Neft yataqlarının növləri
Lokal sturukturda yaxud süxurların başqa yatım formalarında yaranmış bir və ya bir neçə fərdi qaz yataqlarının cəminə neft-qaz yatağı deyilir. Təbiətdə neft və qazın çoxlu sayda və müxtəlif növ lokal yığımları mövcuddur.
Lokal neft-qaz yığımları tətqiqatçılar tərəfindən iki növə bölünür.
Yataq, sturuktrun bir və ya bir neçə tələlərində toplanan lokal neft-qaz yığımlarının (fərdi yataqların) cəminə deyilir. Yataqda bir və ya daha çox fərdi neft-qaz yığımı (yatağı) ola bilər.
Təbiətdə rast gələn neft-qaz yataqlarının növləri haqqında məlumat aşağıda olduğu kimidir.
Sturuktur növ yataqlar.
Struktur növ Üst-Balık yatağı (struktur xəritə)
Sadə quruluşlu, qılrılmaya məruz qalmayan yataqlar. Bunlar sadə quruluşlu antiklinal strukturlarla əlaqədardırlar. Sturuktur mərtəbələr mövcud deyil.
Tağı dəyişən antiklinal sturukturlarla əlaqədar olan yataqlar. Bu növ sturukturlarda ayrı-ayrı stratiqrafik intervallarda təmsil olunan tağlar üs-üstə düşmürlər. Bu səbəbdən də şaquli müstəvidə qırışığın oxu əyri, yaxud qövsvari olur.
Qırılmalarla mürəkkəbləşən sturuktur növ yataqlar.
Qaraçuxur neft yatağı
Belə yataqlar daha çox qırışıqlıq və keçid zonalarda rast gəlir;
Qeyd edilən yataqlar bəzən üstəgəlmə növ qırılmalarla mürəkkəbləşmiş olurlar. Belə yataqlara Azərbaycanın Abşeron neftli-qazlı rayonundakı Pirallahı, Çilov, Lökbatan, Qaraçuxur və s. yataqları misal ola bilər.
Gümbəzvari yataqlar platforma və keçid zonaları üçün daha səciyyəvidir.
Duz tektonikası ilə əlaqədar olan bəzi yataqlar.
Duz günbəzi ilə mürəkkəbləşən Moreni yatağı
Bu cür yataqların əmələ gəlməsi duz tektonikasının əmələ gətirdiyi duz günbəzləri ilə əlaqədardır və əsasən platporma yaxud keçid zonalarda inkişaf edirlər. Belə yataqlar ən çox Rusiyada, Ukraynada, Rumıniyada, Almaniyada, ABŞ-da yayılmışdır. Duz günbəzində formalaşan yataq bir sıra müxtəlif növ fərdi yataqların mövcudluğu ilə səciyyələnir.
Gil diapirizmi və palçıq vulkanizmi ilə əlaqədar olan yataqlar əsasən Alp–Himalay və Sakit okean mütəhərrik qurşaqlar ərazisində inkişaf etmişlər.
İnkişaf dərəcələrinə görə gil diapirlərinin növlərinin prinsipial sxemi
Bu cür tələlərin əmələ gəlməsində əsas rolu diaprizim və palçıq vulkanizmi oynayır. Belə yataqlar Azərbaycanda, Qərbi Türkmənistanda, geniş yayılmışdır.
Gil diapirizminin və palçıq vulkanizminin yaranmasına səbəb ərazinin çöküntü qatının böyük qalınlığa və yüksək gərginliyə malik olması, kəsilişdə tam sıxilmamış realoji fəal gil kütləsinin mövcudluğu və elecə də, və ərazinin sıxılma gerginliklərinə məruz qalmasıdır.
Tələlərin mənşəyinə gəldikdə isə, qeyd etməliyik ki. Azərbaycanın ərazisində yayılmış müsbət işarəli sturuktur tələlərin əksəriyyəti məhz müxtəlif dərəcədə inkişaf etmiş gil diapirləridir.
Kəsişən qırılmaların əmələ gətirdiyi ovulma zonası tam sıxlaşmamış gil qatının altında da inkişaf etmiş olarsa, həmin zonada böyük təziq altında təbii qaz toplana bilər. Belə ovulma zonası üzərində formalaşan palçıq vulkanının fəaliyyəti zamanı, başqa palçıq vulkanlarından fərqli olaraq, atmosferə külli miqdarda qaz püskürülür.
Palçıq vulkanının yaranmasına səbəb olan yüksək realoji fəallıqla səciyyələnən tam sıxılmamış gil vulkanın kökü hesab olunur. Bu baxımdan Cənubi Xəzər və onun quruda davamı olan Aşağı Kür çökəkliyində inkişaf etmiş palçıq vulkanının kökünü, əsasən, yüksək gilliliyi və realoji fəallığı ilə səciyyələnən oliqosen- miosen yaşlı çöküntülər təşkil edir.
Neftəmələgəlmə ilə palçıq vulkanizmi arasında genetik əlaqənin olmasına baxmayaraq, lokal qalxımın palçıq vulkanı ilə mürəkkəbləşməsi, əslində onda formalaşmış olan neft və qaz yığımlarının qismən ya da tam dağılmasına və ya yenidən formalaşmkasına səbəb olur. Bununla belə, palçıq vulkanı ilə mürəkkəbləşmiş sturukturlar bir qayda olaraq, neft-qazlılıq cəhətdən yüksək perspektivliyə malik olurlar. Belə sturukturlarda formalaşan yataqlar, əsasən tağvari, qırılmalarla zəif, yaxud kəskin pozulmuş tektonik ekranlaşmış, qarışıq, litoloji pazlaşmış növ fərdi yataqlar çeşidindən ibarət olurlar.
Monoklinal və sinklinallarla əlaqədar olan yataqlar.
Sulutəpə yatağı. Qırmadaki lay dəstəsində (QD) sinklinal quruluşlu və litofasial fərdi yataq
Belə yataqlar ABŞ-da Azərbaycanda və başqa ölkələrdə inkişaf etmişlər.
Sinklinal quruluşla əlaqədar olan fərdi neft və qaz yatağı təbiətdə çox nadir hallarda rast gəlir. Belə neft qaz yığımları ABŞ-ın bir çox əyalətlərində, xüsusiylə Appalaç neftli-qazlı əyalətində qeydə alınır. Azərbaycanda isə buna Sulutəpə yatağını misal göstərmək olar .
Litoloji növ yataqlar.
Pembina yatağı. (Kanada)
Layların qalxımı istiqamətində kollektor süxürlarının litofasial əvəzolunması yaxud pazlaşması sayəsində qeyri-keçirici süxurlara keçməsi ilə əlaqədar olan yataqlar. Bu qrup yataqlar platforma çökəkliklərinin kənar hissələrində, qırışıqlıq ərazilərdə isə dağarası çökəkliklərin yamaclarında rast gəlir. Litoloji yataqlara Kanadada, ABŞ-da, Venesuelada və bir sıra başqa ölkələrdə rast gəlinir.Bu baxımdan Kanadadakı pembina yatağını göstərmək olar.
Bu cür yataqlar, həmçinin Rusiya Federasiyasında da rast gəlinir. Azərbaycanda Abşeron neftli-qazlı rayonundakı Sulutəpə, Hövsan yataqlarını buna misal göstərmək olar.
Qədim dənizlərin sahil zonalarında toplanan qum törəmələri ilə əlaqədar olan yataqlar. Belə yataqlar ABŞ-da və başqa ölkələrdə rast gəlirlər.
Qədim çay vadi və deltaları ilə əlaqədar olan yataqlar. Bunlara misal Maykop rayonunun “qolvarı” yatağını göstərmək olar. Bu qrup yataqlar Timan-Peçora çökəkliyində, ABŞ-da və başqa ölkələrdə rast gəlinir.
Linzavarı kolektorlarla əlaqədar olan yataqlar. Linzavarı kollektor hər tərəfdən pis keçirici süxurlarla əhatə olunur. Neft-qaz qum linzasının doldurursa, linzavari yataq əmələ gəlir. Belə yataqlar yuvaşəkillidə olur. Linzavari yataqların bir növü də hər tərəfdən su ilə əhatə olunmuş (məhdudlaşmış) yataqlardır. Bu növ yataq o vaxt formalaşır ki, yaxşı keçiriciliyə malik olan linzavari süxur nisbətən zəif keçiriciliyə malik süxur qatında yerləşmiş olsun. Belə hallarda suyun səthi gərilmə qüvvəsi neftinkindən daha yüksək daha yüksək olduğundan o nefti və qazı daha yaxşı keçiriciliyə malik olan süxurlara sıxışdıraraq, özü nisbətən az keçiriciliyə malik olan süxurlarda yerləşir.
Stratiqrafik növ yataqlar: antiklinal formaya malik sturukturların yuyulmuş tağının qeyri-keçirici suxurlarla qeyri uyğun ötürülməsi ilə əlaqədar olan yataqlardır.
Oklaxoma-Siti yatağının (ABŞ) eninə kəsilişi
Monoklinal yatımın qalxımı istiqamətində təbii rezervuar aşınmaya məruz qaldıqdan sonra qeyri-keçirici süxurlarla örtülmüş olarsa, belə halda da stratiqrafiq növ yataq formalaşa bilər:
Stratiqrafiq ekranlaşma ilə əlaqədar olan. Bu qurup yataqlar ABŞ-da, Kanadada, RF-da və s. geniş yayılmışdır.
Dostları ilə paylaş: |