Hər bir halda islam dünyanı məzəmmət olunmuş hesab edir və insanlardan zöhdü (dünyaya məftun olmamağı) istəyir. İndi dünyanın nə olması və ondan necə uzaq olunmasını araşdırmalıyıq.
Ticarətlə məşğul olub işləmək, halal ruzi qazanmaq nəinki məzəmmət olunmamışdır, əksinə, çoxlu rəvayətdə ibadətlərin ən yaxşısı kimi təqdim olunmuşdur.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “İbadətyetmişqismdir. Onunənyaxşısıhalalruziqazanmaqdır.”2
İmamMəhəmmədBaqir (ə) buyurur: “Hərkəscamaatdanehtiyacsızolmaqüçünruziqazanmaqarxasıncagedərsəvəailəsininruzisinigenişləndiribqonşularınaehsanedərsə, Allahlaqiyamətdəgörüşəndəonunsurətiondördgecəlikaykimiparıldayar.”3
İmamCə’fərSadiq (ə) buyurur: “AiləsininruzisiniəldəetməküçünçalışanbirşəxsAllahyolundacihadedənşəxskimidir.”1
Rəvayətlərdə əkinçiliyə, ticarətə, hətta nikaha belə tövsiyə edilmişdir. Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) və pak imamların (ə) da tutduğu yol belə olmuşdur. Onlar daim işləyirdilər. Zahidlərin sərvəri Əliyyibni Əbi Talib (ə) də ciddi işgüzarlıqla çalışır və daim fəaliyyətlə məşğul olurdu. Belə isə, görəsən məzəmmət olunan dünya hansıdır?
Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) buyurur: “Məbadadünyanısevəsən! Çünkidünyaməhəbbətihərbirgünahınköküvəhərbirbəlanınmənşəyidir.”3
İmamCə’fərSadiq (ə) buyurur: “Dünyayaməhəbbətbütünxətalarınvəgünahlarınbaşıdır.”4
Bu kimi ayə və hədislərdən mə’lum olur ki, dünyaya və dünyəvi işlərə bağlılıq məzəmmət olunmuşdur, bu işlərin özü yox.
Burada belə bir sual irəli gəlir. Görəsən dünya işlərinə məhəbbət mütləq şəkildə məzəmmət olunur və insan qadına, övlada, evə, mal-dövlətə, yeyib-içməyə məhəbbət bəsləməməlidir? Bunu iddia etmək olarmı? Halbuki bu kimi işlərə məhəbbət insanların fitri və təbii işlərindəndir və Allah da insanı belə yaratmışdır. Məgər insan öz həyat yoldaşını, övladlarını sevməyə bilərmi? Məgər yeməliləri, geyməliləri, bu dünyanın sair gözəlliklərini sevməyə bilərmi? Əgər bu işlərə məhəbbət bəsləmək məzəmmət olunsaydı Allah insanı belə yaratmazdı. İnsan yaşamaq və diri qalmaq üçün bu kimi işlərə ehtiyac duyur və yaradılışında təbii olaraq onlara meyl göstərir.
Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) buyurur: “İnsanlardünyanınövladlarıdırvəheçkəsanasınaməhəbbətbəslədiyinəgörəməzəmmətolunmaz.”1
Rəvayətlərdə tövsiyə olunur ki, övladlarınıza və həyat yoldaşınıza məhəbbət göstərin. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və mə’sum imamlar da (ə) qadınlarına və övladlarına məhəbbət izhar edir, bə’zi yeməkləri daha çox sevirdilər. Deməli yer, göy, bitkilər, ağaclar, mə’dənlər, heyvanlar və sair Allah ne’mətləri məzəmmət olunmamışlar. Onlara və dünya həyatına məhəbbət bəsləmək pis deyildir. Bə’zi rəvayətlərdə dünya tə’riflənmişdir.
Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) dünyanıməzəmmətedənbirşəxsincavabındabuyurdu: “Dünya, onutəsdiqedənlərüçündoğruçuluqvəsədaqətevi, həqiqətitapanlarüçünəmin-amanlıqevi, ondan (axirətüçün) ehtiyatgötürənlərüçünzənginlikevi, ibrətalanlarüçünöyüd-nəsihətevidir. DünyaAllahdostlarınınməscidi, mələklərinnamazqıldığıyer, vəhyinnazilolduğuməkanvəAllahövliyalarınınticarətyeridir. OnlardünyadaAllahınfəzlvəmərhəmətinənailolmuş, behiştiqazanmışlar.”2
Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) yenəbuyurur: “Dünyaaxirətüçünənyaxşıköməkvasitəsidir.”3
İmamCə’fərSadiq (ə) buyurur: “Abır-heysiyyətiniqorumaq, borclarınıödəməkvəsileyi-rəhmetməküçünhalalmalkəsbetməyixoşlamayanbirkəsdəxeyirvəyaxşılıqyoxdur.”4
Belə isə, görəsən məzəmmət olunan dünya nədir ki, ona məhəbbət bəsləmək bütün günahların mənşəyi olsun?
Ayə və rəvayətlərin məcmusundan belə başa düşülür ki, dünyada olan varlıqlar, dünya həyatı və dünyəvi işlərə sadəcə məhəbbət və bağlılıq deyil, dünyaya meyl etmək, ona məftun olmaq məzəmmət olunur. İslam insanlardan istəyir ki, dünyanı olduğu kimi tanısınlar və onun üçün artıq yox, elə həmin qədər dəyər versinlər. Özlərinin və dünyanın yaradılışındakı hədəfləri və məqsədləri tanısınlar, həmin yolda hərəkət etsinlər. Əgər belə olsalar axirət əhli, amma əgər əməl və rəftarları bu hədəfin əksinə olarsa dünya əhlidirlər.