NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


TƏQVA ŞƏRİƏT HÖKMLƏRİNİN qoyuLmasInda HƏDƏFDİR



Yüklə 5,7 Mb.
səhifə25/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

TƏQVA ŞƏRİƏT HÖKMLƏRİNİN qoyuLmasInda HƏDƏFDİR


İslamda təqva əsl əxlaqi bir dəyər, şəriət hökmlərinin qoyulmasında əsas hədəf kimi təqdim edilmişdir. Quranda buyurulur:Ey insanlar! Sizi sizdən qabaqkıları yaradan Pərvədigarınıza ibadət edin, bəlkə təqvalı olasınız.”3

Sizdən əvvəlki insanlara oruc vacib edildiyi kimi, sizə vacib edildi, bəlkə təqvalı olasınız.”4

Qurbanlıqların əti qanı Allaha çatmır, lakin sizin təqvanız Allaha çatır.”5

Axirət səfəri üçün yol ehtiyatı götürün, ( bilin ki,) ehtiyatların ən yaxşısı təqvadır.”6

Gördüyünüz kimi, bə’zi ibadətlərin qanun şəklinə salınmasında əsas hədəf və hətta ibadətin özünün fəlsəfəsi bu olmuşdur ki, bəndələr o əməlləri yerinə yetirməklə təqvalı olsunlar. Təqva islam nəzərində o qədər əhəmiyyət daşıyır ki, sair əməllərin qəbul olunmasında me’yar hesab edilir, təqvasız əməl rədd olunur və onun heç bir faydası yoxdur.

Quranda buyurulur:Allah (yaxşı əməlləri) yalnız müttəqilərdən (təqva sahiblərindən) qəbul edir.”1

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: Təqva əldə etmək üçün əməlin özündən daha artıq y göstər, çünki təqva ilə olan heç bir əməl az, kiçik deyildir. Allah tərəfindən qəbul olunan bir əməl necə az kiçik hesab edilə bilər, halbuki Quranda buyurulur: “Allah (əməli) yalnız müttəqilərdən qəbul edir2

İmam fər Sadiq (ə) buyurur: Onların ağlamaqları səni aldatmasın, çünki təqva yalnız qəlbdədir.”3

Quranda buyurulur: Əgər səbr etsəniz təqvalı olsanız bu, işlərin ən mühümündən ibarətdir.”4

Gördüyünüz kimi Qur’anda və hədislərdə təqva əsaslı bir dəyər, ən yaxşı yol ehtiyatı, qəlbin xəstəliklərindən ötrü ən yaxşı dərman, nəfsin təzkiyə və təmizlənməsində ən böyük vasitə kimi təqdim olunmuşdur. Onun əhəmiyyətini çatdırmaq üçün təkcə bunu demək kifayətdir ki, şəriət qanunlarının və hökmlərinin qoyulmasında əsas məqsəd təqvadır.

İndi isə təqvanın mə’nasını izah edirik.

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin