Amma dünyanı olduğu kimi tanımayan, dünyanın özünə və onun həyatına əsl hədəf kimi baxaraq dünyəvi işlərlə məşğul olanlar və bu dünyadan sonra hesab-kitaba və əbədi həyata inanmayanlar dünyanın mal-dövlətinə, arvad-uşaqlarına, cah-cəlalına, məqamına aşiq olmuş, dünya həyatından bərk-bərk yapışmış və ona şiddətlə ürək bağlamışlar; axirət həyatını və Allahı unutmuş, mə’nəvi dəyərlərə göz yummuşlar. Heyvani istəklərinin tə’min olunması və dünya ləzzətlərindən son dərəcə bəhrələnməyi öz himmətlərinin əsası qərar vermişlər. Belə şəxslər hətta fəqir, əliboş və guşənişin olmalarına, yaxud hər növ ictimai məs’uliyyətdən imtina etmələrinə baxmayaraq dünya əhli hesab olunur.
İmamCə’fərSadiq (ə) buyurur: “İnsanınAllahdərgahındanənçoxuzaqolduğuhallarodurki, qarınlaövrətinin (cinsiyyətüzvünün) istəklərinitə’minetməkdənbaşqaheçbirhədəfiolmasın.”5
Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) buyurur: “Təqvanındünyayaməftunolanqəlbdəyerləşməsiharamdır.”6
Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) yenəbuyurur: “DünyanıöznəfslərinizüçünmüamiləqiymətiqərarverməyinvədünyanıAllahınyanındaolanlarınəvəzindədəyişməyin. Həqiqətənbuçoxpisticarətdir.”1
Dünya ona görə məzəmmət olunur ki, o qurur gətirir, aldadıcıdır, insanı axirətdən yayındırır, özünü gözəl və şirin cilvələndirərək insanı məftun edir, onu Allahdan yayındırır və axirət üçün yol azuqəsi hazırlamaqdan saxlayır. Dünya məzəmmət olunmuş və onun çirkinlikləri ifşa edilmişdir ki, insanlar ayıq olub onun hiylələrinə uymasınlar, gözlərini ona dikib onun əlində əsir olmasınlar. Məzəmmət olunan şey Allah ne’mətləri deyil, məhz dünyaya qəlbən bağlılıq, yaradılışın hədəfini unutmaq və axirətin əbədi həyatından qafil olmaqdır.