NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


DÜNYAYA MƏFTUN OLMAQ BÜTÜN GÜNAHLARIN MƏNŞƏYİDİR



Yüklə 5,7 Mb.
səhifə18/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

DÜNYAYA MƏFTUN OLMAQ BÜTÜN GÜNAHLARIN MƏNŞƏYİDİR


Qur’an ayələrində və hədislərdə dünya barəsində çoxlu məzəmmətlər gözə dəyir. O, bihudəlik, qürur mənşəyi kimi təqdim olunur. Ona baş qoşmağın mö’minə yaraşan iş olmadığı, ondan ciddi şəkildə çəkinməyin lazım olduğu qeyd olunur.

Quranda buyurulur: Dünya həyatı aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir.”2

Yenə buyurulur: Dünya oyun-oyuncaqdan həvəsbazlıqdan başqa bir şey deyildir. Axirət dünyası isə təqvalılar üçün daha yaxşıdır. Bu barədə dərindən düşünmürsünüzmü?”3

Yenə buyurulur: Bilin ki, dünya həyatı oyun-oyuncaqdan, həvəsbazlıqdan, bəzəkdən, fəxrdən, mal-dövlət övladın çoxluğundan başqa bir şey deyildir. Onun məsəli vaxtlı-vaxtında yağan, onun ardınca yerdən bitki cücərən əkinçini heyrətə gətirən yağışa bənzəyir. Sonra baxıb görərsən ki, saralıb (quruyub) çürüyüb. Bunun ardınca axirətdə çətin şiddətli əzab olacaqdır.”4

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Dünya malından çəkinin. Çünki dünya şirin gözəl nəzərə çarpır. O, şəhvət həvəslərlə qarışıqdır. Özünü yaxın ötəri şeylərlə sevdirir, azacıq işlərlə heyrətə salır. Arzu yalanlarla özünü bəzəyir. Onun xoşluqları davamlı deyildir, müsibətlərindən çətinliklərindən aman yoxdur. Çox aldadıcı ziyanlıdır. Halbahal olub dəyişən, aradan gedən, fani məhv olandır, (insanları) yeyən həlak edəndir.”1

Yenə buyurur: Dünya arzular evidir. Onun əhli ondan köç etməlidirlər. Şirin gözəl nəzərə çarpır. Sürətlə onu tələb edənlərə doğru gedir, məhəbbətini (ona) nəzər edənlərin qəlbinə salır.”2

Bu kimi ayə rəvayətlər dünyanı məzəmmət edərək, camaatı ondan çəkindirir. “Nəhcül-bəlağə dünya ona məftun olanlar çox məzəmmət edilmiş, camaatdan dünyanı tərk edib axirət fikrində olmaları istənilmişdir. Orada insanlar iki dəstəyə bölünür; dünya əhli axirət əhli. Onlardan hər birinin özünəməxsus proqramları vardır. Quranda buyurulur: Hər kəs dünya mənfəətini istəsə (Biz) ona dünya mənfəətini, hər kəs axirət savabını istəsə ona da axirət savabını verərik.”3

Yenə buyurulur: Mal-dövlət övladlar dünya həyatının zinətləridir. Lakin əbədi qalan saleh əməllər sənin Pərvərdigarının yanında həm savab, həm ümid baxımından daha xeyirlidir.”4

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin