NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


TƏQVA – TƏZKİYƏNİN MÜHÜM AMİLİDİR



Yüklə 5,7 Mb.
səhifə24/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

TƏQVA – TƏZKİYƏNİN MÜHÜM AMİLİDİR


İslam məktəbində təqva çox böyük imtiyaza malikdir. minlərin içərisində müttəqilər (təqvalılar) imtiyazlı şəxslər hesab olunur. Quranda, hədis kitablarında, xüsusiləNəhcül-bəlağəkitabında təqva kəlməsi bu kökdən alınan sair kəlmələr çox təkrar olunmuşdur. Qurani-Kərim insanların dəyər kəramətinin meyarını təqva hesab edərək buyurur: Allah yanında sizin ən əziziniz ən hörmətliniz ən təqvalı olanınızdır.”1

Təqva ən gözəl axirət ehtiyatı və səadətin ən böyük vasitəsi kimi təqdim olunur. Qur’anda buyurulur: “(Öz axirətiniz üçün) yol ehtiyatı tədarük görün, ehtiyatların ən yaxşısı təqvadır.”

Yenə buyurulur: Yaxşı əməl sahibləri təqvalı olanlara çox böyük mükafat veriləcəkdir.”2

Belə isə hər kəs təqvalı olub layiqli əməllər görsə onlar üçün heç bir qorxu qəm-qüssə olmayacaqdır.”3

Pərvərdigarınızın məğfirətinə, bağışlamasına behiştə doğru tələsin. Elə bir behişt ki, onun genişliyi asimanların yerin genişliyi qədərdir təqvalılar üçün nəzərdə tutulub.”4

Həqiqətən müttəqilər behiştdə nemətlər arasında yaşayırlar, Pərvərdigarın əta etdiyi nemətlərdən xoşhaldırlar.”5

“Nəhcül-bəlağə”də və hədis kitablarında təqva əxlaqın başı, ən böyük səadət vasitəsi kimi təqdim olunmuşdur.

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Təqva bütün əxlaqların başıdır.”1

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: Bir xüsusiyyət hər kəsdə olsa dünya axirət onun ixtiyarında olacaq, behiştə gedəcəkdir. Soruşdular: Ey Allahın Rəsulu, o hansı xüsusiyyətdir? Buyurdu: «Təqva. Hər kəs camaatın ən hörmətlisi (izzətlisi) olmaq istəyirsə təqvanı özünə adət etsin. (Sonra bu ayəni oxudu:) “Hər kəs təqvalı olsa Allah onun üçün (düşdüyü çətin vəziyyətlərdən) çıxış yolu qərar verəcək, ruzisini gümanı gəlmədiyi yerdən çatdıracaqdır.”»2

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: “(Amandır) heç vaxt təqvanı əldən vermə. Çünki o, bütün xeyirləri yaxşılıqları əhatə edir. Təqvadan başqa bir xeyir yoxdur. Təqva vasitəsilə əldə olunan xeyirlər ondan başqasında tapılmır. İstər dünya xeyri olsun, istərsə axirət xeyri.”3

İmam Səccad (ə) buyurur: «Hər əməlin şərafət dəyəri təqva ilədir. Səadət nicat yalnız müttəqilər nail olurlar. Mütəal Allah buyurur: “Həqiqətən səadət qurtuluş müttəqilərə məxsusdur.”»4

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Ey Allah bəndələri! Agah olun bilin ki, müttəqilər axirət nemətlərindən bəhrələnəcəklər. Dünya nemətlərindən bəhrələnməkdə dünya əhli ilə şərikdirlər. Lakin dünya əhli axirətdə onlarla şərik deyillər. Dünyada ən yaxşı şəkildə yaşayır, ən yaxşı yeməklərdən istifadə edirlər. Müttəqilər dünyada müşriklərin təkəbbürlülərin istifadə etdiyi həmin nemətlərdən istifadə edirlər, lakin dünyadan çoxlu fayda yol ehtiyatı ilə köçəcəklər. Dünyada zöhd ləzzətindən faydalanır bilirlər ki, qiyamətdə Allahın rəhməti sayəsində yaşayacaqlar. Onlar hər istəsələr Allah yerinə yetirəcək onların ləzzətlərdən olan bəhrələri azalmayacaqdır.”1

zi hədislərdə təqva nəfsin saflaşdırılması paklanması üçün mühüm amil, nəfsani xəstəliklərə şəfa verən ən yaxşı dərman kimi təqdim olunur. Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Həqiqən təqva sizin qəlblərinizə şəfa verən, qəlblərinizin korluğunu işıqlandıran, bədən xəstəliklərinizə şəfa verən, sinələrinizin fəsadını islah edən, nəfsin aludəliklərini paklayan, göz pərdələrini cilalayan, batini iztirablarınıza aramlıq verən, sizin qaranlıqlarınıza nuranilik verən bir şeydir.”2

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin