim Mənə ümid bağlayıb və Mən onun ümidini kəsmişəm?! Bəndələrimin ümidini Özümə bağlamışam və onu özləri üçün saxlamışam. Asimanı elə kəslərlə doldurmuşam ki, Mənə təsbih deməkdən yorulmurlar, mələklərə demişəm ki, Mənimlə bəndələrim arasında olan qapıları heç vaxt bağlamasınlar. Bir şəxs üçün çətinlik yarandıqda bilmirmi ki, Mənim iznim olmadan bir kimsə onun çətinliyini həll edə bilməz?! Nə üçün bəndə öz istəklərində Mənə müraciət etmir? Halbuki, ona istəmədiyi şeyləri əta etmişəm. Nə üçün Məndən istəmir və Məndən başqasından istəyir?! Yoxsa belə təsəvvür edir ki, ilk əvvəldə bəndəmə əta edirəm, lakin istəyib sual etdikdə onu məhrum edirəm? Mən paxılammı ki, bəndəm Məni paxıl hesab edir?! Dünya və axirət Mənim əlimdə deyildirmi?! Cud (bəxşiş vermək, əta etmək) və kərəm Mənim sifətlərimdən deyildirmi?! Fəzl və mərhəmət mənim əlimdə deyildirmi?! Bütün arzular mənə doğru gəlib nəticələnmirmi?! Kim onları kəsə bilər?! Öz izzət və cəlalıma and olsun, əgər yer üzündə olan bütün insanların istəklərini bir yerə toplasam və onların hər birinə, hamısının istədiyi qədər versəm Mənim mülkümdən zərrə qədər azalmaz. Mənim tərəfimdən əta olunanlar necə nöqsanlı ola bilər?! Necə də fəqir və biçarədir Mənim rəhmətimdən mə’yus olan şəxs! Nə qədər biçarədir o kəs ki, itaətsizlik edib haram işlərə mürtəkib olsun və Mənim hörmətimi saxlamayıb tüğyan etsin!»

Əli (ə) bu sözlərdən sonra buyurdu: “Ey Nuf! Bu duanı oxu:

İlahi, in həmədtukə fə biməvahibikə, və in məccədtukə fə bimuradikə, və in qəddəstukə fə biquvvətikə, və in həlləltukə fəbi qudrətikə, və in nəzərtu fə ila rəhmətikə, və in əzəztu fə əla ni’mətikə. İlahi, innəhu mən ləm yəşğəlhul-vəlvəu bizikrikə və ləm yəzvihis-səfəru biqurbikə kanət həyatuhu əleyhi məytətən və məytətuhu ələyhi həsrətən. İlahi, tənahət əbsarun-nazirinə iləykə bi sərairil-qulubi və taləət əsğəs-samiinə ləkə nəciyyatus-suduri fələm yəlqə əbsarəhum rəddun dunə ma yuridun. Hətəktə bəynəkə və bəynəhum hucbəl-ğəfləti fəsəkənu fi nurikə və tənəffəsu biruhikə fəsarət qulubuhum məğarisən lihəybətikə və əbsaruhum məakifən liqudrətikə və qərrəbtə ərvahəhum min qudsikə fəcaləsu isməkə bivəqaril-mucaləsəti və xüzuil-muxatəbəti fəəqbəltə iləyhim iqbaləş-şəfiqi və ənsəttə ləhum insatər-rəfiqi və əcəbtəhum icabatil-əhibbai və nacəytəhum munacatəl-əxillai fəbəlliğ biyəl-məhəlləlləzi iləyhi vəsəlu vənqulni min zikri ila zikrikə və la tətruk bəyni və bəynə mələkuti izzikə babən illa fətəhtəhu və la hicabən min hucubil-ğəfləti illa hətəktə hətta tuqimə ruhi bəynə ziyai ərşikə və təc’ələ ləha məqamən nəsbə nurikə innəkə əla kulli şəy’in qədir. İlahi, ma ovhəşə təriqən la yəkunu rəfiqi fihi əməli fikə və əb”ədə səfərən la yəkunu rəcai minhu dəlili minkə, xabə məni’təsəmə bihəbli ğəyrik, və zəufə ruknu mənistənədə ila ğəyri ruknik, fə ya muəllimə muəmmilihil-əmələ fə yəzhəbu ənhum kabətul-vəcəl, la təhrimni salihəl-əməl, vəklə’ni kələətə mən farəqəthul-hiyəl, fəkəyfə yəlhəqu muəmmilikə zullul-fəqri və əntəl-ğəniyyu ən məzaril-muznibin. İlahi, və innə kullə həlavətin munqətiətun və həlavətəl-imani təzdadu həlavətuha ittisalən bikə. İlahi, və innə qəlbi qəd bəsətə əmələhu fiykə fəəziqhu min həlavəti bəstikə iyyahul-buluğə lima əmmələ, innəkə əla kulli şəy’in qədir. İlahi, əs’əlukə məs’ələtə mən yə’rifukə kunhə mə’rifətikə min kulli xəyrin yənbəği lil-mu’mini ən yəslukəh, və əuzu bikə min kulli şərrin və fitnətin əəztə biha əhibbaəkə min xəlqik, innəkə əla kulli şəy’in qədir. İlahi, əs’əlukə məs’ələtəl-miskinilləzi qəd təhəyyərə fi rəcahu, fəla yəcidu məlcəən vəla musnədən yəsilu bihi iləykə, vəla yəstədillu bihi ələykə illa bikə, və biərkanikə və məqamatikəl-ləti la tə”tilə ləha minkə, fə əs’əlukə bismikəl-ləzi zəhərtə bihi lixassəti övliyaik, fəvəhhədukə və ərəfukə fəəbədukə, bi həqiqətikə ən tuərrifəni nəfsəkə li əqirrə ləkə bi rububiyyətikə əla həqiqətil-imani bikə və la təc’əlni, ya İlahi, mimmən yə’budul-ismə dunəl-mə’na vəl-həzni biləhzətin min ləhəzatikə tunəvviru biha qəlbi bimə’rifətikə xassətən və mə’rifəti övliyaikə, innəkə əla kulli şəy’in qədir.1


İMAM CƏ’FƏR Sadiqin (ə) GÖSTƏRİŞİ


Ünvan Bəsri 94 yaşlı qoca bir kişi idi. O deyir: «Mən elm öyrənmək üçün Malik ibni Ənəsin yanına gedib-gəlirdim. Cə’fər ibni Məhəmməd (ə) bizim şəhərə gəldikdə onun hüzuruna getdim. Çünki o Həzrətin (ə) də elmindən istifadə etmək istəyirdim. Bir gün mənə buyurdu: Mən diqqət nəzarət altında olan bir adamam. Bundan əlavə, hər bir gecə-gündüzün hər bir saatlarında xüsusi zikrlərim vardır. Sən mənim zikrlərimin qarşısını alma, elm kəsb etmək üçün əvvəldə olduğu kimi Malik ibni Ənəsin yanına get.”

Mən bu sözdən qəmgin oldum və onun yanından çıxıb getdim. Ürəyimdə dedim: “Əgər imam (ə) məndən bir xeyir görsəydi məni görüşdən məhrum etməzdi.” Sonra Peyğəmbər (s.ə.v.v) məscidinə gedib o həzrətə salam verdim. Sonrakı gün də Peyğəmbərin (s.ə.v.v) rövzəsinə gedib iki rək’ət namaz qıldım və dua edərək dedim: “Ya Allahu, ya Allah, in tu”tifu ələyyə qəlbə Cə”fərin və tərzuqəni min ilmihi əhtədi bihi ila siratikəl-mustəqim!” (Ey Allah, ey Allah! Sən Cə’fərin qəlbinə məhəbbət sal və onun elmindən məni Sənin düz yoluna istiqamətləndirəcək qədər bəhrələndir!) Sonra yenə də qəm-qüssə içində evə qayıtdım, amma Malik ibni Ənəsin yanına getmədim. Çünki Cə’fər ibni Məhəmmədə (ə) məhəbbət mənim qəlbimdə özünə yer açmışdı. Bir müddət guşənişinlik etdim. Vacib namazımı qılmaqdan başqa sair işlər üçün evdən çıxmırdım. Nəhayət səbrim tükəndi. Bir gün imamın (ə) qapısına getdim və daxil olmaq üçün icazə istədim. Xidmətçi gəlib dedi:

“Nə işin var?”

Dedim:-Mən imamın hüzuruna gedib salam vermək istəyirəm.

Dedi:-Ağa mehrabda namaz qılır.

Sonra evə girdi. Mən də qapının ağzında oturdum. Çox keçmədi ki, xidmətçi qayıdıb dedi:-Mənzilə buyurun.

Mən evə daxil oldum və Həzrətə (ə) salam verdim. Salamımı aldı və buyurdu:-Əyləş, Allah səni bağışladı.

O Həzrətin (ə) hüzurunda oturdum. Mübarək başını aşağı saldı. Bir qədər sükutdan sonra qaldırıb buyurdu:-Künyən nədir?

Ərz etdim:-Əba Əbdillah.

Buyurdu:-Allah səni bu künyədə sabit saxlasın və səni müvəffəq etsin. Nə istəyirsən?

Ürəyimdə dedim: «Əgər bu görüşdə bu xeyir-duadan başqa bir fayda olmasa, elə bu da mənim üçün dəyərli olacaqdır.» Sonra ərz etdim:

Allahdan istəmişəm ki, sənin qəlbini mənə qarşı mehriban etsin, sənin elmindən məni bəhrələndirsin. Ümidvaram ki, Mütəal Allah duamı qəbul etsin.

Həzrət buyurdu:-Ey Əba Əbdillah! (Həqiqi) Elm təəllüm (öyrənməklə) vasitəsilə hasil olmur. Əksinə, elm bir nurdur ki, Allah hidayət etmək istədiyi bəndənin qəlbinə salır. Əgər elm istəyirsənsə, əvvəlcə qəlbində bəndəliyin həqiqətini yarat və elmi əməl vasitəsilə istə, Allahdan dərk etməyi istə ki, sənə başa salsın.

Dedim:-Ey Şərif!

Buyurdu:-Mənə “Əba Əbdillah” de.

Dedim:-Ey Əba Əbdillah! Bəndəçiliyin həqiqəti nədir?

Buyurdu:-Bəndəçiliyin həqiqəti üç şeydədir.

Birincisi budur ki, bəndə özünü Allahın ona əta etdiyi şeylərin sahibi və maliki bilməsin, əksinə, malı Allahın malı bilsin. Çünki bəndələr heç bir şeyə sahib olmazlar. (Əlində olanları) Allahın buyurduğu yollarda sərf etsin.

İkincisi budur ki, özünü işlərin idarə olunmasında bacarıqsız görəsən.

Üçüncüsü budur ki, özünü Allahın əmr və nəhylərini yerinə yetirməyə məşğul edəsən. Deməli, əgər bəndə özünü mal-dövlətin maliki bilməzsə, mal-dövlətin Allah yolunda sərf edilməsi ona asan olacaqdır. Əgər işlərin idarə olunmasını – tədbiri Allaha həvalə edərsə, dünya müsibətlərinə dözmək onun üçün asan olacaqdır. Əgər Allahın əmr və nəhylərini əməl etməyə məşğul olarsa, dəyərli vaxtlarını yersiz öyünmək və mübahisə etmək kimi yollarda zay etməyəcəkdir. Əgər Allah bir bəndəni bu üç şeylə əzizləsə, dünya, şeytan və məxluqat ona çox dəyərsiz və asan görünəcəkdir. Belə olan halda o, mal-dövlətini artırıb bunun vasitəsilə fəxr edib öyünmək üçün çalışmaz. Camaatın nəzərində izzət və üstünlük sayılan (məcazi) şeyləri istəməz. Dəyərli vaxtlarını batil və əbəs şeylərlə keçirməz. Bu, təqvanın ilk dərəcəsidir ki, Allah-təala Qur’ani-Kərimdə buyurur: O axirət evidir ki, onu yer üzündə fitnə-fəsad üstünlük istəməyənlər üçün qərar verərik. Xeyirli aqibət müttəqilər üçündür.”

Ərz etdim:-Ey Əba Əbdillah! Mənə əməli göstərişlər ver.

Buyurdu:-Sənə doqquz şeyi vəsiyyət edirəm. Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir. Allahdan istəyirəm ki, bunlara əməl etməkdən ötrü səni müvəffəq etsin. Göstərişlərin üçü nəfsinin razılığı barəsində, üçü helm (həlimlik) və səbr barəsində, üçü isə əməl barəsindədir. Sən bunları əzbərlə və heç vaxt bunları yerinə yetirməkdə səhlənkarlıq etmə.

Ünvan Bəsri deyir: «Bütün nəzər diqqətimi Həzrətin (ə) sözlərinə yönəltdim.» O, buyurdu:

Riyazətlə (nəfslə) əlaqədar tövsiyə etdiyim şeylər bunlardır:

1.Ehtiyatlı ol, iştahan olmayan şeyi yeməyəsən. Çünki bu, axmaqlığa və nadanlığa səbəb olur.

2.Acımamış yemə.

3.Halal yeməklərdən ye və yeməkdən əvvəl “Bismillah” de.

Sonra Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) buyurduğu aşağıdakı hədisi nəql etdi: İnsan qarnından da şər qab doldurmur. Əgər yeməyə ehtiyacı varsa, qarnının üçdə birini yemək üçün, üçdə birini su üçün üçdə birini nəfəs almaq üçün saxlamalıdır.”

Helm barəsində tövsiyə edilən işlər aşağıdakılardır:

1.Hər kəs sənə “mənə dediyin hər bir sözün əvəzində sənə on qat cavab verəcəyəm. - desə sən cavabında de: “Əgər sən mənə on kəlmə pis söz desən də cavabında məndən hətta bir kəlmə də eşitməyəcəksən!”

2.Hər kəs sənə nalayiq sözlər desə cavabında de: “Əgər düz deyirsənsə Allah məni bağışlasın, yox, əgər yalan deyirsənsə Allah səni bağışlasın!”

3.Hər kəs səni söyüşlə təhdid edərsə sən ona nəsihət və dua və’dəsi ver.

Elm barəsində tövsiyə olunan şeylər aşağıdakılardır:

1.Bilmədiyin hər bir şeyi alimlərdən soruş. Amma ehtiyatlı ol ki, sənin sualların onları sınaqdan keçirmək və onlara əziyyət vermək məqsədi daşımasın.

2.Şəxsi rə’yinə əməl etməkdən ciddi şəkildə uzaq ol və bacardığın qədər ehtiyatı əldən vermə.

3.Yırtıcı şirdən qaçdığın kimi, şəxsi rə’y əsasında (şər’i dəlili olmadan) fətva verməkdən çəkin. Öz boynunu, camaatın keçməsi üçün körpü qərar vermə.

Sonra buyurdu:

Mənim yanımdan qalx, ey Əba Əbdillah! Sənə kifayət qədər nəsihət etdim, mənim zikrlərimə mane olma. Çünki mən öz nəfsimə dəyər verirəm. Salam olsun hidayətə tabe olanlara!1


Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin