NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


DÜNYA ƏHLİ VƏ AXİRƏT ƏHLİ



Yüklə 5,7 Mb.
səhifə23/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

DÜNYA ƏHLİ VƏ AXİRƏT ƏHLİ


Deməli, dünyada axirət üçün işləyənlər axirət əhli, amma dünya üçün işləyənlər dünya əhlidirlər. Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: İnsanlar dünyada (necə) əməl etdiklərinə görə iki dəstəyə bölünürlər. Biri onlardır ki, dünyada elə dünya üçün işləyirlər. Dünya onları özünə məftun edir axirətdən saxlayır, öz ölümlərindən sonra övladlarının fəqir olmasından qorxurlar, amma gələcəkdəki (axirətdəki) fəqirliyindən əmin-amanlıq hissi keçirir, ömürlərini başqalarının mənafeyinin min olunması yolunda sərf edirlər. İkinci isə dünyada dünyadan sonrakı vaxt (qiyamət) üçün işləyənlərdir, onların ruziləri zəhmətsiz olaraq onlara çatır. ni, dünya axirət qismətlərinə çatır hər iki aləmin maliki olurlar. Ona görə onlar Allahın yanında abır-heysiyyətli möhtərəm olacaq, Allahdan istədikləri hər bir şey müqabilində onlara müsbət cavab veriləcəkdir.”2

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) yenə buyurur: Dünya qərar tutmaq evi deyil, keçid məkanıdır. Ondakı insanlar iki qrupdur: Biri öz nəfslərini dünyanın dəyərsiz əşyaları ilə müamilə edənlərdir ki, dünya onu zillətə, fəlakətə salar. Digəri isə öz insani nəfsini alıb azad edənlərdir.”1

Dünya əhli ilə axirət əhli arasında olan fərq onların varlı və kasıb olmalarında, dünya işləri ilə məşğul olub yoxsa işsiz olmalarında, ictimai məs’uliyyətləri qəbul edib etməmələrində, camaat arasında yaşamalarında, yoxsa guşənişin olmalarında, ticarətlə məşğul olub, yoxsa elm, tədris, kitab yazmaq və moizə ilə məşğul olmalarında, dünya ne’mətlərindən istifadə edib etməmələrində, dünyəvi və məqamda olub olmamalarında deyildir. Onların əsaslı fərqləri dünyəvi işlərə, yoxsa axirət işlərinə meyl etməkdə, dünya həyatınamı, yoxsa axirət həyatına ürək bağlamalarında, dünyaya, yoxsa Allaha nəzər yetirməsində, heyvani istək və həvəsləri tə’min edilməsini həyatın hədəfi hesab etməsində, yoxsa insani gözəl əxlaqları və fəzilətləri tərbiyə etməsindədir. Hər şey insanı özünə məşğul edib onu Allahdan və axirət aləmindəki səadətini tə’min etməkdən yayındırsa, hətta elm, tədris, kitab yazmaq, imamət, vaizlik, çıxış olsa belə, dünya hesab olunur. Hətta dünyada guşənişinlik edib tərki-dünyalıqla, ibadətlə məşğul olmaq belə Allahdan başqası üçün olarsa dünya hesab olunur.

Deməli, nə dünya əhli, nə də axirət əhli eyni səviyyədə deyillər. Dünya əhlinin bir qrupu kamil şəkildə dünyaya meyl edir, ümumiyyətlə, Allahdan və axirət aləmindən qafil qalırlar. Belə şəxsləri dünya qulları, dünyapərəstlər adlandırırlar. Onların müqabilində Allahın xalis bəndələridir ki, onların bütün diqqətləri Allaha və axirət aləminə yönəlir və Allahın tam razılığını qazanmaqdan başqa hədəfləri yoxdur. Bu iki qrup arasında qarşılıqlı olaraq çoxlu dərəcə və mərtəbələr vardır. Hər kəs dünyaya nə qədər meyl edirsə həmin miqdar da dünya əhli olur və Allah dərgahından uzaqlaşır. Bunun əksinə olaraq nə qədər Allahı yad edib axirətə diqqət yetirsə, həmin miqdarda dünyanı tərk edən zahid hesab olunacaqdır. Başqa sözlə, dünya əhli və axirət əhli olmaq iki nisbi məsələdir.

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin