Guşənişin həyat tərzi keçirib ictimai məs’uliyyətləri qəbul etməmək nəinki təqvanın əlamətlərindəndir, hətta bə’zi hallarda təqvanın tam əksi sayılır. İslamda röhbaniyyət (tərki-dünyalıq) və guşənişinlik yoxdur. Bu din insana günahdan qaçmaq üçün guşənişinlik edərək dünyəvi işləri tərk etməyi tövsiyə etmir. Əksinə, ondan istəyir ki, məs’uliyyətləri qəbul etsin, ictimai işlərdə iştirak etsin, eyni halda təqva vasitəsilə öz nəfsini cilovlayıb nəzarət altında saxlasın və onu azğınlıqdan qorusun.
İslam heç vaxt “qanuni rəyasət və məqamı qəbul etmə” demir. Əksinə, o, deyir ki, bunları qəbul et, özü də Allahın razılığını qazanmaq, Allah bəndələrinə xidmət etmək üçün qəbul et. Şan-şöhrət qulu olma, onu şan-şöhrət qazanmaq, nəfsani istəklərə və şəhvətlərə nail olmaq üçün bir vasitə qərar vermə, haqq yolundan çıxma.
İslam heç də buyurmur ki, təqva mərhələsinə çatmaq üçün ticarət və qazancdan əl çək, halal ruzi əldə etmək üçün çalışma. O, sadəcə olaraq buyurur ki, dünyanın əsiri və ona qul olma.
İslam heç vaxt demir ki, dünyanı tərk et və ibadət üçün bir guşədə əyləş; o buyurur ki, dünyada yaşa və onun abadlığı üçün çalış. Lakin dünya əhli kimi ona məftun olma. Dünyanı Allaha doğru yaxınlaşmaq üçün bir vasitə et.
Təqvanın əsas məqsədi də məhz budur ki, islamda ən yaxşı dəyər və xislətlər kimi təqdim olunmuşdur.
TƏQVA VƏ BƏSİRƏT
Ayə və hədislərdən mə’lum olur ki, təqva insana bəsirət və agahlıq verir ki, onunla dünya və axirətin həqiqi mənafeyini ayırd edib onun ardınca getsin.
Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) buyurur: “Həqiqətəntəqvasizinqəlbinizinxəstəliklərinəşəfaverənbirdərman, qəlbgözünüzünaçılmasıüçünbirsəbəbdir.”4
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Əgərşeytanlarbəni-adəminqəlbininətrafınafırlanmasaydı, onlarmələkutaləminimüşahidəedərdilər.”5
İmamCə’fərSadiq (ə) atasınınbeləbuyurduğununəqledir: “Qəlbigünahdandaartıqkorlayanbirşeyyoxdur. Qəlbgünahiləçarpışır, eləbirhəddəçatırki, günahonuməğlubvəalt-üstedir.”1
Bukimiayəvəhədislərdənmə’lumolurki, təqvainsanınbəsirətli, əqlsahibi, düzgündünyagörüşlüolmasınasəbəbolur, idrakvəayırdetməqüvvəsinigücləndirir. Əqlinsanınvücudundaəmanətqoyulançoxdəyərlibirgövhərdir. İnsanonunvasitəsiləməsləhətvəzərərləri, xeyirvəşəri, xoşbəxtlikvəbədbəxtlikamillərinivənəhayət, edilməlivəedilməməlişeyləribir-birindənayırdedir. Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) buyurur: “BədəndəkiəqlHaqqınpeyğəmbəridir.”2
Əqlinüzərinəbeləbirvəzifəqoyulmuşdurvəobuişiyerinəyetirməyəqadirdir. Lakinbuşərtləki, qüvvələrvəqərizələronunhakimiyyətiniqəbuletsinlər, onunqarşısındamüxalifətvəmaneçiliktörətməsinlər. Həva-həvəslərəqlindüşmənidir. Onaözişinilazımişəkildəyerinəyetirməsinəmaneolur. Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) buyurur: “Həvayi-nəfsəqlindüşmənidir.”3
Düzdür, bədənin idarə olunması və hakimiyyəti əqlə həvalə edilmişdir və əql də onu yerinə yetirə bilər. Lakin nəfsani qərizələr və meyllər onun müvəffəqiyyət qazanmasına mane olan ən böyük amillərdir. Əgər qərizələrdən biri, yaxud hamısı normal vəziyyətdən çıxaraq tüğyan edərsə və əqlin işinə maneçilik törədərsə, bu halda əql öz vəzifəsini yerinə yetirməyə necə müvəffəq ola bilər? Belə insanın əqli vardır, lakin onda dərk və ayırdetmə qüvvəsi yoxdur. Onun silahı vardır, lakin həvayi-nəfs, şəhvətlər və qəzəblər onun üzünü qaranlıq bulud, qalın toz kimi tutmuş, nurunu söndürmüş və həqiqətləri dərk etməsinin qarşısını almışlar. Şəhvətpərəst bir adam özünün həqiqi mənafeyini necə ayırd edər və şəhvətin tüğyançı qüvvəsini necə cilovlaya bilər? Xudbin insan öz eyblərini nə vaxt tanıya bilər ki, onu da islah etmək qərarına gəlsin? Sair sifətlər də, o cümlədən qəzəb, tamah, həsəd, kin-küdurət, təəssüb, inadkarlıq, mal-dövləti, məqam və rəyasəti sevmək və s. xislətləri özündən necə uzaqlaşdıra bilər?
Əgər bunlardan biri, yaxud bir neçəsi nəfsə hakim kəsilsə əməli əqli həqiqətləri dərk etməkdən saxlayacaq, amma əql bunların əksinə olaraq bir iş görmək istəsə bunun qarşısında çoxlu maneələr icad edərək dad-fəryad qoparacaq, mühiti əql üçün qaranlıqlaşdıracaq və onu öz vəzifəsini yerinə yetirməkdə bacarıqsız və aciz edəcəkdir. Həvayi-nəfsin əlində əsir olan bir şəxs hətta öyüd-nəsihətdən belə nəticə almayacaqdır. Qur’an ayələri və moizələr qəlbinin qəsavətini daha da artıracaqdır.
Deməli, təqvanı bəsirət, aydın fikirlilik və vəzifəni tanımağın ən mühüm amillərindən biri hesab etmək olar.
Bu bəhsin sonunda qeyd etməliyik ki, “təqvabəsirətinartmasınasəbəbolur” dedikdə məqsəd nəzəri əqldə və həqiqətlərin dərk olunmasında bəsirətli etməsi deyil, əməli əql və vəzifənin ayırd edilməsini, başqa sözlə desək, “olmalı” və “olmamalı” şeyləri ayırd etməkdir. Təqvasız adamın riyaziyyat, təbabət və sair kimi elmi məsələlərdən də aciz olmasını təsəvvür etmək düzgün olmaz. Baxmayaraq ki, təqva onun şüurunun inkişafında və ayıqlığında müəyyən qədər tə’sir göstərir.