NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


GeCə namazInIn QILINMA qaydasI



Yüklə 5,7 Mb.
səhifə53/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   49   50   51   52   53   54   55   56   ...   62

GeCə namazInIn QILINMA qaydasI


Gecə namazı on bir rək’ətdir. İki rək’ət-iki rək’ət (sübh namazı kimi) qılınır. Dörd dənə iki rək’əti gecə namazı niyyəti ilə, beşinci iki rək’ətlik namaz «şəf’» namazı niyyəti ilə, axırıncı bir rək’ət də «vətr» namazı niyyəti ilə qılınır. Gecə namazı üçün xüsusi dualar və ədəblər qeyd olunmuşdur. Bunları dua və hədis kitablarından oxuya bilərsiniz.

DördünCü vasitə

Cihad və şəhadət


İslam dininin genişləndirilməsi, tövhid kəlməsinin yüksəklərə qaldırılması və islam dininin, şəriət qanunlarının və Qur’an hökmlərinin qorunub saxlanması, zülm və zalımlarla mübarizə aparıb məzlum və zəif kütlələri himayə etmək üçün Allah yolunda aparılan cihad ən böyük ibadətlərdəndir ki, nəfsin təkamülə yetməsinə səbəb olur və bəndənin Allah dərgahına doğru yüksəlməsi üçün bir vasitədir. Onun fəziləti barəsində çoxlu ayə və rəvayətlər qeyd olunur. Allah-Təala buyurur: İman gətirib öz vətənlərindən hicrət edən, mal canları ilə Allah yolunda cihad edənlər üçün Allah yanında uca bir məqam vardır onlar nicat tapanlardır. Pərvərdigarları onlara içərisində daim nemətlər olan behiştləri, Öz razılıq rəhmətini onlara müjdə verir. Onlar behiştlərdə əbədi qalarlar. Həqiqətən Allah yanında böyük mükafat vardır.”1

Yenə buyurulur: Allah mücahidlərə, cihada getməyənlərdən böyük savabla üstünlük vermişdir.”1

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: Behiştdəmücahidlər qapısıadı ilə tanınan bir qapı vardır. Camaat qiyamət dayanacaqlarında dayandıqları halda mücahidlər iti qılıncları ilə behiştə tərəf hərəkət edəndə həmin qapı açılar. Mələklər onlaraxoş gəldindeyərlər.”2

O Həzrət (s.ə.v.v) yenə buyurur: Hər yaxşılıqdan yuxarı digər bir yaxşılıq da vardır. Amma insan Allah yolunda öldürüləndə ondan da yüksək bir yaxşılıq yoxdur.”3

İmam Cə’fər Sadiq (ə) buyurur: Hər kəs Allah yolunda şəhid olsa Mütəal Allah onun günahlarının heç birini onun yadına salmaz.”4

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: Allah şəhidə yeddi şey əta edər: 1.Birinci qan damlası bədənindən çıxan zaman onun bütün günahlarını bağışlayar. 2.Şəhid olduqdan sonra onun başı iki hurul-eynin ətəyində olar, onlar şəhidin üzündəki toz-torpağı təmizləyər deyərlər: “Əhsən sənə!”. O da cavabındamərhəba!”-deyər. 3.Behişt libasını ona geyindirərlər. 4.Behiştin xəzinədarları cürbəcür ətirləri xoş iyləri ona təqdim edərlər ki, hansını istəsə seçsin. 5.Şəhadət zamanı behiştdəki məqamını müşahidə edər. 6.Şəhid olduqdan sonra ruhuna belə xitab olunar: “Behiştin hansı yerində istəyirsənsə gəz!”. 7.Şəhid Allahın camalına nəzər edər bu hər bir peyğəmbər şəhid üçün aramlıqdır.”

Allah-Təala Qur’anda buyurur:Allah minlərin canlarını mallarını alaraq onların əvəzində behişt verər. Həmin minlər ki, Allah yolunda cihad edirlər, düşmənləri öldürür özləri qətlə yetirilirlər. Bu, Allahın Tövratda, İncildə Quranda qeyd olunan haqq dəsidir. Allahdan başqa kim əhdinə daha yaxşı əməl edər?! Sizlərə Allahla etdiyiniz müamilədə müjdə olsun bu böyük bir səadətdir.”5

Qeyd olunan ayə Qur’anın çox zərif ayələrindən biri olub camaatı xüsusi incəliklə cihada təşviq edir. Əvvəldə buyurur ki, Allah mö’minlərin canlarını və mallarını alıb əvəzində onlara behişt verir. Necə də gözəl müamilədir! Alıcı zatən qəni və varlıq aləminin maliki olan Allahdır. Satıcı da mö’mindir ki, Allaha, axirət dünyasına iman gətirmişdir. Müamilə olunan şey mö’minlərin canları və malları, müamilənin dəyəri isə əbədi behiştdir. Sonra buyurulur: Allah-təala üç böyük asimani kitabda – Tövratda, İncildə və Qur’anda belə bir və’dəni qeyd etmişdir. Sonra buyurulur: «Allahdan da əhdinə yaxşı və’də edən bir kəs varmı?!» Ayənin axırında Allah belə bir dəyərli müamiləni mö’minlərə müjdə verərək buyurur: “Ən böyük səadət budur.”

Qur’an Allah yolunda şəhid olan bir insan üçün ən yüksək məqamları nəzərə alaraq buyurur: Allah yolunda öldürülən şəxslərin ölü olduğunu güman etməyin, əksinə onlar diridirlər Pərvərdigarının yanında ruzilərdən bəhrələnirlər.”1

“İndə Rəbbihim” (Rəbbləri yanında) cümləsi şəhidin yüksək məqamını bəyan edir. Ölümdən sonra insan ruhunun diri qalması şəhidlərə məxsus deyil, əksinə, bütün insanlar belədir. Lakin şəhidlərin imtiyazı budur ki, onlar Rəbblərinin yanında ən yüksək məqamlarda həyatlarını davam etdirir və həmin ali məqamlardakı mə’nəvi ruzilərdən bəhrələnirlər. Aydındır ki, bu məqama çatanların ruzisi sairlərin ruziləri ilə eyni səviyyədə deyildir.

Allah yolunda cihad etmək və şəhid olmaq ibadətlərin ən böyüyü və ən dəyərlisidir. Təkamül yolçusu bu seçilmiş yolda ən yüksək ali məqamlara nail olur. Bu böyük ibadəti sair ibadətlərdən fərqləndirən iki əsas cəhət var:

1.Mücahidin yüksək hədəfi. Mücahid insanın hədəfi özünün və yaxın adamlarının şəxsi mənafeyini tə’min etmək deyildir. O, dar görüşlü, özünü bəyənən, özünü istəyən deyil. Əksinə, o, Allahı istəyir. Mücahid insan islamın genişlənməsini, tövhid kəlməsinin yüksəlməsini, zülm, zorakılıq, haqqsızlıqla mübarizəni, məhrumları və zəifləri müdafiə etməyi, ictimai ədalətin bərqərar olunmasını istəyir. Ən yüksək hədəflərə malik olduğundan, ən yüksək məqamlara da nail olur.

2.Fədakarlığın ən yüksək həddi. Mücahid insan Allah dərgahına seyr etmək, hədəfinə çatmaq üçün ən dəyərli şeylərini və sərmayələrini əldən verir. İnsan sədəqə verəndə məqsədi bu olur ki, mal-dövlətinin bir miqdarını Allah yolunda sərf etsin, ibadət edərkən məqsədi bu olur ki, vaxtının və qüdrətinin bir qismini bu yolda sərf etsin. Amma mücahid insan hər bir şeyindən keçir. Bunların hamısından da üstün öz canından keçir, bütün varlığını ixlasla Allah-Təalaya təqdim edir. Mal, cah-cəlal, şan-şöhrət, arvad, övlad, qohum-əqrəbadan göz yummaqla öz canını Pərvərdigari-aləmə təslim edir. Ariflərin və dindar insanların bir ömür boyu yerinə yetirdikləri şeyin çoxunu mücahid insan qısa müddət ərzində yerinə yetirir. Maddi dünya mücahidin nurani və əzəmətli ruhu üçün dar gəlir. Buna görə də yaralı aslan kimi maddə qəfəslərini sındırır, bir göyərçin kimi Allahın razılığının nurani məqamlarına, geniş aləmlərə doğru pərvaz edib məqamların ən yüksəyində Allaha doğru seyr edir. Sair Allah övliyaları tədricən və uzun müddət ərzində məhəbbət, eşq, şühud məqamına çatırlarsa, şəhid mücahid bir gecədə yüz illik yolu ötüb keçir və Allahın görüşünə nail olur.

Allahın sair bəndələri zikr, qiyam vasitəsilə Allaha yaxınlaşırsa, Allah yolunda cihad edən mücahid yaralara, dərdlərə, əzablara, çətinliklərə, güllələrə və s. dözərək öz canını verib Allah dərgahına yaxınlaşır. Bunların arasındəkı fərqlər olduqca çoxdur. Cihad və müharibə meydanı özünə məxsus səfa, mə’nəviyyət və nuraniyyətə malikdir. Eşq, hərəkət, fədakarlıq meydanıdır, Allah və məhbub yolunda fəda olmaq üçün müsabiqə (yarış) meydanıdır, əbədi həyatla dirilmək meydanıdır. Səngər həyatı keçirənlərin zümzüməsinin xüsusi səfası, nuraniyyəti və cazibədarlığı vardır ki, onun oxşarını hətta mə”bədlərdə və məscidlərdə də çox az tapmaq olar.



Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin