Yenəbuyurur: “Hərkəsinnəfsişərafətliolsa, onu (başqalarındanbirşey) istəməkzillətindənuzaqsaxlayar.”6
Bu kimi bir çox ayə və rəvayətlərdən mə’lum olur ki, insanın nəfsi çox dəyərli və qiymətli bir gövhərdir. Hər bir kəs onun qorunub saxlanmasında və pərvəriş verilməsində çalışmalıdır.
Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) buyurur: “Nəfshəmişəinsanıpisliklərədoğruəmr (sövq) edir. Hərkəsonaarxayınolsanəfsonaxəyanətedər, hərkəsonae’timadetsənəfsonuhəlakedər, hərkəsondanrazıolsanəfsonudaxilolunanyerlərinənpisinədaxiledər.”4
HəzrətiƏmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) başqabirhədisdəbuyurur: “Öznəfsinəxatircəmolmaqşeytanüçünənmöhkəmfürsətlərindəndir.”5
İmamSəccad (ə) belədeyir: “Pərvərdigara! Sənəşikayətedirəmhəmişəpisliklərəgöstərişverən, günahvəxətalaraüzgətirən, günahısevən, özünüSəninqəzəbinqarşısındaqərarverənvəmənigünahlaravəfəlakətyollarınaçəkənnəfsinəlindən!”6
Bu kimi ayə və rəvayətlərdən mə’lum olur ki, nəfs çox pis və şər varlıq və bütün pisliklərin mənşəyidir, onunla mübarizə aparıb məğlub etmək lazımdır.
Bə’ziləri belə təsəvvür edə bilər ki, yuxarıda qeyd olunan iki dəstə rəvayətlərin arasında ziddiyyət vardır. Yaxud belə fikirləşə bilər ki, insanın iki nəfsi vardır; biri bütün yaxşılıqların mənşəyi olan insani nəfs, digəri isə bütün pisliklərin mənşəyi olan heyvani nəfs. Halbuki, bu iki təsəvvürün hər ikisi səhvdir. Çünki əvvəla, ayə və rəvayətlərin arasında heç bir ziddiyyət yoxdur. İkincisi, isbat olunmuşdur ki, insanın birdən artıq həqiqəti yoxdur. Onun yalnız bir nəfsi vardır. Onun insani və heyvani yönlərinin bir-birindən ayrı olması da düzgün deyildir. Lakin insanın nəfsi iki vücudi yönə və mərtəbəyə malikdir. Aşağı mərtəbədə bütün heyvani sifətlərə malik olan bir heyvandır, yüksək mərtəbədə isə ona ilahi ruh üfürüldüyü və mələkut aləmindən gəlmiş olan bir insandır. Nəfsin şərafətli və dəyərli olmasını göstərən, bütün yaxşılıqların mənşəyi hesab edən və onun pərvəriş edilməsinə tövsiyə edən hədislərdə onun yüksək mərtəbəsinə işarə edilir. Amma “nəfs sənin düşmənindir, ona e’timad edərsənsə o səni həlak edər, onunla cihad və mübarizə aparmaq lazımdır” - deyə buyurulan hədislər isə onun alçaq mərtəbəsinə, yə’ni heyvani mərtəbəsinə işarədir. Əgər “öz nəfsini gücləndir və ona pərvəriş ver” deyə buyurulursa məqsəd insani mərtəbəsidir. Amma əgər “onunla mübarizə aparıb məğlub et” deyilirsə, onun heyvani və alçaq mərtəbəsi nəzərdə tutulur.
Bu iki “öz”, yaxud iki vücudi mərtəbə arasında daim çəkişmə mövcuddur. Heyvani “öz” insanı həmişə öz meyl və istəklərini tə’min etməyə sövq edir, Allah dərgahına yüksəlib təkamül və tərəqqiyə nail olmaq yollarını insani nəfsin üzünə bağlayır və onu öz ixtiyarına keçirir. Bunun əksinə olaraq insani “öz”, yaxud insan vücudunun ali mərtəbəsi həmişə ali-insani kamal mərhələlərini qət etməyə və ilahi dərgaha yaxınlaşmağa çalışır. Bu məqama nail olmaq üçün insan özünün heyvani qərizələri və meyllərini nəzarət altına alıb cilovlamalı, onları öz ixtiyarına keçirtməlidir ki, bu mübarizə səhnəsində bu ikisindən hansı birinin digərinə qələbə çalacağını görsün. Əgər insani və mələkuti “öz” qələbə çalsa insani dəyərlər çiçəklənir, insanı yüksək dəyərli ilahi dərgaha doğru seyr etdirir. Amma əgər heyvani “öz” qələbə çalarsa insan əqlinin çırağı sönür və onu azğınlıq vadisinə sürükləyir. Peyğəmbərlər də gəlmişlər ki, belə bir müqəddəs və müqəddəratı həll edən mübarizədə insanlara kömək etsinlər.