“Qəlb” kəlməsi Qur’anda və hədislərdə çox işlənmişdir və yüksək əhəmiyyətə malikdir. Lakin qəlb dedikdə, məqsədin insanın döş qəfəsinin sol tərəfində yerləşən ət olub özünün müntəzəm döyüntüləri ilə qanı bədənin hər bir yerinə göndərib heyvani həyatı davam etdirən üzv olması təsəvvür olunmamalıdır. Çünki Qur’ani-Kərimdə qəlbə aid edilən şeylərin zahiri qəlblə əlaqəsi yoxdur. Məsələn, aşağıdakı ayələrə nəzər salaq:
Bir sözlə, Qur’anda qəlb son dərəcə böyük məziyyətlərdən bəhrələnir və nəfsani işlərin əksəriyyəti ona aid edilir. O cümlədən iman, küfr, nifaq, təəqqül (əql işlətmə), dərk etmə, haqqın qəbul edilməsi, yaxud edilməməsi, hidayət və ya zəlalət, xəta və ya qəsd, paklıq və ya aludəlik, mehribanlıq və daşürəklilik, ülfət, zikr, qəflət, qorxu, qeyz, şəkk, tərəddüd, rəhm, qəsavət, həsrət, aramlıq, təkəbbür, həsəd, üsyankarlıq, sapmaq və bu qəbildən olan çoxlu işlər qəlbə aid edilir. Halbuki, zahiri ürək bu kimi işlərin mənşəyi ola bilməz. Bu kimi xasiyyətlər insani ruhdan və nəfsdən qaynaqlanır.
Deməli, qəlb dedikdə insanın insaniyyətini müəyyən edən mələkuti və mücərrəd gövhər nəzərdə tutulur.