Neftçala rayon mks-nin 16 saylı Qədimkənd kənd kitabxanasının


Bu məlumatı bizə Qədimkənd kənd



Yüklə 3,32 Mb.
səhifə2/23
tarix10.01.2022
ölçüsü3,32 Mb.
#109207
1   2   3   4   5   6   7   8   9   ...   23
Bu məlumatı bizə Qədimkənd kənd sakini

Böyük Vətən müharibəsi veteranı

Hökümağa Zeynalov vermişdir.

Bu gün kəndimizin ağsaqqalı, böyük Vətən müharibəsi əlili Hökümağa Zeynalov "Heydər Əliyev Neftçalada" başlığı altında sərgini bizim kitabxanaya təqdim etmişdir. Sərgidə Neftçala rayonunun kənd və qəsəbələri əks edilmişdir.



23.X.2007

Bu gün kəndimizdə faciəli hadisələrdən biri olmuşdur. Asfalt yolda iki maşın bir-biri ilə toqquşmuşdur. Bu hadisədə bir nəfər kənd sakini İslam Piriyev həlak olmuşdur.



24.X.2007

Bu gün Qədimkənd kəndində su anbarları tikilməyə başladı. Su anbarları hər kənddə üç-dörd yerə qoyulacaq. Bu su anbarlarının köməyi ilə bütün evlərə sular veriləcək.



25.X.2007

Bu gün kəndimizdə Sakit Kərimov adına Qədimkənd kənd məktəbinin direktoru Cəfərov Əzizağa Əjdər oğluna Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 oktyabr tarixli 2420 nömrəli sərəncamı ilə " Əməkdar müəllim" adı verildi.



26.X.2007

Bu gün kəndimizdə Sakit Kərimov adına Qədimkənd kənd məktəbində valideyn iclası olmuşdur. Valideyn iclasında məktəbli formasından danışılmışdır.



27.X.2007

Bu gün Kitabxanada Böyük Vətən müharibəsi Veteranı Hökümağa Zeynalov Qədimkənd kəndinin tarixi haqqında özünün yazdığı xatirələri gətirib kitabxanaya təqdim etdi. O, kəndin tarixi haqqında söhbət açarkən Aşağı Qaraimanlı kənd mədəniyyət evinin və 17 saylı kitabxananın işçiləri otağa daxil oldular. Onlar da bizimlə birlikdə söhbətə qulaq asdılar. Hökümağa Zeynalov Qədimkənd kəndinin keçmişindən, dünənindən və bu günündən danışmışdır.



30.X.2007

Bu gün kəndimizdə güclü leysan yağış yağmağa başladı. Kəndimizdə Gülağa və Zümrüdün toy şənliyi idi. Gəlin gətirməyə gedərkən maşınlar bir-biri ilə toqquşdu. Xoşbəxtlikdən xəsarət alan olmadı.



12.XI.2007

Bu gün hava cox soyuq və yağışlıdır. Kəndimizin ağsaqqalı Oruc dayı odun yararkən yıxılıb, beyninə qan sızmışdır. Kəkimlər üstündə işləyir.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin