Neft-qaz sektorunun iNKİŞafinin iqtisadi artima təsirinin qiyməTLƏndirilməSI


Neft-qaz sektorunun inkişaf problemləri və perspektivləri



Yüklə 0,6 Mb.
səhifə5/5
tarix17.11.2018
ölçüsü0,6 Mb.
#83750
növüXülasə
1   2   3   4   5

6.Neft-qaz sektorunun inkişaf problemləri və perspektivləri

Yaxın onillikdə ARDNŞ-də yataqların istismar müddətinin gödəlməsi ilə əlaqədar neft hasilatı və təchizatı sahəsində problemlərin yaşanması baş verəcəkdir. Bu təbii bir prosesdir. Belə ki, üzun bir əsrlik ekstensiv və intensiv metodlarla hasil edilən yataqlarda hasilatın tükənməsi qaçılmaz olacaqdır.

Məlumatlara görə, ölkədə neft təhvili hər il 1-2% azalma tempi ilə 2025-ci ildə 6,9 milyon tona qədər azalacaqdır. Bu dövr ərzində ölkə əhalisinin sayı 22% artaraq, hazırkı 9 milyon nəfərdən 2025-ci ildə 11 milyon nəfərə yüksələcəkdir. İqtisadiyyatın güclənməsi sosal effektləri bir qədər də artıracaq və insanların rifah halı daha da yaxşılaşacaqdır. Əlverişli sosial durum enerji tələblərinin də artması ilə müşayiət ediləcəkdir. Belə bir şəraitdə respublikada hazırda mövcud 1 milyondan çox avtomobil sayı 2025-ci ildə orta hesabla 2 dəfə artaraq 2 milyon olacaqdır. İndi respublikanın hazırki sırf avtomabil benzininə olan tələbatı 1,1 milyon ton, dizel yanacağına tələb isə 1,2 milyon tondur. Hesblamalara görə, 2025-ci ildə benzin üzrə bu tələbat 80%, dizel yanacağı üzrə 2 dəfə artacaqdır. Bu tələbata uyğun neft emalının 50% artıraraq hazırkı 6 milyon tondan 2025-ci ildə 9 milyon tona qədər yüksəldilməsi lazımdır. 2025-ci ildə isə avtomobil yanacağı üzrə neft emalı defisiti 2,5 milyon tona yüksələcəkdir. Belə vəziyyətdə neft-emalı zavodlarından neft-kimya sənayesinə nafta məhsulunun verilməsi də dayanacaqdır. Belə vəziyyət neft-qaz sektorunun məhsul verimi imkanlarına təsir göstərəcək və proses ÜDM-in artım templərində də əksini tapacaqdır. Bu təsir inkişaf senarisində çoxşaxəli ola bilir. İlk növbədə ARDNŞ-də neft hasilatının azalması onun kapitaltutumluğnda, valyuta daxilolmalaranında əks oluncaq. Buradan da onun ölkədəki iqtisadi artıma neft sferasındakı təsiri məhdudlaşacaqdır. Digər tərəfdən bu defisit respublikanın nəqliyyat sektoruna əziyyət çəkəcəkdir və o özünün yeni təchizat sisteminin yaradılması zərurəti ilə qarşı-qarşıya qalacaqdır. Əlbətdə ARDNŞ ÜDM strukturundakı neft itkilərini artan qaz istehsalı ilə dolduracaqdır. Baxmayaraq ki neft hasilatının enməsi müəyyən qədər qaz hasilatına da təsir göstərəcəkdir. Bu kontekstdə xüsusi bir cəhəti diqqətə gətirmək gərəklidir ki, hazırda qlobal yanacaq-enerji balansında təbii qaz dominantlığı ələ almaqdadır. Dünya daha çox təbii qaz resursları istehlakı dövrünə qədəm qoyub. Bunu bəzən müasir bəşər sivilizasiyasının «Metan epoxası» da adlandırırlar. Vurğulandığı kimi, Azərbaycanın da təbii qaz ehtiyatları çox böyük potensiallıdır. Onun istifadə müddəti ən optimal görüntüdə 100 ildən də çox dövrü əhatə edə bilər. Biz bu resurslardan sosial-iqtisadi dirçəlişin davamlı təminatında daha çox faydalana bilərik.

Məlum olduğu kimi «Əsrin müqaviləsi» çərçivəsində hasil olunan səmt qazının laya vurulduqdan sonra qalan hissəsi pulsuz olaraq Azərbaycan Respublikasına verilir. Bundan başqa «Sahdəniz» layihəsi üzrə də respublikaya pulsuz qaz təhvili həyata keçirilir.



Aşagıdakı cədvəldə 2005-2011-ci illər üzrə respublikada qaz hasilatı, təhvili və ixracını əsk etdirən məlumatlar verilmişdir:

Cədvəl 9

Azərbaycan Respublikasında 2005-2011-ci illər üzrə

qaz hasilatı, təhvili və ixracı


Mənbələr

2005

2006

2007

2008

2009

2010

2011




Qazın hasilatı (milyon m3)

ARDNŞ

3 930,6

4 456,0

5 998,0

7 752,6

6 910,0

7 179,0

7 100,0

ABƏŞ

1 887,7

4 574,0

7 7030

8 442,0

10 590,0

12 275,0

11 700,0

Şahdəniz

-

14,8

3 264,0

7 210,8

6 245,0

6 893,0

6 700,0

Cəmi

5 818,3

9 044,8

16 965,0

23 405,4

23 745,0

26 347,0

25 500,0




Respublikaya qaz təhvili (milyon m3)

ARDNŞ

3 310,1

3 799,0

5 220,4

6 776,3

6 084,4

6 314,6

6 317,1

ABƏŞ

1 713,2

2 140,6

2 317,2

2 096,7

3 879,6

3 402,6

3 291,7

Şahdəniz

-

4,7

1 594,0

2 365,7

830,4

1 792,3

2 141,6

Cəmi

5 023,3

5 944,3

9 131,6

11 238,7

10 794,4

11509,5

11 750,4




ARDNŞ-dən qaz ixracı (milyon m3)

Gürcüstan

0,0

19,5

268,9

28,3

513,0

339,2

773,9

Rusiya

0,0

0,0

0,0

0,0

0,0

799,8

1 501,0

Cəmi

0,0

19,5

268,9

28,3

513,0

1 139,0

2 274,9



Mənbə: http://www.socar.az, http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.
Bu yaxşı senari isə digər bir perspektivi qaynaqlandırır. Belə ki, respublikanın artan qaz potensialına rəğmən müasir iqtisadi reallıqlardan və ekoloji tələblərdən irəli gələrək, ondan daha səmərəli istifadə edilməsi və bu istiqamətdə müvafiq istehsal strukturlarının yaradılması zərurəti ortaya qoyur.

Növbəti inkişaf mərhələsi üçün milli neft strategiyamızıən uzaq hədəflərindən irəli gələrək iqtisadiyyatımızın bütün sferalarında, xüsusən də qaz-enerji tutumlu yeni istehsal sahələrinin açılmasında, güclü qaz texnopolisinin yaradılmasında, qaz kimyası sənayesinin inkişaf etdirilməsində qaz resurslarından daha səmərəliliklə istifadə etməyə nail ola bilərik. Bununla belə, biz ölkə əhalisinə istehlak qazının müvafiq normativlər əsasında pulsuz verilməsini də təmin edə bilərik. Bu gün bu miqyas ildə 2-2,5 milyard m3 təşkil edir. Bizim təbii qaz ehtiyatlarımız isə bu həcmdən 1000 dəfədən də çoxdur. Belə olan təqdirdə, təbii qaz resurslarının hər bir ölkə vətəndaşına düşəcək payı daha ünvanlı təmin olunacaqdır. İqtisadi dillə desək, hər bir ölkə vətandaşı qaz rentası əldə edəcəkdir.

Hesablamalara görə, 2015-ci ildən başlayaraq ölkədə qaz təhvili həcmləri genişlənəcək və 2025-ci ildə indiki dövrə nisbətdə 3,5 milyard m3 (30%) artıq olacaqdır. 2017-2023-cü illərdə bu artım 45%-ə bərabər olmaqla, 2020-2021-ci illərdə pik həddə - 16 milyard m3-ə çatacaqdır1. Bu o deməkdir ki, yaxın 10-12 ildə respublikanın Yanacaq-enerji balansında hər il orta hesabla 14-15 milyard m3 qaz resursu (orta hesabla 75:25 təbii və səmt qazı nisbətində) olacaqdır. Səmərəli istifadə perspektivliyi isə bütün həcmlərin emalını şərtli edir [42, 44].

Emal texnologiyasına görə təbii və səmt qazları qarışığının 85-90%-i məişətdə və eneji istehsalında istifadə edilən metan, digər hissəsini isə qaz-kimyasının qiymətli xammalları olan etan, propan və s. komponentlər təşkil edir [14, 23]. Belə həcmdə səmərəli emalı isə istismar müddətini tam başa vurmuş, müasir texnoloji və ekoloji tələblərə cavab verməyən Qaradağ Qaz Emalı Zavodunda təşkil etmək mümkün deyildir. Ona görə də, respublikada müasir texnoloji normalara və təhvil alınan qaz həcmlərinə uyğun, ətraf mühitə zərər vurmayan yeni müasir tipli və ölçülü iri və kiçik istehsal həcmli yeni zavodlar tikilməli və onun qiymətli komponentli məhsulları əsasında qaz-kimya kompleksi yaradılmalıdır.

Ümumiyyətlə, respublikada neft-qaz emalı və neft-kimya sənayesinin yenidən təşkilində ölkənin mövcud və perspektiv karbohidrogen ehtiyatları potensialı dəqiqliklə nəzərə alınmalıdır. Belə ki, respublikada təhvil qazının yalnız 4-5 milyard m3-i emal müəssisəsinə göndərilir. Ona görə də, digər qaz həcmlərinin əraziyə gətirilməsi üçün əlavə magistral xətləri olmalı və bu kəmərlər təbii və səmt qazlarını müvafiq həcmdə və ayrılıqda qəbul edən qollar üzrə çəkilməlidir. İnşa edilən qaz emalı zavodları isə istehsal həcmləri genişləndirilə bilən texnoloji sistemdə qurulmalıdır. Növbəti onillik ərzində respuklikada qaz təhvili həcmi 14-15 milyard m3 arası dəyişəcəyinə rəğmən, onun tam emalını həyata keçirmək mümkün olduqda istehlak üçün hər il orta hesabla 12,5-14,5 milyard m3 təmizlənmiş qaz yaranacaqdır. Qalan hissə isə 1,2-1,4 milyon ton etilen-propilen xammalına bərabər olacaqdır ki, bunun da əsasında orta hesabla 1400-1600 min ton/il yüksək və aşağı sıxlıqlı polietilen, 100-150 min ton/il polipropilen və 70-80 min ton/il benzol istehsalını təşkil etmək mümkümdür. Bundan başqa ildə 0,5 m3 təbi qaz (metan) resursu bazasında orta hesabla 1 milyon ton azot gübrəsi (karbamid) buraxılışı və eyni həcmdə resursa istinadən metonol istehsalı da həyata keçirilə bilər. Bütün bu məhsullar yüksək ixrac qabiliyyətli olmaqla ölkə xəzinəsinə hər il milyon ABŞ dollarına bərabər xarici valyutanın daxil olmasını təmin edəcəkdir.

Bütün bu və ya digər məsələlər işlənməsinə çox mühüm zəruri əsaslar olan enerji strategiyasında konseptual baxımdan həllini tapmalıdır. Enerji strategiyası milli iqtisadi və enerji təhlükəsizlikləri prinsiplərindən irəli gələrək, təbii enerji resursları və yanacaq-enerji potensialından səmərəli istifadə, onların ekologizasiyası, ölkənin geosiyasi rolu, dövlətin və enerji resurslarının istehsalçı və istehlakçısı olan təsərrüfat subyektlərinin maraqları, YEK-in perspektivini, respublikanın və regionların iqtisadi inkişafını nəzərə alan normativ-hüquqi və maliyyə-iqtisadi mexanizmlər yaradılmaqla işlənilməlidir.

Bütün bunlardan irəli gələrək və həmçinin milli enerji müstəqilliyini dolğunlaşdırmaq və enerji təhlükəsizliyini daha təminatlı etmək üçün real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda uzun müddətləri əhatə edən enerji strategiyasının hazırlanması olduqca zəruri və mühümdür. Bu zərurətlilik YEK-in ölkə iqtisadiyyatındakı əhəmiyyəti, enerji resurslarının xalq təsərrüfatının həyatqabiliyyətli bütün sahələrində aparıcı və həlledici rolu, neft-qaz infrastrukturunun moderinləşməsi, ekoloji fonun yaxşılaşdırılması və sosial rifahın daha da yüksəlişi, həmçinin əsaslı dərəcədə də Azərbaycanın artan geostrateji potensialı və dünya enerji bazarlarının qloballaşması tələblərində ifadəsini tapır. Analoji enerji strategiyaları ölkənin modernizasiyası və inkişafı proqramının ayrılmaz hissəsini təşkil edərək qardaş Türkiyədə, Rusiyada, Çin Xalq Respublikasında, əlahiddə, 2030-cu ilədək dövrə hesablanmış Ukraynada və digər ölkələrdə yeni quruluşda həyata keçirilməkdədir. ÜmumAvropa məkanında isə enerji strategiyası 50 ölkənin təmsil olunduğu «Enerji Xartiyasında» birləşir. Enerji strategiyası regional kontekstdə Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin də assosiativ maraqlarının özəyində yer almışdır [50, 52].

Qeyd olunmalıdır ki, Rusiyanın yanacağ enerji kompleksi öz gücünә görә dünyada 2-ci yeri tutur. Ölkәnin gәlirinin 2/3 һissәsi bu kompleksin һesabına әldә olunur. Rusiyada energetika strategiyası ölkәnin dirçәlişini tәmin edәcәk iqtisadi doktrinanın tәmәlini vә özәyini tәşkil edir. Belә yanaşma Azәrbaycana da adekvat olmalıdı. Çünki büdçəyә daxilolmaların 50%-dәn çoxu bizdә dә bu kompleksin üzәrinә düşür. İqtisadiyyatımızın müһәrriki һәlә ki, әsasәn neftlə һәrәkәtә gәlir [1].

Milli Enerji Strategiyası təbii enerji resurslarının və yanacaq-enerji potensialının ölkənin iqtisadi məkan bütövlüyündə rolunu, onun siyasi, makroiqtisadi, elmi-texniki inkişafına zəmin yaradan əhəmiyyətliliyini nəzərə alaraq konkret dövr üçün məqsəd və vəzifələri olan dövlətin enerji siyasəti sənədi rolunda çıxış edir. Ona görə də, onun hazırlanması istiqamətində dövlət tərəfindən çox mühüm olan kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Bütün bunlar üçün isə indidən müəyyən tədbirlərin görülməsi vacib hesab olunur. İlk növbədə, respublika iqtisadiyyatının daha optimal inkişafı və səmərəliliyin artırılması istiqamətində enerji effektivliyi üzrə dövlət proqramları hazırlanmalı və həyata keçirilməlidir. Enerji ishehlakında genişliklə enerji qanətcil texnologiyalar, innovasiyalar tətbiq olunmalı, avtomobil təsərrüfatı az enerji məsrəfli sistemdə fəaliyyət göstərməlidir. Bədbin inkişaf ssenarisində 2015-2025-ci illərdə yaranacaq 1,0-2,5 milyon ton neft defisitinin aradan qaldırılması üçün xam neftin, hazır avtomobil yanacaqlarının xaricdən alınması və həmçinin AÇG-də olan pay neftinin bir hissəsinin emala yönəldilməsi nəzərdən keçirilə bilər.

Bir məqam də xüsusi ilə qeyd olunmalıdır ki, respublikamızda neft və qaz resursları ilə yanaşı kondensat da çıxarılır. Hazırda ölkəmizin dəniz yataqlarından ildə orta hesabla 400 min ton kondensat hasil olunur. Bu həcmlər mövcud yığım sistemində digər quyuların nefti ilə qarışdırılaraq sahilə çıxarılır. Dənizdən quruya kondensat nəqli ayrıca olmaqla yalnız Sahdəniz yatağında həyata keçirilir. Bu məhsul da sahildə AÇG nefti ilə Səngəçal terminalında qarışdırılaraq BTC xətii ilə Ceyhana nəql olunur. Göründüyü kimi, bu qiymətli karbohidgen məhsulundan da səmərəli istifadə olunmur. Ona görə də kondensatla bağılı ayrıca nəql sistemləri yaradılmalı və bu resurs hesabına da kimya məhsulu istehsalları təşkil edilməlidir. Ümumiyyətlə, respublikanın mövcud neft emalı və neft-kimya sənayesi müəssisələrində istehsal güclərinin optimallaşdırılması, məhsulların keyfiyyətinin artırılması və assortimentin genişləndirilməsi, aralıq məhsul istehsalından son ishehlak tələbli məhsul buraxılışına keçid üçün əsaslı rekonstruksiya işləri aparılmalı və yeni istehsal sahələri tikilib istismara verilməlidir.


7.Nəticələr

Aparılan təhlili araşdırmalar göstərir ki, Azərbaycanda neft-qaz sektorunun inkişafıının iqtisadi artıma təsiri mühümdür. Ona görə də, enerji təhlükəsizliyi və həm də iqtisadi təhlükəsizlik baxımından yaxın onillikdə neft-qaz resurslarından səmərəli istifadənin optimal senarilərinin işlənilməsi və həyata keçirilməsi olduqca vacibdir. Bu mühüm strateji əhəmiyyəti bir daha dəyərləndirərək aşağıdakılar nəticə və təkliflər müəyyən edilir:



  • İqtisadiyyatın sektorial bölgüsü və neft-qaz sektorunun funksional təyinatı müasir iqtisadi baxışlar çərçivəsində yeni metodoloji yanaşma və əsaslandırmada interpretasiya edilmişdir. Milli neft-qaz sektoru və onun iqtisadiyyatın sektorial təsnifatlandırmada aidiyyətliyi ilə bağlı nəticəvi umumiləşdirmələr sxematik quruluşda təqdim olunmuşdur.

  • Milli neft-qaz sektorunun resurs bazası, müasir struktur və infrastruktur kompleksinin müasir vəziyyəti, problemləri və potensial imkanları təhlil edilmiş və qiymətləndirilmişdir. Geoloji-iqtisadi hesablamalar, müvafiq indikatorlar çevrəsində müqayisəli təhlillə milli neft-qaz sektorunun resurs bazası neft üzrə 2050-ci ilə qədər, təbii qaz üzrə isə əsrin sonuna qədər kifayət edəcəyi əsaslandırılmışdır.

  • ÜDM ilə neft-qaz sektoru və qeyri-neft sektoru arasında statistik xətti əlaqədə korrelyasiya nisbətlərini əmsal ifadəsində qiymətləndirmişdir. Müəyyən edilmişdir ki, bütün istehlak indekslərinin əsasən qorunub saxlanıldığı son 15 il ərzində neft-qaz sektorunda baş verən artım aparıcı xarakterdə olmuş və ümumilikdə respublika üzrə ÜDM-in inkişafında başlıca rol oynamışdır. Digər tərəfdən neft-qaz sektorunun artım tempinin qeyri-neft sektoruna korrelyasiyasında da dominantlığın neft-qaz sektoruna məxsusluğu əsaslandırılmışdır.

  • Milli neft strategiyasının ölkənin sosial-iqtisadi həyatındakı rolu yeni elmi qiymətləndirmələr əsasında təhlil olunmuş, onun sosial-iqtisadi hədəflərinin konseptual istiqmətləri yeni formalaşdırma aspektində təsbit edilərək göstərilmişdir.

  • Milli neft-qaz sektorunun inkişafında əsas problemlər kimi, köhnə yataqlarda hasilatın tükənməsi və bu istiqamətdə aparılan investisiya əməliyyatlarının artırılması, ümumilikdə isə YEK-in modernizasiyasının sürətləndirilməsi aspektləri təsbit olunmuşdur.

Milli neft-qaz sektorunun inkişaf perspektivləri ilə bağlı təhlili araşdırmalar bir daha yəqinlik verir ki, 2013-2015-ci illər üzrə respublikada iqtisadi artımın 5-7% orta illik tempi ilə 2015-ci ildə ÜDM artımı orta göstəricidə 53-55 milyard manata yüksələcəkdir. Neft-qaz sektorunda artım isə (orta dünya inkişaf neft-qaz qiymətlərində) hesablamalara görə ÜDM artımı ilə pessemist senaridə üst-üstə düşəcək, optimist senaridə isə 2-4% olmaqla onu üstələyəcəkdir. Belə vəziyyətdə isə qeyri-neft sektorunda yüksək dinamizm meyillərinə nail olmayacağı təqdirdə respublikada 2015-ci ilə qədər iqtisadi artım yenə də neft-qaz sektorundakı artım ilə yanaşı addımlayacaqdır. Sonrakı mərhələlərdə isə neft hasilatının azalması ilə bu nisbətlər bir qədər mülayimləşəcəkdir. Nəzərə alınırsa ki, 2020-2040-cı illərdə ölkədə qaz hasılatında yetərli artımlar gözlənilir, onda bu parelellik həmin müddət ərzində də müəyyən qədər müşahidə ediləcəkdir.
Ədəbiyyat siyahısı

1.

Azərbaycanın statistik göstəriciləri 2011. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: «9 №-li kiçik müəssisə» 2011, 848 s.

2.

Əliyev H.Ə. Azərbaycan nefti dünya siyasətində. Bakı, 1997, s.478.

3.

Əliyev T.N., Babayev M.T. Neft-qazçıxarma sənayesini müəssisələrinin iqtisadi potensialı. Bakı: Azərnəşr, 2003, 264 s.

4.

Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı: Elm, 2000, 257 s.

5.

Hacızadə E.M. Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər. Bakı: Elm, 2001, 186 s.

6.

Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli, Bakı: Elm, 2002. 472 s.

7.

Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizaziyası. Bakı: Elm, 2003, 512 s.

8.

Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s.

9.

Müstəqil Azərbaycan - 20. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: «9 №-li kiçik müəssisə» 2011, 640 s.

10.

Səfərov Q.Ə., Dadaşova K.S. Neft-qaz kompleksində məhsulun keyfiyyəti və rəqabətqabiliyyətliliyi. Bakı: Elm, 2011, 224 s.

11.

Алиев И.Г. Каспийская нефть Азербайджана. М.: Известия, 2003, 798 с.

12.

Ахинов Г.А., Жильцов Е.Н. Экономика общественного сектора: учебное пособие. М.: ИНФРА-М, 2008, 345 c.

13.

Буш Джеймс, Джонстон Даниел Управление финансами в международной нефтяной компании. М.: ЗАО «Oлим-Бизнес», 2003, 432 с.

14.

Грй Форест Добыча нефти. М.: ЗАО «Олимп-бизнес», 2004, 416 с.

15.

Джонстон Даниел Анализ экономики геологоразведки, рисков и соглашений в международной нефтегазовой отрасли. М.: ЗАО «Олимп-Бизнес», 2005, 464 с.

16.

Егоров В.И., Победоносцева Н.Н., Павлинич Э.А., Сырамятников Е.С. «Экономика нефтегазодобывающей промышленности. М: Недра. 1984. с.256.

17.

Ергин Д. Добыча. Всемирная история борьбы за нефть, деньги и власть. М.: Де Нова,1999, 968 с.

18.

Жан Тироль. Рынки и рыночная власть: теория организации промышленности. В 2 томах. M.: Экономическая школа 2000.

19.

Козырев В.М. Основы современной экономики. М.: Финансы и статистика, 2000, 367 с.

20.

Кочетков А Основы экономической теории. М: Дашков и К, 2004, 492.с.

21.

Коллон М. Нефть, PR, война: Глобальный контроль над ресурсами планеты. М.: Крымский мост-9Д. 2002, 414 с.

22.

Кузнецова А.И. Инфраструктура. Вопросы теории, методологии и прикладные аспекты современного инфраструктурного обустройства. Геоэкономический подход. М.: Высшая школа, 2006, 456 с.

23.

Леффер Уильям Л. Переработка нефти. М.: ЗАО «Олимп-Бизнес», 2005, 224 с.

24.

Магеррамов Р.Б. Проблемы формирования и развития налоговой системы Азербайджанской Республики. Баку: «Марс Принт» 2011, 310.

25.

Максимов В.А., Аношин В.В., Чернов И.Л. Исследования рынков основных энергоносителей. Уфа: БГУ, 2000, 561 с.

26.

Мир-Бабаев М.Ф. Краткая история азербайджанской нефти. Баку, «Азернешр», 2009, 376 с.

27.

Мирзаджанзаде А.Х., Султанов Ч.А. Этюды нефтяной концепции Азербайджана. Баку, 1994, 100 с.

28.

Мировая экономика (под редакцией проф. Ю.А.Щербина) М.: ЮНИТИ-Д 2004, 318 с.

29.

Мищенко И.Т. Скважинная добыча нефти, М.: «Нефть и газ» РГУ нефти и газа имени И.М.Губкина, 2003, 816 с.

30.

Осбринк Б. Империя Нобелей: история о заменитых шведах, Бакинской нефти и революция в России. М.: Текст, 2003, 409 с.

31.

Остальский A. Нефть: Сокровище и Чудовище. M.: Амфора. 2009, 256 c.

32.

Носова С. С. «Экономическая теория. М.: «ВЛАДОС», 2007, 272 с.

33.

Природный газ (под ред. Р.Басби). М.: ЗАО «Олимп-Бизнес». 2003, 240 с.

34.

Перчик А.И. Трубопроводное право. М: Нефть и газ, 2002. 366 с.

35.

Самедзаде З.А «Этапы большого пути - Экономика Азербайджана за полвека, её новые реалии и перспетивы». Баку: Издтельско-Полиграфический Центр «НУРЛАР», 2004, 936 с.

36.

Социально-экономическая география зарубежного мира. (под редакцией члена корреспондента РАН заслуженного профессора МГУ В.В.Волжского) М.: Дрофа, 2003, 190 с.

37.

Тимми Боб А есть ли дефицит? Азбука нефтяной экономики. М.: ЗАО «Олим-Бизнес», 2005, 328 с.

38.

Mushfiq Atakishiyev. New oil policy and economic development in Azerbaijan. Baku: «Aspoligraf» 2007, 400 p.[M.Atakışiyev. yeni neft siyasəti və iqtisadi inkişaf. Bakı: Azpoliqraf, 2007, 400 s.].

39.

Leamer E., 1995, The Heckscher-Ohlin Model in Theory and Practice 320 p (Princeton Studies in International Economics). [Lemer E. 1995, Hekşer-Olin nəzəriyyə və praktikada. Beynəlxalq iqtisadiyyata Prinston tədqiqatları. 320 s.].

40.

www.azstat.org - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

41.

www.economy.gov.az - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi.

42.

www.mie.gov.az - Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi.

43.

www.azerenerji.com - «Azərenerji» ASC.

44.

www.socar.com - ARDNŞ

45

www.oilfund.az - ARDNF

46.

www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.

47.

www.e-qanun.az. - Azərbaycan Respublikasının qanunvericilik aktları.

48.

www.bp.com - BP-Azırbaycan.

49.

www.un.org. - Birləşmiş Millətlər Təşkilatı.

50.

www.europa.eu.int - Avropa İttifaqı.

51.

www.iea.org - Beynəlxalaq Enerji Agentliyi.

52.

www.neftegaz.ru. - Rusiyanın neft-qaz portalı.


Гаджизаде Эльшан Махмуд оглы

д.э.н., проф., Азербайджанский Государственный Экономический Университет


Аннотация
Оценка влияния развития нефтегазового сектора

на экономический рост
Цель исследования - анализ современного состояния потенциала инфраструктурного комплекса национального нефтегазового сектора, его роли и значения в развитии экономики страны, в том числе оценка влияния на экономический рост самого развития данного сектора.

Методология исследования основывается на структурных методах в трендовом и стуационном подходах системного анализа. В исследовании также использованы способы корреляции и другие эконометрические методы.

Результаты исследования - оценены роль и значение нефтегазового сектора в 1988-2011 гг в структуре ВПП, дан прогноз его влияния на экономический рост в близкой и средней перспективе.

Ограничения исследования:

1) не проведение расчетов в плане,охватывающих более долговременные периоды;

2) отсутствие четких назначений ряда показателей прироста, трудности поиска более широких и всеобъемлющих статистических источников;

3) диверсификационность методического подхода в расчетах.



Практическая значимость исследования - возможность использования как альтернативного источника при проведении расчетов по прогнозам влияния нефтегазового сектора на экономический рост.

Оригинальность и научная новизна исследования: впервые в общеэкономическом в научном контексте дана обширная интерпретация понятия «нефтегазовый сектор», в концептуальном аспекте представлена «национальная нефтяная стратегия», проведены новые научные обобщения в системе основных показателей характеризиющих нефтегазовый сектор, проведена оценка в ретроспективном и переспективном (30 лет) периодах направлений влияния нефтегазового сектора на уровень ВПП.
Ключевые слова: нефтегазовой сектор, национальная нефтяная стратегия, экономический рост, бюджетная-налоговоя политика, прогнозирование.

Hajizadeh Elshan Makhmud olqli

Doctor of eсonomics, Prof. Azerbaijan State Economic University.


Abstract
Assessing the impact of oil and gas sector on economic growth
Purpose is analysis of the current state of infrastructure-building complex of the national oil and gas sector, its role and importance in the economic development of the country, including the assessment of the impact on economic growth of the development of this sector.

Methodology is based on the structural methods of trending and situational approaches of systematic analysis. The study also used correlation methods and other econometric methodology.

Findings are evaluation of role and importance of oil and gas sector in GDP in 1988-2011, forecasting of this sector impact on economic growth in the short and medium term.

Research limitations are following:

1) calculations are not covered a longer-term periods;

2) lack of clear assignment of indicators of growth and difficulties of finding a more extensive and comprehensive statistical sources;

3) diversification of methodological approach in calculations.



Practical implication is using of the research as an alternative source for forecasting of the influence of oil and gas industry to economic growth.

Originality is consist of introducing of extensive scientific interpretation of the term of oil and gas sector in context of economics, presenting of the «National Oil Strategy» in conceptual aspect, conducting of a new scientific generalizes using from basic indicators of oil and gas sector and assessment of influence directions of oil and gas sector to GDP.
Keywords: oil and gas sector, National Oil Strategy, economic growth, policy of budget and tax, forecasting.
JEL Classification Codes: B21, B41, C15, D04, E27.

163.Neft-qaz sektorunun inkişafinın iqtisadi artıma təsirinin qiymətləndirilməsi. Azərbaycanın vergi jurnalı. Bakı: № 2, 2012, 3,4 ç.v.




1 Ümid, Babək, Abşeron, Asiman və digər bu kimi yeni yataqlarının tam miqyaslı məhsul verimi bu müddətlərdən sonraya təsadüf edəcəyindən, onlar hesablamalarda nəzərə alınmamışdır.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin