NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ



Yüklə 5,7 Mb.
səhifə52/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   48   49   50   51   52   53   54   55   ...   62

2. nafilə namazları


Əvvəldə qeyd olundu ki, namaz insanın Allah dərgahına doğru seyri-süluk etməsi, Allahı yad etməsi üçün ən yaxşı vasitədir. İnsanın xüsusi yaradılışına, onun təkamül yoluna hamıdan daha artıq agah olan Mütəal Allah namazı şər’i qanun halına salmış və Peyğəmbər (s.ə.v.v) vasitəsilə onu insanların ixtiyarına vermişdir ki, öz təkamül və səadətləri üçün ondan bəhrələnsinlər. Namaz heç bir şeylə məhdudlanmır. Hər bir zamanda, məkanda və hər bir şəraitdə ondan bəhrələnmək olar.

Namaz ümumi şəkildə iki qismə bölünür: Vacib namazlar və müstəhəb namazlar. Vacib namaz altıdır.

1.Gündəlik namazlar. 2.Ayət namazı. 3.Meyyit namazı. 4.Vacib təvaf namazı. 5.Nəzir, and, əhd vasitəsilə insana vacib olan namaz. 6.Atanın böyük oğluna vacib olan qəza namazları.

Gündəlik vacib namazlar bütün mükəlləflərə vacibdir, amma sair namazlar xüsusi zamanlarda və xüsusi şəraitlərdə vacib olur. Əbədi səadət və kamal istəyən şəxs ilk mərhələdə vacib namazları şəriətdə qeyd olunan tərzdə yerinə yetirməlidir. Əgər ixlas və hüzuri-qəlblə qılarsa, insanı Allah dərgahına daha yaxşı şəkildə yaxınlaşdırar. Vaciblər tərk olunsa müstəhəblərə ehtiyac olmaz. Vacibləri tərk etmək, amma müstəhəblərin, zikrlərin vasitəsilə kamal yolunu qət etmək və ali məqamlara çatmaq istəyənlər səhv yoldadırlar. Amma vacibləri yerinə yetirdikdən sonra nafilələrin və müstəhəblərin vasitəsilə ali-mə’nəvi məqamları kəsb etmək olar.

Müstəhəb namazlar çoxdur. Onlar da ümumi iki dəstəyə bölünür: Gündəlik namazların nafilələri və sair müstəhəb namazlar.

Gündəlik namazların nafilələri otuz beş rək’ətdir: Zöhrlə əsr namazlarının hər birinin nafiləsi səkkiz rək’ət, məğrib namazının nafiləsi dörd rək’ət, işa namazının nafiləsi iki rək’ət, sübh namazının nafiləsi iki rək’ət və gecə nafiləsi isə on bir rək’ətdir.

Hədis kitablarında gündəlik namazların nafilələrini qılmaq üçün çox tə’kidlər edilmiş, onun üçün çoxlu savablar və müsbət nəticələr qeyd edilmişdir. Onlar vacib namazların təkmilləşdiriciləri kimi təqdim olunur. Amma gündəlik namazların nafilələrindən başqa sair namazlar məxsus vaxt, şərait və məkanlar üçün nəzərdə tutulmuşdur ki, onların da savabları vardır. Siz müstəhəb namazlar və onların savabları ilə tanış olmaq üçün hədis və dua kitablarına baxıb, Allah dərgahına doğru seyr edərkən onlardan istifadə edə bilərsiniz. Bundan əlavə, namaz hər bir zaman, məkan və hər bir halda müstəhəbdir və təkamül yolçusu ondan istifadə edərək bəhrələnə bilər. Onlardan istifadə etmək qapıları həmişə açıqdır. İnsan hər bir zamanda, məkanda və hər bir halda bu böyük feyzdən istifadə edərək Allahla rabitə bərqərar edə bilər.

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: Nafilə namazı minin Allah dərgahına yaxınlaşmasına səbəb olur.”1

İmam Cə’fər Sadiq (ə) buyurur: Həqiqətən zən namazın yarısı, zən üçdə biri, zən dörddə biri zən beşdə biri yuxarı aparılır (qəbul olunur). Namazın o miqdarı yuxarı aparılır ki, hüzuri-qəlblə qılınmış olsun. Buna görə nafilələri qılmağa əmr olunmuşdur ki, onların vasitəsilə vacib namazlardakı nöqsanları aradan qaldırılsın.”2

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: «Mütəal Allah belə buyurur: Mənim bəndəmin, Mənim tərəfimdən sevilmək üçün vacibata əməl etməsindən yaxşı bir şey yoxdur. Nafilələri yerinə yetirməklə o qədər sevimli olur ki, Mən onun eşidən qulağı, görən gözü, danışan dili, zərbə vuran əli, yeriyən ayaqları olaram. Məni çağırsa, qəbul edərəm, bir şey istəsə, əta edərəm. Mən min bəndəmin ruhunu alanda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. O, ölümə ikrah hissi ilə yanaşır, Mən isə onun narahat olmağını istəmirəm.”»1


3. GeCə namazI


Nafilələrin arasında gecə namazı daha artıq fəzilətə malikdir. Belə ki, Qur’anda və hədislərdə onun barəsində çoxlu tə’kid və tövsiyələr gözə dəyir. Mütəal Allah Peyğəmbəri-Əkrəmə (s.ə.v.v) buyurur: Gecənin bir qismini qalxıb namaza məşğul ol. Bu, sənin üçün müstəhəbdir. Bununla Allah səni bəyənilmiş bir məqama məbus edəcək.”2

Allah Öz xalis bəndələrini tə’rif edərkən buyurur: O kəslər ki, gecəni Pərvərdigarları üçün səcdə qiyam halında keçirirlər.”3

Mö’minlərin vəsfində buyurulur: Gecə yataqlarından dururlar. Həm qorxu, həm ümidlə Allahı çağırırlar. Onlara verdiyimizdən infaq edirlər. Heç kəs bilmir ki, əməlləri müqabilində onları necə nemətlər gözləyir!”4

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: Mütəal Allah dünyaya vəhy etdi ki, sənə xidmət edənləri çətinliyə sal, səni tərk edənlərə xidmət et. Allahın bəndəsi gecə qaranlığında Pərvərdigarı ilə xəlvətdə münacat edərkən Allah onun qəlbini nurani edir. O, “ey mənim Rəbbimdeyərkən Allah tərəfindən belə nida olunur: “Bəli, ey Mənim bəndəm! istəyirsənsə istə, əta edəcəyəm. Mənə təvəkkül et ki, sənə kifayət edim.” Sonra Allah mələklərinə buyurar: Baxın bəndəmə, görün gecə qaranlığında Mənimlə necə münacat edir, halbuki, dünya əhli bihudə boş-boş işlərlə məşğuldurlar, qafillər yuxudadırlar. Siz şahid olun ki, Mən bu bəndəmi bağışladım.”5

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) yenə buyurur: Mənim ümmətimin ən şərəfliləri Quranı öyrənənlər gecəni oyaq qalanlardır (ibadətlə keçirənlərdir).” 1

O Həzrət (s.ə.v.v) yenə buyurur: Cəbrail gecə namazı barəsində o qədər tövsiyə etdi ki, ümmətimin yaxşılarının gecəni yatmayacağını güman etdim.” 2

Başqa bir hədisdə isə belə buyurur:Gecə yarısı qılınan iki rəkət namaz mənim üçün dünya onda olanlardan daha sevimlidir.”3

İmam Cə’fər Sadiq (ə) buyurur: Gecə namazı qılmaq üzü gözəl, əxlaqı yaxşı, insanı ətirli edir. Ruzini artırır, borcu əda edir, qəm-qüssəni aradan qaldırır gözə nuranilik verir.” 4

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: Gecə namazı Allahın razılığını, mələklərin məhəbbətini qazanmaq üçün bir vasitədir. Gecə namazı peyğəmbərlərin sünnəsi, rifət nuru, imanın köküdür (çünki iman gecə namazı vasitəsilə güclənir). O, bədəni aramlaşdırır, şeytanı qəzəbləndirir. O, düşmənlər əleyhinə çəkilən bir silah, duaların əməllərin qəbul olunması üçün bir vasitədir. İnsanın ruzisinə bərəkət verir, Ölüm mələyi ilə namaz qılan arasında şəfaətçi olur. O, qəbrin çırağı döşəməsi, Münkərlə Nəkirin cavabıdır, qiyamətə qədər qəbirdə namaz qılanın ziyarətçisi munisi olacaqdır. Qiyamət bərpa olan zaman namaz onun başına kölgə salacaqdır. Onun başında bir tac, bədənində bir paltar olacaqdır, onun qarşısındakı bir nur onunla cəhənnəm atəşi arasında bir pərdə salacaqdır. min üçün Allahın yanında bir höccət, əməl tərəzisinin ağırlaşma vasitəsi, siratdan keçmə hökmü, behiştin açarıdır. Çünki namaz təkbir, həmd, təsbih, təqdis, zim, qiraət duadan ibarətdir. Həqiqətən vaxtında qılınan namaz əməllərin ən fəzilətlisidir.”5

Gecə namazının fəziləti barəsində çoxlu ayə və rəvayətlər vardır. Gecə namazını qılmaq peyğəmbərlərin və Allah övliyalarının adətidir. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və onun Əhli beytindən olan mə’sum imamlar (ə) gecə namazına xüsusi diqqət və əhəmiyyət vermişlər. Allah övliyaları və ariflər gecə namazına davamiyyət vasitəsilə, səhər sübh namazından qabaq zikr və duaya məşğul olduqlarından ali məqamlara çatmışlar. Allahın bəndəsinin sübh namazından qabaq yuxudan duraraq özünün yumşaq yorğan döşəyini tərk edib dəstəmaz alaraq gecə qaranlığında gözlər yuxuda olan zaman Pərvərdigari-Aləmin hüzurunda dayanması, Onunla raz-niyaz etməsi necə də çox gözəl bir işdir. O, bu me’rac vasitəsilə yüksək aləmlərə seyr edir, asimanların mələkləri ilə yoldaş olur, Allaha təsbih, təqdis deməyə məşğul olur. Belə bir halda onun qəlbi Allah nurunun saçma mərkəzinə çevrilir, ilahi cazibələrlə qürb məqamına doğru yüksəlir.



Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin