Neftçala rayon mks-nin 16 saylı Qədimkənd kənd kitabxanasının



Yüklə 3,32 Mb.
səhifə1/23
tarix10.01.2022
ölçüsü3,32 Mb.
#109207
  1   2   3   4   5   6   7   8   9   ...   23

Neftçala rayon MKS-nin

16 saylı Qədimkənd

kənd kitabxanasının

"Kəndimizin səlnaməsi"

dəftəri

I KİTAB

Salnaməni yazan: Məmmədova Şəfiqə Qardaş qızı

Qədimkənd kəndi haqqında bəzi məlumatlar

Volqa çayından keçməklə Xəzər dənizinin qərb sahili boyunca Həştərxan, Mahaçqala, Dərbənd, Bakı, Lənkəran, İran və oradan yenə geriyə qayıtmaqla ticarətlə məşğul olan adamlar təxminən 300-400 il bundan əvvəl Qədimkənd kəndindən də gəlib keçərlərmiş. Bunu Bakıda Qalanın şimal hissəsindəki darvazadan daxil olmaqla İçəri şəhərdə yaşayan Hacı Mirzəli Şabanov söyləyir. Onların ulu babasından yazılı qeydlər qalıb. Hacı Mirzəli və onun bütün ailəsi bizim ailə ilə çox yaxın olublar. Onlar 1925-1930-cu illərdə atamla dost idilər. Yadımdadı, 1932-ci ildə atamla birlikdə paroxodla Xıllıdan Bakıya yola düşdük. Bu ticarət yolu haqqında o vaxt onların söhbətləri indiyə kimi yadımdadır. Lənkərandan yelkənli gəmilər, yaxud da 10-15 avarçısı olan iri qayıqlarQızılağac körfəzinə daxil olardı. Körfəzin şimal-qərbində Qədimkənddən cənubda 25-30 km məsafədə Naqqa qayası deyilən bir sahə vardı. Gəmilər bu sahilə yan alar və ticarətlə məşğul olan adamlar öz mallarını at, dəvə, araba vasitəsilə kəndbəkənd gəzdirərdilər. O vaxtlar kəndin kənarında çoxlu xirda adalar, qamışlı gölməçələr vardı. Kür çayı daşan vaxtlarda kəndin ətrafındakı göllərin sayı çoxalardı. Kürü o tay-bu taya keçmək üçün yoğun burazla çəkilən taxta bərələrdən istifadə olunurdu. Kəndin kənarında 1925-ci illərə kimi balıq vətəgələri olub. Bu vətəgələrdə həmşərilər işləyirdi. Kənddə xeyli küçə vardı və bu küçələrin adları bu gün də yaşlı adamların yadındadır. Qəssab küçəsi, Dəmirçilər, Kür sahili, Baləqçılar küçəsi, Naxır yolu küçəsi və s. Kənddə böyük bazar var imiş. Qədimkənd kəndinin vaxtilə dörd ictimai hamamı olub. Biri kəndin şimalında indiki birinci Qaralı kəndi sərhədində Hamam Hacı Əhəd adlı bir şəxsə məxsus olub. Bunları vaxtilə Həmid və Bağban adlı yaşlı qocalar söyləyərdi. Altı kiçik və bir iri günbəzdən ibarət olan hamamın bir giriş qapısı varmış. Birinci giriş qapısından sonra iri və hündür gümbəzin altında 10 xalvara yaxın su tutan çarhovuz yerləşirdi. Bu iri çarhovuzun yan tərəfindən dəhliz vasitəsilə keçib getməklə kişilərə xidmət edən digər 3 gümbəzin bir qapısından içəri daxil olardılar. Hər üç gümbəzdə bir çarhovuz varmış və hərəsi də 2 xalvar su tutarmış. Su iri çarhovuzdan idarə olunan su yolu ilə buraxılırmış. Böyük hovuza isə su yel çarxı vasitəsilə vurulurmuş. Əsas maraqlısı isə suyun guya günəş şüası ilə qızdırılması imiş. Dəhlizlərdəki qapıdan sonra çimmək üçün gümbəzlərə daxil olardılar. Çimən zaman hər bir adam suyu xüsusi qabla götürüb tac və kiçik qablardan istifadə edərlərmiş. Hamamda ayrıca xidmətçilər, kisəçəkənlər də varmış. Qadınlar tərəfdəki yerdə giriş qapısından sonra gəlin otağı, yəni təzə gəlinin soyunub - geyinmə, bəzək otağı, otaqda böyük bədənnüma ayna və başqabəzək əşyaları olmaqla hamamın gözləmə salonu da varmış. Hamamın həyət hissəsində uzaq yerlərdən gələn faytonlar üçün dayanmaq və gözləmək talvarı, atları saxlayıb yemləmək üçün ayrıca yerlər və axurlar tikilmişmiş. Hamama yaxın, uzaq yerlərdən gələrmişlər. Burada kişilər və qadınlar üçün ayrıca çayxana və qəlyanaltıxana da fəaliyyət göstərirmiş. Deyilənlərə görə, bu hamam keçən əsrin birinci yarısından sonra öz işini dayandırmışdır.


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin