Bə’ziləri belə fikirləşə bilər ki, təqva insanı azadlıqdan məhrum edir, onun üçün müəyyən məhdudiyyətlər yaradır və həyatı insan üçün çətinləşdirir. Lakin islam bu yanlış əqidəni rədd edir və buyurur ki, təqva insanın azadlıq, asayiş, izzət və alicənablığına səbəb olur. Bununla yanaşı təqvasız insanı əsir və qul hesab edir.
Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) buyurur: “Təqvahidayətin, müqavimətinaçarı, axirətehtiyatıdır. Təqvaqulolmaqdanvəfəlakətdənqurtuluşvasitəsidir.”2
OHəzrət (ə) yenəbuyurur: “İslamıqəbuletməkdənböyükbirşərafət, təqvadanəzizbirizzət (əzizlik) vəvərə”dən (təqvanınyüksəkdərəcəsi) yaxşıbirpənahgahyoxdur.”3
Bu hədislərdə təqva çətinliklərin həll olunması üçün bir açar, insanın azadlıq və izzət səbəbi, çətinliklərdən və həyatın acı hadisələrindən qurtuluş vasitəsi və ən yaxşı sığınacaq kimi təqdim olunmuşdur.
Deməli, təqva heç vaxt insanın məhdudiyyətinə, azadlıqdan məhrum olmasına səbəb olmur. Əksinə, o, insanın şəxsiyyətini dirçəldir və onu şəhvət, qəzəb və intiqamçılıq hissləri, kin-küdurət, özünü sevmək, xudbinlik, təəssüb, inadkarlıq, tamahkarlıq, mal-dövlət düşgünlüyü, özünəpərəstiş, məqam, vəzifə və qadın düşgünlüyü, şəhvətpərəstlik kimi yaramaz, rəzil xüsusiyyətlərdən azad edir, onun insani şəxsiyyətini və əqlini gücləndirir ki, qərizələrə və nəfsin tüğyançı qüvvələrinə qalib gəlsin, onları normal hala salsın və həqiqi mənafeyi istiqamətində ona yol göstərsin, bu qərizə və qüvvələrin ifrat və təfritinin qarşısını alsın.
Bəli, özünün nəfsani istəkləri qarşısında qeydsiz-şərtsiz təslim olan, o istəklərə çatmaq üçün heç bir çirkin əməldən çəkinməyib dəlicəsinə onları əldə etməyə çalışan, əqlin xeyirxahlıq nidasına, Peyğəmbərin (s.ə.v.v.) yol göstərməsinə qulaq asmayan şəxslər doğrudan da nəfsin əsiri və quludur. Həvayi-nəfs insanın şəxsiyyətini, əqlinin dəyərli gövhərini məğlub edərək öz əsarəti altına alır. Onun əsarətdən azad olması üçün təqvadan başqa bir yol yoxdur. Deməli, təqva məhdudiyyət gətirmir. Əksinə, insana həqiqi azadlıq verir.