Neftçala r., Yuxarı Qaramanlı k. Aytac Rüstəmovaya



Yüklə 7,32 Kb.
tarix17.11.2018
ölçüsü7,32 Kb.
#83946

Neftçala r., Yuxarı Qaramanlı k.

Aytac Rüstəmovaya

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığınız Lənkəran Tibb Kollecindən 2 nömrəli Bakı Baza Tibb Kollecinə köçürülmə barədə ərizənizə baxılmışdır.

Bildiririk ki,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında əsasnamə”yə uyğun olaraq bütün hallarda tələbələrin köçürülməsi yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçirilir. Sizin 2 nömrəli Bakı Baza Tibb Kollecinə köçürülməyiniz üçün əsaslı səbəblər müəyyən edilməmişdir.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, Sizin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2015-ci ildə keçirilən qəbul imtahanında topladığınız bal həmin ildə 2 nömrəli Bakı Baza Tibb Kollecində eyni ixtisas üzrə minimal keçid balından aşağı olmuşdur. Siz topladığınız bala əsasən öz seçiminiz ilə Lənkəran Tibb Kollecinə qəbul edilmişdiniz

Qeyd olunanları nəzərə alaraq Sizin Lənkəran Tibb Kollecindən 2 nömrəli Bakı Baza Tibb Kollecinə köçürülməyiniz “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr məsələləri üzrə Komissiya” sı tərəfindən məqsədə uyğun hesab edilməmişdir.

Kadrlar, elm və təhsil



şöbəsinin müdiri K.Mehdiyeva
Yüklə 7,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin