Neft-qaz çixarma və Kİmya sənayesində ƏMƏk giGİyenasi qədim zamanlardan xalq arasında neft «qara qızıl»



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix13.10.2022
ölçüsü0,53 Mb.
#118289
  1   2   3   4   5   6   7   8   9   ...   13



NEFT-QAZ ÇIXARMA VƏ KİMYA SƏNAYESINDƏ ƏMƏK GİGİYENASI
 
Qədim zamanlardan xalq arasında neft - «qara qızıl», «maye qızıl», «yerin qara qanı» 
adlarını almış və bunlar neftin xalq təsərrüfatındakı əhəmiyyətini xarakterizə etmişdir. Neft, 
petroleum (dağ yağı) yaxud asfalt (dağ qətranı) bizim eradan 4000-6000 il əvvəl məişətdə
təbabətdə, baytarlıqda, hərbi işlərdə istifadə edilmişdir. Hələ XV əsrin ortalarında yanacaqsız alov 
«möcüzə» kimi qəbul edilərək, ona sitayiş etməyə başlamışlar və bu gün də ən qədim ibadətxana
məbəd kimi Bakıdan 30 km aralı, yerləşən Suraxanıda yerləşən “Atəşgah” sitayiş yeri kimi məşhur 
olmuşdur.
Müasir dövrdə neftdən çoxlu sayda məhsullar alınır. Onlardan neft yağları, müxtəlif sürtkü 
yağları, yol-tikinti materialları, əczaçılıq və tibbi preparatlar, ətriyyat məhsulları, zülal 
konsentratları, strateji məhsullar, kimya və neftkimya sənayesi üçün xammallar, məişət əşyalarını 
və s. göstərmək olar.
Azərbaycanda Neft mədənlərinin və qaz yataqlarının kəşfində akademik İ.M.Qubkinin 
böyük xidmətləri olmuşdur. 1871-ci ildən etibarən Abşeron yarımadası Balaxanı-Sabunçu-Ramanı 
neft mədənləri məşhur olmuş, sonralar dənizdən – Xəzərdən neft çıxarmağa başlamışlar.
Neft daşları, Qum adası, 28 May, Bahar, Sanqaçal və b. neft mədənləri aşkar edilmişdir. Hal-
hazırda xarici firmaların köməyi ilə respublikanın neft mütəxəssisləri tərəfindən yeni-yeni neft 
mədənləri kəşf olunur.
Hazırda Xəzər hövzəsində (Azəri, Çıraq, Günəşli, Şah-Dəniz, Qarabağ və b.) neft 
mədənlərindən 30 illik müqavilə müddətində 40-60 mlrd. barel neftçıxarılması gözlənilir. Odur ki, 
Azərbaycan neft kompaniyası müxtəlif xarici neft kompaniyaları ilə Xəzərdən neft çıxarılması 
barədə müqavilələr bağlamış və bu sahədə geniş geoloji kəşfiyyat işləri aparılır.
Hal-hazırda yüksək səviyyədə təşkil olunmuş texnoloji neft qurğularının köməyilə, Xəzər 
dənizindən millionlarla barel çıxarılan neft satılmaq üçün ümumdünya bazarına çıxarılmaqdadır.
Respublikamızdan kənar, bir çox dövlətlərdə də – Başqırdıstanda, Qazaxıstanda, Tatarıstan-
da, Rusiyada, Saxalin adalarında, Sibirdə və s. neft çıxarılır. 

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin