NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ



Yüklə 5,7 Mb.
səhifə11/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

NƏFS İLƏ CİHAD


Nəfs bizim ən böyük düşmənimizdir. Daim əql ilə mübarizə aparır. O, şeytanın vəsvəsələrindən ilham alıb öz ordusu ilə əqlə hücum edir ki, onun nurunu söndürsün və ona qalib gəlsin. Əsas məqsədi də bundan ibarətdir ki, mələkləri nəfs ölkəsindən çıxarıb onu işğal etsin və kamil şəkildə şeytanların ixtiyarına versin. Çoxlu üzr gətirən və bəhanə axtaran bu düşməni məğlub etmək o qədər də asan iş deyildir. Bu iş üçün tam qətiyyətli olmaq, güclü müqavimət göstərmək, hətta cihad aparmaq belə lazım gəlir. Özü də bir-iki dəfə, bir-iki gün, yaxud bir-iki il deyil, insan ömrünün axırına kimi davam etdirilməli bir cihaddan, ciddi mübarizədən ibarətdir. Nəfsin və onun istəklərinin cilovlanması, qərizələrin nəzarət altına alınması üçün çox ciddi mübarizə aparmalıyıq. Biz Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) və mə’sum imamların (ə) fərmanlarından ilham almalı, əqlə və onun qoşununa gömək etməli, nəfs təcavüzlərinin və yersiz əməllərinin qarşısını almalı, müqavimət göstərib onun ordusunun kökünü kəsməliyik ki, əql bədən ölkəsinə hakim olsun, şəriət göstərişlərindən ilham almaqla bizi insaniyyətin kamal yolunda qərar versin və Allah dərgahına yaxınlaşdırsın.

Nəfslə heç vaxt sülh və saziş etmək olmaz: onu məğlub edincəyə və öz yerində oturduncaya qədər həmişə onunla mübarizə aparmalıyıq ki, özünün hiyləgərlik işlərindən əl çəksin. Səadətə çatmaq üçün bundan başqa bir yol yoxdur. Buna görə də “nəfslə mübarizə” barəsində olan hədislərdə “nəfs ilə cihad” ifadəsi gözə dəyir. Nümunə olaraq Əmirəl-mö’minin Əliyyibni Əbitalibin (ə) kəlamlarından bə’zilərini nəql edirik.

Həzrət Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur:Cihadı davam etdirməklə öz nəfsinizə hakim kəsilin.”1

Yenə buyurur: Nəfsin istəklərinə, həvayi-nəfsə qələbə çalın onunla mübarizə edin. Çünki əgər o, sizi zəncirə çəkə bilsə həlakətin ən alçaq dərəcələrinə sürükləyəcəkdir.”1

Yenə buyurur: Agah olun ( bilin ki, nəfs ilə) cihad elə bir nemətdir ki, onun vasitəsilə behişt qazanılır. Belə isə hər kəs öz nəfsi ilə cihad etsə ona qalib gəlsə behişt (yaxud, nəfsin özü) onun qüdrətini tanıyan kəs üçün ən yaxşı mükafatdır.”2

Yenə buyurur: Düşmən öz düşməni ilə cihad apardığı kimi siz nəfs ilə cihad edərək onu Allaha itaət etməyə vadar edin. Zidd öz ziddinə qələbə çaldığı kimi, siz ona qələbə çalın. Çünki camaatın ən güclüsü o kəsdir ki, öz nəfsinə qələbə çalmış olsun.”3

Yenə buyurur: Aqil o kəsdir ki, öz nəfsi ilə mübarizəyəcihada məşğul olsun, onu islah etsin, həvəslərdən ləzzətpərəstlikdən saxlasın, bunun vasitəsilə onu cilovlasın öz nəzarəti altına salsın. Həqiqətən ağıllı aqil insan öz nəfsinin islahına o qədər məşğuldur ki, dünyaya, onda olanlara dünya əhlinə diqqət yetirməz (əhəmiyyət verməz).”4

Nəfs ilə cihad müqəddəratı həll edən mühüm bir mübarizədir. Belə ki, bizim necə yaşamağımız, dünya və axirətdə necə olmağımız, hətta bizim nə olmağımız belə, ona bağlıdır. Əgər biz cihad ilə nəfsimizi məğlub etməsək, onu cilovlamasaq o bizi məğlub edərək istədiyi tərəfə sürükləyəcəkdir. Əgər biz onu əsarət altına almasaq o bizi əsir və özünə qul edəcəkdir. Əgər biz onu gözəl əxlaqlara və insani davranışlara vadar etməsək o bizi çirkin işlərə və yaramaz hərəkətlərə vadar edəcəkdir.

Deməli, nəfs ilə cihad Allah dərgahına seyr edənlərin öhdəsinə qoyulan ən mühüm və ən çətin vəzifədir. İnsan bu yolda nə qədər qüvvə sərf eləsə, yenə də dəyərlidir.

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin